Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi.
Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb. Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirildi.
Yevlax rayonunun iki kəndi təbii qazla təmin olundu. “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”



» » Növbə mədəniyyəti


Növbə mədəniyyəti

11-12-2017, 23:12
Oxunma sayı: 522
Növbə mədəniyyəti

Deməli,bu yaxınlarda xəstəxanaların birində başıma gələn bir hadisə bu yazını yazmağıma səbəb oldu.Yazının başlığından da bəllidir ki,söhbət nədən gedir? “Növbə mədəniyyəti”.Ümumiyyətlə növbə mədəniyyəti deyəndə kimlər nə başa düşür,dəqiq deyə bilmərəm.Amma dəqiq bildiyim tək şey var ki,bu gün əksəriyyətimiz növbə anlayışı haqqında saatlarla məsləhət və şikayət dolu “məruzə” edə bilərik,amma əmələ gəldikdə isə özünüz yaxud özümüz sözügedən pozuntunun bir parçasına çevrilirik.Mənim o yaşım deyil ki,Sovetlərin dövründə gördüyüm növbədən dəm vuram,amma ən azından mən o mədəniyyəti özümdə formalaşdırmışam.

Ola bilər ki,baş vurduğum bu mövzu çox işlənmiş olsun,amma bir nəticə verməyibsə deməli,hələ bundan sonra da çox işlənəcək.Fikrim heç kəsi düzəltmək deyil.Kim oxuyub nə nəticə çıxaracaqsa, o da onun qazancıdı.Mənimsə qazancım ürəyimi boşaltmaqdı,vəssalam.

Gəlin öncə növbəyə bir tərif verək:Növbə müəyyən bir insan kütləsinin hər hansısa bir işin icrası üçün gözləməli olduğu sıra və ya ardıcıllığa deyilir.Aha,diqqətinizi bu tərifdə bir fikrin üzərinə çəkək.”Gözləməli olduğu”.Yəni növbənin əsas qayəsi “gözləmək” anlayışının üzərində qurulub.Amma təəssüf ki,bu “gözləmək” anlayışını məqamı gələndə bir sıra bəhanələr əvəz edir.Elə növbə götürdüyüm xəstəxanada da iki saatlıq müşahidəm boyu onlarla bəhanələrə rast gəldim.Hətta bunlar içərisində elə analoqu olmayan bəhanələr var idi ki, bu günə kimi mən hələ də onların təsirindən çıxa bilməmişəm.

Diş həkiminə gəlib,dişinin ağrıması bəhanəsi ilə növbəni pozmaq istəyən “qardaş”ımız isə sözün əsl mənasında qəhrəman idi.Çünki o,özündən növbəcə öndə və yaşca qat-qat böyük olan dayının həqarətlə özündən çıxmasını gözə almışdı.Aydın məsələdir ki,dayı yenə də gəncliyi borclu çıxardı,onları mədəniyyətsizlikdə günahlandırdı.Amma bizim bu dayı bilmirdi ki,ictimai yerdə bu tonda danışmaq özü ən böyük mədəniyyətsizlikdi. Qardaş birtəhər siqaret çəkmək bəhanəsi ilə dayıdan yaxasını qurtara bildi,amma dayı növbəsi çatana kimi qurtarmadı ki,qurtarmadı.

Dünya ölkələrinin bəzisində camaat hətta ölümlərini belə növbələşdiriblər,bizdə isə hələ bəsit növbə anlayışı inkişaf etməyib.Ölüm növbəsi deyəndə evtanaziyanı nəzərdə tuturam ki,bu haqda danışmaq fikrim hələ ki yoxdur.Nə isə,qayıdaq xəstəxanaya.Artıq bir saatdan çox idi ki,növbəmi gözləyirdim.Bu bir saat ərzində 3-4 tutarlı bəhanə gətirildi və bu bəhanə sahibləri növbəni poza bildilər.Mənə növbə çatanda isə artıq danışdıqlarımın böyük bir hissəsini telefonumun mətn yerinə yazmışdım.Bayaqdan bəri məni müşayət edən ağsaqqalın “bizim vaxtımızda nə telefon vardı nə də belə gənclər” deməsi isə mənim xəstəxananı tərk etməyimə səbəb oldu.

Nihat Piriyev
Sosial şəbəkələrdə paylaş: