Şəhid anasından Prezidentə şikayət məktubu “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Macarstan Səfirliyində davam etdi. Cavid Osmanov: “Azərbaycan xalqı terroru lənətləyir” Gəncədə polisin öldürülmə anı - VİDEO
Gəncədə nə baş verdi? “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Malaziya Səfirliyində davam etdi. Ucarda qrant yeyənlər peyda olub Gəncənin deputatı Fəzail Ağamalıya cavab verdi: “… kölgə salmasın!”
Gəncə gəncləri sosial şəbəkələrdə yayılan təxribat xarakterli məlumatları pisləyirlər Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İran Səfirliyində davam etdi. GƏNCƏNİN İCRA BAŞÇISI GÜLLƏLƏNİB



» » ABŞ səfirlikləri Trampın Qüds ilə bağlı bəyanatından sonra vətəndaşlarını ehtiyatlı olmağa çağırır


ABŞ səfirlikləri Trampın Qüds ilə bağlı bəyanatından sonra vətəndaşlarını ehtiyatlı olmağa çağırır

7-12-2017, 10:42
Oxunma sayı: 74
ABŞ səfirlikləri Trampın Qüds ilə bağlı bəyanatından sonra vətəndaşlarını ehtiyatlı olmağa çağırır ABŞ-ın Yaxın Şərq və bir sıra Avropa ölkələrindəki səfirlikləri Prezident Donald Trampın İsrailin paytaxtı kimi Qüdsü tanımaq qərarını dilə gətirməsindən sonra vətəndaşlarını mümkün etiraz nümayişləri barədə xəbərdar edib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, D.Trampın açıqlamasından dərhal sonra ABŞ-ın Türkiyə, İordaniya, Almaniya və Böyük Britaniyadakı səfirlikləri amerikalıları diqqətli və ehtiyatlı olmağa çağıran xəbərdarlıqlar edib.
ABŞ-ın Ankaradakı səfirliyi diplomatik missiyanın binasının yanında, eləcə də İstanbuldakı konsulluğun yanında etiraz aksiyaları keçiriləcəyini gözləyir.
ABŞ-ın Əmmandakı səfirliyi dekabrın 7-də səfirliyin bağlı olacağını bildirib və əməkdaşlarına paytaxtı tərk etməməyə çağırıb.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi öz saytında bu cür xəbərdarlıq yerləşdirməyib.
Sosial şəbəkələrdə paylaş: