“Qarabağın dünəni və bugünü” mövzusunda ictimai müzakirələrin aparılacaq Azərbaycanda bu ərazidən qızıl axır - FAKT ŞOK! Peyğəmbərin məzarını açdılar - İçindən çıxanlar inanılmazdır - VİDEO Dedilərki efirə çıxsan səni bıçaqlayacıq: Parodistdən ŞOK AÇIQLAMA - VİDEO
“WhatsApp”dan istifadə məhdudlaşdırılır AZƏRBAYCANDA QADIN NAZİR TƏYİN OLUNDU “Bakcell”in “AppLab” proqramının məzunlarından - YENİLİK Bakı məktəbində dəhşətli hadisə: 1-ci sinif şagirdi zorlandı, valideynlər aksiya keçirdi – Foto
Azərbaycan və Türkiyə dollardan İMTİNA EDİR Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib



» » VƏTƏN-ƏBƏDİYYƏT BEŞİYİMİZDİR...


VƏTƏN-ƏBƏDİYYƏT BEŞİYİMİZDİR...

11-12-2017, 22:17
Oxunma sayı: 125
VƏTƏN-ƏBƏDİYYƏT BEŞİYİMİZDİR...
Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?
M.Hadi

Vətənsevərlik insanın daxili duyğusudur, daxili duyğusu olmayan insan mənəviyyatsızdır.
H.Əliyev

Qələmi əlimə alıb bir türk qəhrəmanının həyat yolunun bir parçası haqqında təssüratlarımı sizinlə bölüşmək üçün könül dünyamın duyğularını sətirlərə düzürəm...Mən bir türk övladıyam!Yolum haqq, qibləm vətən, amalım istiqlal uğrunda mücadilədir! Böyük Turan aləminin bir parçası olan Azərbaycan məmləkətinin vətəndaşıyam! Kökü ulu türkə söykənən Adər-bay-kan (xəzər bəylərinin məskəni) tarixin qanlı olaylarına sinə gərərək bu gün dünya nəhəngləri arasında islam imanlı, türk qanlı, azadlıq amallı üçrəngli bayrağını qürurla dalğalandırmaqdadır! Türkün yenilməzlik, əzəmət simvolu olan tarixini vərəqlədikcə bu şanlı, şərəfli soyun həmişə humanist, bəşəri ideallar uğrunda mücadiləsinin şahidi oluruq. Mənfur niyyətli yağıları susduraraq “mən-mən” deyənləri layiqincə cəzalandıran cəsur övladlarının canı, qanı ilə əldə edilən istiqlaliyyət zəfərini daim qorumuş, əsrlərdən-əsrlərə ötürmüşdür. Bəli, vətən türkün müqəddəs beşiyi, istiqlal onun həyat amalıdır! Türk candan keçər, yağıya böyun əyməz! Bozqurdun bu cəsur törəmələrinin cəngavərlik, mətanətlik, qürur timsalı olan tarixi bunun əyani sübutu deyilmi?
Elə bunun nəticəsidir ki, mələksimalı, haqdan, demokratiyadan dəm vuran, əslində insanlığın ən böyük cinayətkarları olan iblislər bu soya yağı kəsilmiş, onun haqq təməlli əzəməti qarşısında mənəvi cılızlığını dərk edərək hər cür fitnə-fəsaddan çəkinməmişdirlər...
Zaman-zaman heç kimin qum zərrəsində gözü olmayan Ulu Yaradanın bəxş etdiyi nemətlərə sahib olaraq həyat yolu seçmiş türk boyları daim təzyiqlərə məruz qalaraq qazax,qırğız,türkmən, özbək, azəri və.s. kimi adlarla öz əzəli kökündən uzaqlaşdırılmağa çalışmış,onlara məxsus ata-baba torpaqlarından nankorcasına deportasiya olunmuşlar. Gürcüstanın Axısxa vilayətindən deportasiya olunan axısxa türkləri də tarixin sərt sınaqları ilə üz-üzə gələrək öz doğma obasından ayrı düşərək Azərbaycana pənah gətirmiş, bir ata-ananın övladları olan bu xalqla qaynayıb qarışmış, bir-birinə arxa, kömək olmuşlar...
Əsli axısxa türkü olan Mikayıl Züfərov da öz vətəni Axısxadan ayrı düşmüş Mürdəs kişinin oğlu idi. O,1964-cü ildə Saatlı rayonunun Varxankənd kəndində dünyaya göz açmış, ilk orta təhsilini də bu kənddə başa vurmuş, 1982-ci ildə Gəncə Kənd Təssərrüfatında aqranomiya üzrə əmək fəaliyyətinə başlamışdır. Kənd camaatı arasında dərin hörmət sahibi kimi hamının rəğbətini qazanaraq komsomol təşkilatının katibi seçilmişdi...
Bu il payız bir fərqli mahiyyət kəsb edirdi Mikayıl üçün. Ona elə gəlirdi ki, payız öz sarı-qırmızıya çalan çöhrəsi ilə gül-çiçəkli bahara meydan oxuyur, onun bir daha qayıtmaması üçün rəngini daha da tündləşdirir...
Amma təbiət həmişə insan əməlinin acısını çəkirmiş kimi öz ahəngində idi. Azərbaycanın Qarabağı yağı fitnəsinin ağır yaralarını yaşayırdı. Xocalı yarasından hələ də qan damırdı. Mikayıl kimi neçə-neçə cəsur vətən övladları xalqın bu ağır zamanında onun harayına səs verməyə bilməzdi. O, çox fikirləşdi: bir tərəfdən iki azyaşlı oğlu Ruslan və Rüstəm, hələ dünyaya gəlməmiş körpəsi və ömür-gün yoldaşı Kibriyyə , digər tərəfdən ağsaçlı ata-anasını gözləri önünə gətirib götür-qoy etsə də, vətən, el-oba qeyrəti ona güc gəldi...Yox! Körpələrin məsum baxışları, günahsız anaların, ahılların imdad diləyən nalələri, yağı tapdağı altında qalan torpaqlarda uyuyan soydaşlarının narahat ruhları qisas deyə onu səsləyirdi...
Mikayıl evə döndü. Hələ də onu gözləyən balaca Ruslan və Rüstəmi qucağına basaraq öpdü, şən əhvalla onlarla əyləndi, bir süfrə arxasında nahar etdilər. Uşaqların yatmasına əmin olduqdan sonra, sakit bir səslə dedi:
-Kibriyyə, mən cəbhəyə yollanıram.
Bu sözlər Kibriyyəni sanki diksindirdi:
-Hara?
-Qarabağa.
-Nə zaman?
-Sabah.
-Getmə, Mikayıl, övladlarına yazığın gəlsin!
-Kibriyyə, elə övladlarımın gələcəyi üçün getməliyəm. Bu gün Qarabağı istəyən sabah başqa torpaqlarımızı istəyəcək. Necə ki, Axısxanı itirdik, hələ də ata-baba yurdumuzun həsrətini çəkirik. Bax sən bu övladların anasısan. Vətən də bizim anamızdır! Onu qorumalıyıq!
Kibriyyə bir anlıq susdu. Başını qaldıranda artıq gözlərində əvvəlki qorxudan əsər-əlamət qalmamışdı. Türkə məxsus əzəmətlə:
-Yolun uğurlu olsun, Mikayıl-dedi.
Sanki Mikayılın çiynindən ağır bir yük götürüldü. Ayağa qalxıb:
-İnşallah, Ulu Yaradan haqqın tərəfindədir. Biz qalib gələcəyik.! Türk ölər, yağıya boyun əyməz! Gedim atamın da xeyir-duasını alım...
Mürdəs kişi Mikayılın məramını səbirlə dinləyib, ona xeyir-dua verərək dedi:
-Oğlum, bu gün qürurlanıram ki, əsl vətən qeyrətli övlad böyütmüşəm! Qoy Ulu Tanrı həmişə yardımçın olsun!
1993-cü ilin 28 oktyabr tarixində Mikayıl Züfərov Goranboy uğrunda gedən döyüşlərdə iştirak etmək üçün milli ordu sıralarına qatıldı. O, öz şücaəti ilə tezliklə hərbiçi yoldaşlarının dərin rəğbətini qazanmışdı. Hamının “Axısxa pələngi”- deyə səslədiyi Mikayıl neçə-neçə uğurlu əməliyyatların cəsur hərbiçisi kimi düşmənləri susdurmuş, zəfər bayrağıyla qələbələrin iştirakçısı olmuşdur...
1994-cü il mart ayının 3-ü idi. Mikayıl baharın gəlişində nəsə bir müjdə hiss edirdi. Azərbaycan xalqının müdrik rəhbəri, ümummilli lider Heydər Əliyev xilaskar günəş kimi ölkəni bu ağır vəziyyətdən qurtarmaq üçün uğurlu addımlar atmaqdaydı. Qələbə ümidi döyüşçülərə xüsusi ruh bəxş edirdi. Artıq dünyanın hədəf nöqtəsi Azərbaycana çevrilmişdi. Bundan quduzlaşıb Qarabağa heç zaman sahib ola bilməyəcək ümidini itirən ermənilər son güllələrini işə salmaqla nəsə etməyə çalışırdılar. Belə günlərdən biri də məhz martın 3-ü oldu.Füzulidə baş verən ağır döyüşdə Mikayıl qəhrəmancasına düşməni geri oturtdurulmasında öz şücaəti ilə fərqləndi və ... Bu döyüşdə o, ağır yaralandı. Həkimlərin ciddi səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı... Mikayıl ömür payını vətən, millət, xalq yolunda qurban verdi. Onun dünyaya gələn 3-cü oğul ovladı da sanki atasının itkisinə dözməyib, həyatdan köçüb atasının ruhuyla qovuşdu. Ruslan və Rüstəm isə böyüyüb vətən üçün layiqli ziyalı oldular. Mikayıl Züfərovun son sözləri isə onların həyat örnəyi oldu: ”Mən ölsəm də, vətən sağ olsun! Qoy övladlarım həmişə qürurlanaraq şəhid oğulları olduqları üçün fəxr duysunlar! Vətən bölünməz, şəhidlər ölməz!!!


Saatlı rayonu Ələddin Şüküroğlu adına Varxankənd kənd tam orta məktəbin dil-ədəbiyyat müəllimi, ən yaxşı müəllim müsabiqəsinin qalibi Nəsirova Bikə Əhməd qızı.

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Axısxalı şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində dərc edilir.
Sosial şəbəkələrdə paylaş: