AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO
Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi. Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif
Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib



» » İradə Gülməmmədova jurnalistİ həbs etdirmək istəyir


İradə Gülməmmədova jurnalistİ həbs etdirmək istəyir

6-12-2017, 21:42
Oxunma sayı: 1095
İradə Gülməmmədova jurnalistİ həbs etdirmək istəyir RESPUBLİKA İNFO Tanınmış ictimai fəal, «Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası»nın sədri, eyni zamanda «7news» xəbər portalının baş redaktoru Səbuhi Abbasov xüsusi ittiham qaydasında məhkəməyə verilib.
Bu barədə o, özü verdiyi məlumatda qeyd edir ki, Abşeron icra başçısı İradə Gülməmmədova bu vasitə ilə ona təzyiq göstərir.

«Bu gün Binəqədi rayon məhkəməsində Abşeron icra başçısı İradə Gülməmmədovanın şikayəti ilə xüsusi ittiham qaydasında şəxsimə və rəhbəri olduğum xəbər portalına qarşı iddia ilə bağlı növbəti məhkəmə keçirildi. Öncəliklə qeyd edim ki, ilin əvvəlində gedən yazı başqa saytın məhsuludur. Olduğu kimi istinadla vermişik. Yazı dərc olunmamışdan öncə dəfələrlə mövqe öyrənilməsinə, icra hakimiyyətinin rəsmi saytında göstərilən nömrələrlə əlaqə saxlamağa çalışmışıq. Başı tikinti-söküntüyə qarışan xanım başçını tapmaq ümumiyyətlə möcüzə kimi qəbul edilir. Əl-qərəz hakimə deyirəm yazı istinadla verilib, mənbə də zalda. Yazını tək biz yox, onlarla sayt verib».
S.Abbasov icra başçısı barədə müəyyən iddialar da səsləndirərək əlavə edib:

«Bundan başqa Abşerondakı mövcüd vəziyyət hər kəsə bəllidir. Hətta təklif etdim ki, gəlin hər birimiz indi cəhd edək, xanım icra başçısı ilə bir jurnalist kimi əlaqə yaratmağa çalışaq. Mümkün olacaqmı? Hakimə bu sualı verdikdə «bu mənə maraqlı deyil» fikrini deməklə əslində mövcud vəziyyəti təsvir etmiş oldu. Qərar elan olundu ki, mən təqsirləndirilən şəxs qismində 13 dekabrda olacaq növbəti məhkəməyə qatılmalıyam. Bilirsiniz, ümumiyyətlə belə təfəkkürlü insanlar idarəçilikdən uzaqlaşdırılmalıdırlar. Bir nəfər mənə desin ki, İradə Gülməmmədova bu dövlət üçün strateji olaraq hansı xidmətə imza atıb. O hansı üz ilə medianı xüsusi ittiham qaydasında məhkəməyə verilir? Yaxud məhkəmə sistemi niyə haqlı tərəf olan vətəndaş cəmiyyətinin deyil, fəaliyyəti hər kəsə bəlli olan xanım məmurun yanında olur? Görünən odur ki, hələ də bəzi məmurlar Cənab Prezidentin çağırışlarını ya başa düşmür, ya da özünü elə göstərirlər ki, guya başa düşmürlər. İstənilən halda beyni korrupsiyalaşmış, harınlamış, dövlətin, dövlət başçısının müsbət imici «xərcləyən» məmurlar çox qısa zaman kəsiyində layiq olduqları yeri görəcəklər».
Sosial şəbəkələrdə paylaş: