Ermənilər qiymət artımına etiraz edir Tarixi mirasımız: Azərbaycan Xalq Cümhuriyyəti “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun hazırlanacaq Soldakı “sağ”lar
Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı - Siyahı Jurnalistlər ADU-da imtahanın gedişini izlədi Bakı “Stalinin yaxtası”nı almaq istəyir – Rəsmi Kreml Ermənistana baş nazir və prezident təyin edir
Hər gün bir ərazidə qaz niyə kəsilir? - Açıqlama "Palmali"nin 14 gəmisi hazırda SOCAR-dadır - Rəsmi “Baksell”dən yeni xidmət - Metroda 4G İntiharlar niyə artır



» » Şəhid Cumanov Bayram Sahib oğlu


Şəhid Cumanov Bayram Sahib oğlu

11-12-2017, 22:20
Oxunma sayı: 38
Şəhid Cumanov Bayram Sahib oğlu Cumanov Bayram Sahib oğlu 10 may 1962-ci il Özbəkistan respublikası Daşkənd vilayət Boka rayonunda anadan olmuşdur. 1969-1979-cu illərdə orta məktəbi bitirdi. 1979-1980-ci illərdə Boka şəhər peşə məktəbini bitirərək qaynaqçı ixtisasına yiyələndi. 1980-1983-cü illərdə SSRİ dövləti ordusunda Qara dəniz donanmasında öz vətəndaşlıq borcunu yerinə yetirdi. 1983-cü ildən 1989-cu ilə kimi Boka rayon səyyar mexaniki kolonda (PMK) qaynaqçı kimi işlədi.
Fərqanə hadisələrindən sonra digər Axısxa türkləri kimi Bayramın ailəsidə məcburi köçgün kimi Azərbaycana pənah gətirdi və Şabran (Dəvəçi) rayonun Ağalıq kəndində məskunlaşdılar. 1989-cu ildən 1993-cü ilin noyabr ayına kimi Şabran rayon qaz istismar idarəsində qaynaqçı kimi işlədi.
Məlum olduği kimi o zaman Azərbaycanda erməni quldurlarına qarşı müharibə gedirdi. O, Şabran rayon hərbi komissarlığı tərəfindən cəbhəyə çağırıldı və Ağdamda N saylı hərbi hissədə döyüş əməlyatlarında iştirak etməyə başladı. 24 yanvar 1994-cü ildə Ağdam rayonun Xındırıstan kəndi uğrunda gedən döyüşdə düşmən gülləsinə tuş gələrək vətən yolunda canını qurban verdi və şəhidlik zirvəsinə yüksəldi.
Allahın insanlara göndərdiyi “Qurani-Kərim” də buyururlar: “ Şəhidləri ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilməzsiniz”. Şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz. Şəhidlər bizim həm kədərimiz, ürək ağrımız, həmdə qururumuz, fəxrimiz, örnəyimizdir.
Görkəmli türk yazıcısı və şairi Mithat Camal Kuntayın müəllifi olduğu bu sətirlərdə deyilir: “ Bayraqları bayraq yapan üstündəki qandır. Torpaq, əgər uğrunda ölən varsa vətəndir “.Bu vətənə, torpağa verilən bəlkədə ən böyük giymətdir. Azərbaycan torpaqlari uğrunda yüzə yaxın Axısxa türkü öz canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər. Ona görədə əminliklə diyə bilərik ki bu torpaqlar bizədə doğmadır, vətəndir. Allah bütün şəhidlərimizi rəhmət eyləsin.
Tursunov Əhməd məhəmməd oğlu
AT “Vətən” İB nin Şabran rayon rəhbəri
Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Axısxalı şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində dərc edilir.
Sosial şəbəkələrdə paylaş: