İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » Azərbaycanlı milyarderlər Rusiyanın ən iri idman komplekslərindən birini alıb


Azərbaycanlı milyarderlər Rusiyanın ən iri idman komplekslərindən birini alıb

26-12-2017, 10:31
Oxunma sayı: 247
Azərbaycanlı milyarderlər Rusiyanın ən iri idman komplekslərindən birini alıbAzərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus "Kiyev meydanı" şirkəti "Olimpiyskiy" idman komplekslərini alıb.

"APA-Economics" xəbər verir ki, bunadək idman kompleksi Rusiyanın ən zəngin insanlarından biri olan Musa Bajayevin "Alyans" şirkətinə məxsus olub.

Rusiyanın ən iri idman komplekslərindən birinin alqı-satqısına dair əqd bu ay reallaşdırılıb. "Kiyev meydanı" əqdin dəyərini açıqlamır. Yalnız o məlumdur ki, idman kompleksinin yeni sahibləri layihəyə 300-400 mln. dollar yatırmaq niyyətindədirlər.

"Olimpiyskiy" idman kompleksi 1980-ci ildə Moskvada keçirilən Olimpiya oyunları ərəfəsində tikilib.

Moskva merinin müavini Aleksandr Qorbenko bildirib ki, hazırda "Olimpiyskiy" idman kompleksinə daxil olan obyektlər köhnəlib və müvafiq tələblərə cavab vermir: "İdman kompleksinin yenidən qurulmasına ehtiyac var idi. Moskva üçün olduqca vacib olan obyektə investisiya yatıracaq investor lazım idi".

İdman kompleksi 2019-cu ildə rekonstruksiyaya bağlanacaq və yenidənqurma işləri iki il davam edəcək. Bundan başqa, kompleksin ərazisi 213 min kvadratmetrdən 300 min kvadratmetrədək genişləndiriləcək.

"Olimpiyskiy" idman kompleksinin yenidən qurulması ilə Polşanın "APA Wojciechowski" şirkəti məşğul olacaq.

"Forbes" jurnalının versiyasına əsasən, Z.İliyev Rusiyanın 34-cü, Q.Nosanov isə 36-cı ən zəngin adamıdır. Onların hər ikisinin sərvəti 3,1 mlrd. dollar təşkil edir.
Sosial şəbəkələrdə paylaş: