Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib Lənkəranda 60 yaşlı qadını döydülər
Yardımlıda kütləvi dava: ölən var GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI “11 aprel seçkiləri onların planlarını alt-üst etdi” 11 aprel seçkiləri onların planlarını alt-üst etdi
MSK seçkilərin ilkin nəticələrini açıqladı: İlham Əliyev 86,7 faiz səs toplayıb Peskov: "Onsuz da kövrək olan durumu daha da pisləşdirəcək addımlar atmamaq vacibdir" YAP: Azərbaycan xalqı İlham Əliyevi prezident seçib YAP Bakının mərkəzində qələbə mitinq-konserti keçirir



» » Arifov Arif Polad oğlu


Arifov Arif Polad oğlu

11-12-2017, 22:22
Oxunma sayı: 43
Arifov Arif Polad oğlu 1976-cı il sentyabrın 20-də Saatlı rayonu Fətəlikənd kəndində anadan olmuşdur. 1984-1994-cü illərdə Saatlı rayonu Fətəlikənd kənd orta məktəbində orta təhsil almışdır. Məktəbdə oxuduğu müddətdə həmişə sevilən və çalışqan bir şagird olmuşdur. Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün Gürcistan Respublikası Hərbi Akademiyasına daxil olmuşdur. Bu zaman vətəni Azərbaycan ağır günlərini yaşayırdı. Erməni təcavüzkarları Qarabağa hücum etmişdi və bir necə rayonu işğal etmişdi. Odur ki, təhsilini yarımçıq qoyaraq, könüllü şəkildə vətən torpaqlarını müdafiə etmək məqsədi ilə ordu sıralarına yollandı. Arif deyirdi kiƏ vətənimiz düşmənlə döyüşən zaman mən rahat ola bilmərəm. Arif əvvəlcə Tərtər rayonu ərazisində, Naftalan rayonunun Tapqarayoyunlu kəndi ətrafında gedən döyüşlərdə düşmənə qarşı mərdliklə döyüşürdü. Sonuncu döyüş yeri Goranboy rayonunun Gülüstan kəndi ətrafında oldu. Evli idi. Onun toyuna komandirləri də gəlmişdi. Arif haqqında qururla danışırdılar. Yeri gəlmişkən döyüşdüyü və həlak olduğu kəndin adı Gülüstan olduğu kimi, yenicə ailə qurduğu həyat yoldaşının adı da Gülüstan idi. Son döyüş zamanı ürək nahiyyəsindən güllə yarası alan Arif qospitalda əbədi olaraq həyata vəda etdi. 1997-ci ilin iyul ayının 18-də Arifin cənazəsini ailəsinə təqdim etdilər. Kənd əhalisinin iştirakı ilə Fətəlikənd kənd qəbristanlığında dəfn edildi.
Atası Arifov Polad 1937-ci ildə Gürcüstan SSRİ-nin Adıgün rayonu Arzne kəndində anadan olmuşdur. Abbas dədənin nəslindəndir. Atası Seydul dədədir. 4 oğlu 3 qızı var.
Anası Arifova Xədicə Rasim qızı 1938-xi ildə Gürcüstan SSRİ-nin Adıgün rayonu Arzne kəndində anadan olmuşdur. Hər ikisi hal hazırda Saatlı rayonu Fətəlikənd kəndində yaşayır.Azrbaycan dövləti şəhidin ailəsinə 3 otaqlı fərdi ev tikmişdir.

17 iyun 1997
Arifin ailə üzvləri ilə görüşə getdiyim gün onların qonşularında toy çalınırdı. Arifin anası Xədicə ana “Allahın hikməti, toy çalınanda elə pis oluram ki, Arifin toyu yadıma düşür” deyirdi öz özünə.
Arif musiqiçi idi.
Arif kənd təsərrüfatı işləri ilə məşgül olurdu. Bundan əlavə musiqiçi idi. Toylara gedirdi. Bir gün gəldi ki, Gürcüstanda Hərbi Akademiyaya getmək istəyirəm. Mən də dedim ki, get oğlum! Getdi orda altı ay oxudu.
Bir gün gəldi və mənə dedi ki,
-Ata, mən əsgərliyə gedəcəyəm!
Dedim ki,
-Niyə?
Dedi ki,
-Vətənimiz Azərbaycanın vəziyyəti yaxşı deyil. Belə bir şəraitdə mənim orda oxumağım doğru deyil.
Mən ona təhsilinə davam etməsini məsləhət gördüm.
Amma özü könüllü olaraq hərbi komissarlığa getdi və ordan da Tərtərə döyüşlərə yollandı. Arif bir çox döyüşlərdə iştirak etdi. Mina basdırırdı. Ordan Naftalanın Tapqaraqoyunlu kəndinə getdi. Ordan da Goranboy rayonuna göndərdilər. Vəziyyətləri yaxşı deyildi. Sonuncu görüşümüzdə həyat yoldaşını da apardım görüşünə. 2 yarım il əsgərlik etdi Arif. Bir gün əsgər yoldaşı gəldi ki, sabah Arifi buraxacaqlar. Elə həmin gecə ermənilər Arifin olduğu yüksəkliyi ələ keçirmək məqsədilə hücum edirlər. Həmin döyüşdən iştirak etmişdi Arif. Həmin döyüşdə ürəyindən güllə yarası almışdı Arif.
Səhər saat 8 idi. Hələ evdə yatırdım. Qapı açıldı qardaşım gəldi...(Ağlayır) Sən demə təcili yardım maşını gəlibmiş bizim həyətə. Arifin olduğu hərbi hissədə ermənilər onlara tərəf gələn suyun qarşısını kəsirmişlər. Arif gecə keçib o tərəfə mina basdırıb. Arifin basdırdığı minanın partlaması nəticəsində 4 və ya 5 erməni zabiti ölür. Komandiri bu şücaətindən ötrü Arifə 10 gün məzuniyət və bir niva maşını verir. Evdən gedəndə əsgərlərə isti yemək, pal paltar aparardıq. Mən Azərbaycan dövlətindən çox razıyam. Azərbaycan bizə çox böyük dəstək göstərdi. Mənim oğlum da bu diqqət və qayğının qarşılığında Gürcistanda Hərbi Akademiyadakı təhsilini yarımçıq qoyaraq vətənin müdafiəsində iştirak etdi və qəhramancasına şəhid oldu. Bu gördüyünüz evi dövlətimiz şəhid oğluma tikir. Bu az bir diqqət deyil. Bu olduqca böyük diqqətdir, böyük hörmətdir.
Əsgər yoldaşları hamısı ondan razı idi. Toyunda komandirləri də iştirak etmişdi.
Arifin müəllimi olmuş Osman müəllim Arifin şagirdlik günlərini olduqca gözəl xatırlayır və xatirələrini bizimlə paylaşır:
- Arif olduqca tərbiyəli, yaxşı oxuyan bir şagird idi. Məktəbimizin bütün tədbirlərində iştirak edirdi. Müsiqiyə böyük həvəsi olduğu üçün tədbirlərimizin bütün bədii hissələrini ona tapşırırdıq. Yaxşı səsi var idi. Çalğı alətlərini də gözəl ifa edirdi. Məktəbi bitirməsinə baxmayaraq yenə də məktəbimizin tədbirlərində bizə köməklik edirdi. Əsgərliyə getməzdən əvvəl Gürcüstandakı Hərbi Akademiyaya getdi oxumağa. 6-7 ay oxuduqdan sonra 1994-1995-ci illərdə Azərbaycandakı vəziyyəti görüb dözmədi. Könüllü olaraq Azərbaycan ordusu sıralarına qatıldı. Onun ölüm ilk öncə kəndin icra nümayəndəsinə xəbər vermişdilər. O vaxt Yusif müəllim, Qədri müəllim, mən və 5-6 nəfər birlikdə səhər saat 5-də rayona getdik. Yusif müəllim bilirdi amma bizim xəbərimiz yox idi. Getdik və gördük ki, təcili yardım maşını içərisində rayonda bizi gözləyirlər
davamı var...
Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Axısxalı şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində dərc edilir.
Sosial şəbəkələrdə paylaş: