Ermənilər qiymət artımına etiraz edir Tarixi mirasımız: Azərbaycan Xalq Cümhuriyyəti “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun hazırlanacaq Soldakı “sağ”lar
Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı - Siyahı Jurnalistlər ADU-da imtahanın gedişini izlədi Bakı “Stalinin yaxtası”nı almaq istəyir – Rəsmi Kreml Ermənistana baş nazir və prezident təyin edir
Hər gün bir ərazidə qaz niyə kəsilir? - Açıqlama "Palmali"nin 14 gəmisi hazırda SOCAR-dadır - Rəsmi “Baksell”dən yeni xidmət - Metroda 4G İntiharlar niyə artır



» » Şehit Baş Leytenant Cabbar Faiqov


Şehit Baş Leytenant Cabbar Faiqov

11-12-2017, 22:16
Oxunma sayı: 52
Şehit Baş Leytenant Cabbar FaiqovŞəhid Cabbar Faiqovun vəfatından 24 il keçir.

Əslən axısxa türkü olan C.Faiqov 1963-cü il aprelin 20-də Saatlı rayonunda anadan olub. Ailəsi 1958-ci ildə Özbəkistandan Azərbaycana gəlib. Orta təhsilini Saatlı rayon Varxandənd kənd orta məktəbində bitirdikdən sonra hərbi xidmətə yollanıb. 1983- cü ildə ulu öndər Heydər Əliyevin o zaman axısxa türklərinə göstərdiyi dəstəyi sayəsində ali təhsilini Tibb Universitetində alıb.

Universiteti bitirdikdən sonra elə həmin il Saatlı rayon Məmmədabad kənd xəstəxanasına baş həkim vəzifəsinə təyin olunub.
O, 3 ilə yaxın müddətdə baş həkim vəzifəsində çalışdığı zaman iş yoldaşlarının böyük hörmətini qazanır. Lakin ermənilərin Azərbaycan torpaqlarında törətdiyi terrora dözməyərək 1993-cü ilin sonunda könüllü olaraq vəzifəsindən istefa ərizəsi verir və müharibənin qızğın davam etdiyi Tərtər rayonuna gedir. Bir neçə ay içərisində Ağdərə və Ağdam istiqamətlərində yaralıların xilas olunmasında iştirak edir.

Mayın 13-də, yəni Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına bir gün qalmış Tərtər rayonunun Seysuvan kəndi yaxınlığında son savaşların davam etdiyi vaxt, döyüş yoldaşları ilə birlikdə mühasirəyə alınaraq şəhid olur.

Ölümündən 17 il sonra 2011-ci il iyunun 25-də Prezident İlham Əliyev tərəfindən “Vətən Uğrunda” medalı ilə təltif olunub və ölümündən sonra Baş leytenant rütbəsi verilib. Onun üç övladı yadigar qalıb.
Allah rəhmət eləsin!
Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Axısxalı şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində dərc edilir.
Sosial şəbəkələrdə paylaş: