AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO
Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi. Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif
Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib



» » "Sevilya" klubunun baş məşqçisində xərçəng xəstəliyi aşkarlanıb


"Sevilya" klubunun baş məşqçisində xərçəng xəstəliyi aşkarlanıb

22-11-2017, 10:25
Oxunma sayı: 123
"Sevilya" klubunun baş məşqçisində xərçəng xəstəliyi aşkarlanıbİspaniyanın "Sevilya" futbol komandasının baş məşqçisi Eduardo Beritso prostat vəzi xərçəngindən əziyyət çəkir.

"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, klub məsələ ilə bağlı bu gün rəsmi açıqlama yayacaq.

Argentinalı mütəxəssisin əməliyyat olunacağı gözlənilir. Lakin dəqiq tarixlər hələ məlum deyil.

Noyabrın 21-də "Sevilya" İngiltərə "Liverpul"u ilə evdə keçirdiyi Çempionlar Liqasının V tur matçında 3:3 hesablı heç-heçəyə nail olub. İlk yarıdan sonra İspaniya təmsilçisi 0:3 hesabı ilə geridə olsa da, ikinci hissədə tarazlığı təmin edə bilib. Üçüncü uzatma dəqiqəsində Gido Pisarro hesabı bərabərləşdirdikdən sonra oyunçuların hamısı məhz Beritsonu qucaqlayıblar. İspaniya mətbuatı bunu 48 yaşlı mütəxəssisin xəstəliyi ilə əlaqələndirib.

Qeyd edək ki, Çempionlar Liqasında 5 turdan sonra "Sevilya" A qrupunda 8 xalla ikinci pillədə qərarlaşıb və lider "Liverpul"dan 1 xal geri qalır. Sonuncu turda "Sevilya" Sloveniyada "Maribor"un qonağı olacaq.
Sosial şəbəkələrdə paylaş: