“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi” Ucarda Yeni subsidiya qaydaları və Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq Toy, nişan, nigah və ad günü tədbirlərinizi "Baku Wedding and Events Blog”a əmanət edin-FOTO
"Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov “Murmansk Payızı” sənət festivalı keçirilib – FOTOLAR Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək Göyçayda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda növbəti təlim keçirilib
Saçlarınızın erkən yaşda ağarmasını istəmirsinizsə bu qidalardan uzaq durun! Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib.



» » Azərbaycan-Türkiyə birgə qoşun növü yaradılır? – Şərh


Azərbaycan-Türkiyə birgə qoşun növü yaradılır? – Şərh

22-12-2017, 08:18
Oxunma sayı: 89
Azərbaycan-Türkiyə birgə qoşun növü yaradılır? – Şərh

Ən güclü siyasət ətraflı iqtisadi münasibətlərə söykənir. Bu baxımdan Azərbaycan və Türkiyənin münasibətlərində boşluq olan sahə yoxdur. Çünki biz hər hansı ölkə ilə iqtisadi işbirliyi qururuqsa, deməli, bizim ilk növbədə siyasi münasibətlərimiz sınaqdan çıxıb, süzgəcdən keçib. Nəzərə alsaq ki, Naxçıvanın yerləşdiyi ərazi gərgin bölgədir və burada qonşu Ermənistanın yarıtmaz, təhlükələrlə dolu siyasəti mövcuddur. Bu ölkə yeni-yeni risklər icad etməkdə davam edir. Ona görə də biz ilk növbədə öz təhlükəsizliyimizi qorumalıyıq.

Bu sözləri politoloq Tofiq Abbasov Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın Naxçıvana səfərinə münasibət bildirərkən deyib. O bildirib ki, bu səfər ilk növbədə iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlıdır:

“Təsadüfi deyil ki, son illər ərzində Naxçıvan Muxtar Respyblikası həm Azərbaycanın ümumi inkişaf, həm də regional proqramlarında dinamik mövqe sərgiləyir. Bu baxımdan onun yaxın qonşusu olan Türkiyə də bu məsələləri diqqət mərkəzində saxlayır. Nəzərə almalıyıq ki, Binəli Yıldırım Türkiyə Respublikasının Baş naziri olaraq həm də iqtisadi bloka bilavasitə cavabdeh insandır. Ona görə də onun Naxçıvana səfər etməsi bir daha göstərir ki, Şərqi Anadolu ilə Naxçıvan Muxtar Respublikasının yeni iqtisadi, ticari əlaqələri hər iki tərəfin gözləntilərinə cavab verməklə bərabər ümumi potensialın artımına da kifayət qədər tutarlı pay verir”.

Politoloq qeyd edib ki, BTQ dəmiryol xəttinin açılması da regionun geoiqtisadi, sosial mənzərəsini xeyli zənginləşdirir:

“Təsadüfi deyil ki, BTQ üçün İran İslam Respublikasının iqtisadi dairələrindən xəttin Təbrizə qədər uzanması, digər tərəfdən Qarsdan xəttin Türkiyənin cənubuna qədər uzadılması ilə bağlı təkliflər var. Bu baxımdan Türkiyə, İran İslam Respublikası, o cümlədən Azərbaycanın ortaq marağı yaranmış müsbət vəziyyətdən maksimum səviyyədə istifadə etməkdir. Binəli Yıldırımın bu səfərindən sonra bölgədə yaxın gələcək üçün yeni layihələrin gerçəkləşməsinin şahidi olacayıq. Bu da çox önəmli bir hadisədir”.

Politoloq Türkiyə və Azərbaycanın birgə qoşun növünün yaradılacağı ilə bağlı iddialara da münasibət bildirib:

“Bu mümkündür. Bir halda ki, iqtisadi əlaqələrimiz genişlənir və yeni layihələr haqda düşünülür, əlbəttə ki, bunun üçün gərək təminatlı təhlükəsiz şərait olsun. Onun da təmin olunması üçün Türkiyə və Azərbaycan birlikdə addımlar ata bilərlər. Son dövrlər Azərbaycan və Türkiyə hərbi birləşmələrinin ortaq hərbi təlimləri də çoxalıb. Bu təlimlərin bəziləri Naxçıvan Muxtar Respublikasının ərazisində yer alıb. Nəzərə alsaq ki, Ermənistanın bəzi diplomatları daim Naxçıvana aid cəfəng iddialar da səsləndirirlər, demək, Naxçıvana qarşı da təhdidlər var. Azərbaycan və Türkiyə birgə şəkildə bu riskləri vaxtında dəf etmək və qabaqlayıcı tədbirlər görməkdə maraqlıdır”.

Qeyd edək ki, Türkiyə Baş naziri Binəli Yıldırım ötən gün Naxçıvana ilk səfərini edib.


Rəşid Ağayev
Sosial şəbəkələrdə paylaş: