Mədəni Nitq Layihəsi Uğurla davam. Bakıda “Microsoft” İnnovasiya Forumuna qeydiyyat başlayır Alimlər: "İstanbul su altında qala bilər" Daxili işlər nazirinin müavini: "Razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq"
Uşaq zorakılığına yox deyək! Часть Баку оставят без воды Ucarda Səfərbərlk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı il dönümü qeyd olunub. Bakıda güclü partlayış baş verdi – VİDEOLAR / FOTOLAR
Bakıda ərəbin başına lövhə düşdü - vəziyyəti ağırdır ABŞ Nümayəndələr Palatası “Rusiya işi” üzrə məxfi sənədin dərc edilməsinin lehinə səs verib Moskvada çoxmərtəbəli binada yanğın baş verib, ölənlər var Məcburi köçkünlərin yeni mənzillərə köçürüləcəyi tarix açıqlandı



» » "Formula 1" Bakı Avropa Qran-Prisinin biletləri gələn həftə satışa çıxarılacaq


"Formula 1" Bakı Avropa Qran-Prisinin biletləri gələn həftə satışa çıxarılacaq

8-12-2015, 17:37
Oxunma sayı: 414
"Formula 1" Bakı Avropa Qran-Prisinin biletləri gələn həftə satışa çıxarılacaq

Bakı Şəhər Halqası (BŞH) dekabrın 19-da yarış biletlərinin onlayn satışına başlamaqla ilk dəfə keçiriləcək 2016-cı il "Formula 1" Avropa Qran-Prisinə gedən yolda daha bir mərhələyə yekun vuracaq.

Qeyd edək ki, bilet satışının başlaması həmin ərəfədə şəhərdə keçiriləcək möhtəşəm "Son 6 ay" tədbiri ilə eyni günə təsadüf edəcək.

Respublika.info xəbər verir ki,BŞH-dən Trend-ə verilən məlumata görə, "Formula 1" təqviminə ən yeni əlavə olunmuş Bakı mərhələsinin biletlərini www.bakucitycircuit.com saytı vasitəsilə çox əlamətdar bir gündə - Azərbaycanda ilk dəfə səhnə alan belə bir möhtəşəm yarışa düz son 6 ay qalanda əldə etmək mümkün olacaq.

"Son 6 ay" bayram tədbirləri şəhərin ecazkar Dənizkənarı Bulvar ərazisində canlı musiqi və atəşfəşanlıqla müşayiət olunan əyləncələrlə tam olacaq və gələn ilin iyun ayında Bakının ən tarixi hissəsindən keçəcək olan F1-in gəlişini ölkə sakinlərinə duyuracaq.

BŞH-nin icraçı direktoru Arif Rəhimov deyib ki, bilet satışının başlanğıcı hər bir böyükmiqyaslı idman tədbiri üçün vacib mərhələdir: "Biz də bu baxımdan istisna deyilik. Heç şübhəsiz ki, bilet satışlarının başlanğıcı və "Son 6 ay" bayramı Bakıda Formula 1-in gəlişi yaxınlaşdıqca daha da artmaqda olan həyəcanı ən yüksək həddə çatdıracaq".

2016-cı il "Formula 1" Avropa Qran-Prisi azarkeşlərə start/finiş zolağına mükəmməl mənzərəyə açılan Abşeron tribunasına, eləcə də müxtəlif sərt döngələrin və sürət zolaqlarının yaxınlığında yerləşən digər tribunalara bilet üçün çoxsaylı seçim imkanı təqdim edir. Bundan əlavə, yarışa şəhər halqasının müxtəlif zona və podiumlarından baxmağa imkan verən ayaqüstü biletlər də satışda olacaq.

17-19 iyun həftəsonu ərzində milyonlarla qlobal izləyici kütləsinin gözü önündə Bakı Şəhər Halqasında F1 maşınları UNESCO Dünya İrsinə daxil edilmiş İçərişəhərdən keçməklə Bakının müasir göydələnlər və Xəzər sahili zolağında hərəkət edəcək.
Sosial şəbəkələrdə paylaş: