Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu
Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov VƏTƏN-ƏBƏDİYYƏT BEŞİYİMİZDİR... Şehit Baş Leytenant Cabbar Faiqov
QƏHRƏMAN TÜRK OĞLU Fərqanədən Xocalıya… “ANA BİRAZ SƏBR ET, 4 AYIM QALDI GƏLİRƏM” Azərbaycan Alpaqut Federasiyası qanvermə aksiyası keçirdi - FOTO



» » Qadına qarşı zorakılıqlar əleyhinə elektron bilərziklər - niyə Azərbaycanda da olmasın?


Qadına qarşı zorakılıqlar əleyhinə elektron bilərziklər - niyə Azərbaycanda da olmasın?

15-11-2017, 09:23
Oxunma sayı: 131
Qadına qarşı zorakılıqlar əleyhinə elektron bilərziklər - niyə Azərbaycanda da olmasın?Türkiyədə və bizdə artan zorakılıq hallarının ortaq və fərqli cəhətləri, çıxış yolları...

Türkiyədə qadınlara qarşı cinayətlərin sayı durmadan artır. Statistikaya görə, təkcə bu ilin oktyabr ayında ölkədə kişilər tərəfindən 40 qadın öldürülüb, 25 qadın zorakılığa məruz qalıb. Cinayətlərin 26 faizi məhkəmənin qarşısında, məktəb çıxışında, avtobus dayanacağında və bu cür ictimai yerlərdə, insanların gözü önündə baş verib.

Bu qadınların 35 faizi ərləri tərəfindən öldürülüb. Artıq Türkiyədə qadın əleyhinə cinayətlərlə mübarizə üçün yeni üsullar düşünülüb. Burada qadının şikayəti ilə onun həyatın təhlükə törədən ərinin və ya digər qohumunun haqqında məhkəmə qərarı ilə uzaqlaşdırma qərarı alması mümkündür.

Artıq haqlarında uzaqlaşdırma qərarı verilən şəxslər cib telefonu və GPS sistemi ilə işləyən, Günəş enerjisi ilə çalışan elektronik bilərziklə təqib ediləcək. Qadına qarşı zorakılığı önləməyə yönəlmiş smart elektron bilərzik və təqib sistemi projesi daha da inkişaf etdiriləcək və xəritəni dəstəkləyən proqram vasitəsilə yaxınlaşması qadağan olunan ərazilər müəyyən edilərək təqib olunacaq. Əgər həmin şəxs yaxınlaşması qadağan olunan ərazilərə, məsələn, qadının və ya uşaqların iş yerinə, məktəbə, evinə yaxınlaşarsa, bu zaman biləklik lazımi məlumatları ötürəcək və aidiyyəti qurumlar tərəfindən tədbir görüləcək ki, arzuolunmaz hadisələr yaşanmasın.

Azərbaycanda da ailə münaqişəsi və qısqanclıq zəminində qadınların həyat yoldaşları, hətta keçmiş həyat yoldaşları tərəfindən öldürülməsi halları az deyil. Bəs görəsən bu cür qoruma üsullarının tətbiqinə ehtiyac varmı?

Mövzu ilə bağlı danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Türkiyədə təklif edilən bu üsul çox yaxşı variant hesab edir: “ Amma onu kütləvi şəkildə tətbiqi ilə bağlı işin görülməsi bir az zaman tələb edir. Bununla paralel sosial işçi məsələsi də yaxşı olardı. Həmçinin təhlükənin qarşısını almaq üçün həmin şəxslərin sığınacaqlara göndərilməsinə ehtiyac var”.

Onun sözlərinə görə, zorakılığın, qadınlara qarşı törədilən qətllərin kökündə müxtəlif səbəblər dayanır: “Bu, təkcə aqressiya ilə bağlı məsələ deyil. Burada bir çox amillər ola bilər. Məsələn, evdəkilərin aqressiyanı dərinləşdirməsi və şəxsi cinayətə sürükləməsi ola bilər. Ola bilər ki, ana bütün gün nədənsə narazılıq edir və bu, kişinin psixikasına təsir edir. Və ya qadının əvvəlki rolunu icra etməməsi, müəyyən haqlarını tələb etməsi qarşı tərəfdə aqressiya yarada bilər ki, bu əvvəl belə deyildi, indi niyə belə olub. Ola bilər ki, əvvəl razılaşdıqları formatda münasibətləri belə olmayıb və bu qarşı tərəfi qıcıqlandırır. Burada xəyanət də rol oynaya bilər, kişinin özünün impotensiya probleminin olması da təsir edə bilər. Bu hamısına aid olmasa da, müəyyən cinayətlərdə belə məsələlərin də təsiri olur. Səbəblər müxtəlifdir, bir səbəblə zorakılığı və qətlləri izah etmək olmaz. Ekologiyanın təsiri var, qida məhsullarının təsiri var, bu orqanizmi və genetikanı dəyişir. Sosial şəbəkələrin də təsiri var”.

Türkiyədə qadın qətlləri ilə bağlı statistikanın daha qabarıq olmasının səbəbinə gəlincə, M.Zeynalova bunu qardaş ölkədə əhali sayının çox olması ilə əlaqələndirdi: “Digər tərəfdən, onların silah əldə etmə imkanları daha asandır. Biz şükür etməliyik ki, bizdə silah əldə etmək o qədər də asan deyil. Ona görə də Azərbaycanda silahla öldürmə halları nadir hallarda olur. Bizdə silahın sərbəst satışının olmaması çox yaxşı haldır. İnsanlarda şüur oyanmayınca, məsuliyyət hissi inkişaf etməyincə odlu silahların sərbəst satışı bizə yaraşmır”.

Qadına qarşı cinayətlərin səbəbinə gəlincə, statistika onu göstərir ki, kişiləri cinayətə aparan səbəblər əsasən psixoloji deyil, mental və yerli mədəniyyətdən doğan səbəblərdir. Bunu türkiyəli araşdırmaçılar ortaya çıxarıb. Onlar hesab edir ki, bu səbəbdən qadına qarşı hər cür hücumların qarşısını almaq üçün cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılması üçün lazımi addımlar atılmalıdır. Cəmiyyətin bu istiqamətdəki inkişaf dinamikasına baxsaq görərik ki, müxtəlif qurumlar yaradılıb, qanunlar qəbul olunub, razılaşmalar əldə olunub. Ancaq cinayətlərin sayı da buna paralel olaraq artmaqdadır.

Bu baxımdan cinsi bərabərsizliyin qarşısını almaq üçün aparılan işlər xalqa çatımlı olmalıdır. Qadınların əleyhinə yönəlmiş ayrı-seçkiliklər, dezavantajlar aradan qaldırılmalıdır. Onlar da kişilərə bərabər şəkildə vəzifə almalı və məsuliyyət daşımalıdırlar. Qadının təhsil alması və iqtisadi baxımdan özünü təmin etməsi qadınlara qarşı zorakılığı tamamilə aradan qaldırmasa da, hiss olunacaq dərəcədə əngəlləyə bilər. Cəmiyyətdəki namus anlayışı ilə bağlı hər iki tərəfin maarifləndirilməsinə ehtiyac var. Qadına qarşı zorakılığın fərqli formaları olduğundan qadınlara bu haqda bilgi verilməlidir. Həmçinin bu məsələdə yardımçı tərəf olan təhlükəsizlik orqanlarının işçiləri də xüsusi təlimlərə cəlb olunmalıdır. Onların ailədaxili zorakılıq hallarına qarşı daha həssas yanaşması təmin edilməlidir.

Nərgiz LİFTİYEVA
Sosial şəbəkələrdə paylaş: