Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu
Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov VƏTƏN-ƏBƏDİYYƏT BEŞİYİMİZDİR... Şehit Baş Leytenant Cabbar Faiqov
QƏHRƏMAN TÜRK OĞLU Fərqanədən Xocalıya… “ANA BİRAZ SƏBR ET, 4 AYIM QALDI GƏLİRƏM” Azərbaycan Alpaqut Federasiyası qanvermə aksiyası keçirdi - FOTO



» » 15 yaşlı məktəbli qıza efirdə elçilik edirlərsə bu artıq faciədir.


15 yaşlı məktəbli qıza efirdə elçilik edirlərsə bu artıq faciədir.

19-11-2017, 21:40
Oxunma sayı: 829
15 yaşlı məktəbli qıza  efirdə elçilik edirlərsə bu artıq faciədir.Yadıma Qaraca qız filmindən epizod yadıma düşdü- “Belə kiçik yaşda olan bir qızın nə kimi faciəli bir sərgüzəşti ola bilərdi”. İndi bu 15 yaşlı məktəbli qızın hansısa bir TV layihədə elçiliyindən daha faciəli nə sərgüzəşti ola bilərdi ki…?!
Cəmiyyətin böyük bir problemi olan erkən nigahlara cütlükləri, ailələri və bütövlükdə cəmiyyəti, həm qısa, həm də uzun müddətli problemlərlə qarşılaşdıracağını aidiyyatı dövlət orqanları, ekspertlər, ictimai təşkilatlar hər zaman diqqət çəkir. Ekspertlərin fikrincə, erkən nigah cəmiyyətin ailə strukturunu təhdid edir. Eyni zamanda o, xüsusilə də cəmiyyətdə qızların qeyri-bərabər mövqeyini gücləndirən, həyat seçimlərini azaldan insan hüquqlarının kobud şəkildə pozulması və məişət zorakılığının bir formasıdır.
Erkən nikah üçün hər zaman səbəb və ya bəhanələr gətirilir. Bəzən, yoxsulluqdan qurtulma arzusu, bəzən bəzilərindən daha yaxşısına qaçma , bəzən bir qul kimi satılma, keçmişdən miras qalmış " yaşın keçir, evdə qalarsan” misalı.. , Bəzən özünü ifadə etmək arzusu gənc yaşda nigahın səbəblərindəndir ".
Bəs Xəzər TV-də yayımlanan verilişdə hansı səbəbdən erkən evlilik “təbliğ” edilir. Yoxsa bilmirlərmi ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10.1 maddəsinə əsasən Azərbaycanda nikah yaşı 18 yaş müəyyən edilib? Yoxsa bütün dünyanın ən ağrılı problemlərindən olan erkən nigaha qarşı hər il müvafiq dövlət orqanları və dövlətimizin dəstəyi ilə Qeyri Hökumət Təşkilatları tərəfindən həyata keçirilən yüzlərlə layihə və tədbirlərdən xəbərsizdir? Bəlkə bu allı güllü tv verilişləri hazırlayıb ortalığa çıxaranlar üçün çoxda əhəmiyyətli deyil cəmiyyətin sabahı? Bu efir həvəskarları üçün azyaşlı qızlarımızın həyatı əhəmiyyət kəsb etmirsə, biz gəncliyimizin təhsilli, sağlam və vətənpərvərlik ruhunda yetişməsi üçün yaradılmış bütün şəraitdən istifadə etməyə çalışırıq və bu istiqamətdə istər televiziyalarda nümayiş etdirilmiş, istərsə də digər informasiya vasitələrində dərc olunmuş bu kimi mənfi hallara anında reaksiya verməyi özümüzə borc bilirik.
Bilirəm ki, bəzi oxuyucular düşünəcəkdir ki, kiçik məsələyə böyük yanaşmışam, əslində elə böyükdə yanaşılmalıdır hətta daha ciddi daha ciddi yanaşılmalıdır kaşki bu haqda məsul olanlarda biraz ciddi yanaşaydılar azyaşlı qızlarımızın taleyinə. . . Televizya böyük gücdür o dərəcəd gücə sahibdir ki ölkə qanunların belə aşağılayıb azyaşlılarımıza əl uzadacaq dərəcəyə qədər qalxmağıda olur . Bax bu qalxmaq xeyirə yox şərə olduqda çox , çox əziyyətlər çəkməli olacağıq.
Hər il dünyada eləcə də ölkəmizdə erkən evliliyin fəsadlarını insanlara çatdırmaq üçün minlərlə video roliklər hazırlanır, xərclər çəkilir və qəfildən ortalığa bir saatlıq efir vaxtı ilə ortalığa bir veriliş çıxarılır. Elə bir veriliş ki, milyonların əziyyətini alt üst edir.
Ölkə başçısının sərəncamı ilə uşaq hüquqlarına nəzarətin gücləndirilməsi məqsədi ilə nəzarət qrupları yaradılıb. Uşaq və gənc qızlarla bağlı “Azərbaycan 2020-gələcəyə baxış” Konsepsiyasında uşaq və Azərbaycan ailəsi strategiyası əsasında bir çox məsələlər müzakirəyə çıxarılıb. Görünən odur ki, bu məsələyə nə qədər ciddi və hərtərəfli yanaşılması televizayaların, eləcədə “aparıcıların” vecinə də deyil .
Xəzər TV nin “5-də 5”adlı bir verilişi var ki, bu tele layihədə az yaşlı olan məktəbli qıza elçi gedilməsi və bu hərəkəti efirdə yayımlanmasını təəssüf hissi ilə qarşılayır və bu kimi hərəkətlərə etirazımızı bildiririk .
Ümid edirik ki efirə nəzarət edən məsul şəxslər öz vəzifələrinin öhdəsindən layiqincə gələcəklər .
Biz “Gələcək” intellektual İnkişafa yardım İctimai birliyi olaraq erkən nigahı təbliğ edəcək hər cür addımların qarşısında olacağıq.

Kazim Məmmədov
Sosial şəbəkələrdə paylaş: