“Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil” Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur. Yevlax şəhərində vətəndaşların növbəti səyyari qəbulu keçirildi.
Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır Süpürkəçi 19 00 “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası” Bakıda ‘Life Long Learning’ formu keçiriləcək.
Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu... İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI



» » "Görsə, əlimdə telefon var, evim yıxıldı" - Xatirə İslamdan əri ilə bağlı ETİRAFLAR


"Görsə, əlimdə telefon var, evim yıxıldı" - Xatirə İslamdan əri ilə bağlı ETİRAFLAR

22-11-2017, 11:00
Oxunma sayı: 544
"Görsə, əlimdə telefon var, evim yıxıldı" - Xatirə İslamdan əri ilə bağlı ETİRAFLARMüğənni Xatirə İslam şəxsi həyatı ilə bağlı etiraflar edib.


Ailem.az-ın axşam.az-a istinadən məlumatına görə, “Hər şey daxil” verilişinin qonağı olan sənətçi həyat yodaşından razı olduğunu deyib: “Allaha şükür, necə arzulamışdımsa, ailəm elə də oldu. Biz tanış olanda yoldaşım dedi ki, “sənə 3 sualım var”. İkisi yadımdan çıxıb, biri bu idi ki, “Maşında gedəndə pəncərədən çölə zibil atırsan?”. Dedim, nə danışırsan, heç vaxt. Amma yalan danışmışdım, atırdım. Onun sualından sonra düşündüm ki, görün, nə qədər diqqətcil adamdır, mənə bu sualı verir. Həmin vaxtdan daha pəncərədən çölə heç nə atmıram. Fikirləşirəm ki, onu kiminsə anası, bacısı süpürür”.


Xatirə 6 illik ailə həyatı boyunca söz-söhbətlərinin olduğunu da bildirib: “Mənim yoldaşımın adı “sakit ölüm”dür. Həmişə 2-3 aydan bir yüngülvari evdə söz-söhbət olur. Ailədir də, sözümüz çəp gəlir. Biz küsəndə kefim olmur, qanıqara otururam. Heç vaxt deməmişəm ki, kaş bununla ailə qurmazdım. Çünki o insanın xarakterindəki hər şey məni qane edir. Məsələn, yayda biz dalaşmışdıq, 20 gün danışmadıq. Dalaşanda adam adama deyə bilər də “boşanacam”. Amma hələ boşanma dərəcəsinə çatdırmamışıq. Bizdə hər şey yaxşıdır. Arada o məni başa düşmür. Mənim işim bəllidir, o isə məni anlamır. Məsələn, idmandan gəlir deyir, niyə mənim yeməyim yoxdur? Mən onu başa sala bilmirəm ki, çatdırmıram, işlərim var. Əgər o, evə gələndə görsə ki, mənim əlimdə telefon var, evim yıxıldı. Deyəcək ki, sən səhərdən oturmusan İnstagramda, yemək də ona görə yoxdur. Ona başa sala bilmirəm ki, evə indi çatmışam, İnstagramı da ona görə açmışam ki, görüm məni kim söyüb onu silim. İnstagrama kefimdən girmirəm”.


X.İslam həyat yoldaşının telefonundakı mesajları oxuduğunu da etiraf edib: “O özü ingilis dilini təmiz bilir, tərcüməçidir. Alman dilini də öyrənir. Bütün mesajlarını da ingilis dilində yazır. Gecə mesajlarını “skrin” eləyib qardaşıma atıram ki, gör bu nədir? Qardaşım tərcümə eləyib mənə atır. Görürəm ki, çox qapalı yazır. Yəni bu mesaj qıza da, oğlana da yazıla bilər (gülür)”.

Qeyd edək ki, Xatirə Fəxrəddin adlı şəxslə ailəlidir. Cütlüyün bir oğlu var.
Sosial şəbəkələrdə paylaş: