Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu
Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov VƏTƏN-ƏBƏDİYYƏT BEŞİYİMİZDİR... Şehit Baş Leytenant Cabbar Faiqov
QƏHRƏMAN TÜRK OĞLU Fərqanədən Xocalıya… “ANA BİRAZ SƏBR ET, 4 AYIM QALDI GƏLİRƏM” Azərbaycan Alpaqut Federasiyası qanvermə aksiyası keçirdi - FOTO



» » Tikinti maqnatının 27-ci qurbanı da üzə çıxdı


Tikinti maqnatının 27-ci qurbanı da üzə çıxdı

15-11-2017, 09:21
Oxunma sayı: 88
Tikinti maqnatının 27-ci qurbanı da üzə çıxdıEldar Sultanov: “Baş prokuror məsələni nəzarətə götürsün, pulumuzun qaytarılmasını təmin etsin”

“Alışov biz vətəndaşlardan pulları alır, atır, kimə nə verirsə, azadlıqda qalır”. Bu sözləri “Yeni Müsavat”a Bakı sakini Eldar Arif oğlu Sultanov deyib. Onun sözlərinə görə “Yüksəliş-C” MTK-nın sədri Cahangir Alışov onu da aldadıb: “Məni də Cahangir Alışov aldadıb. 2 ildir qapılardayam. Cahangir Alışova verdiyim pulu geri ala bilmirəm. Onun mənə verəcəyi mənzilin bir neçə nəfərə satılmasından da qorxduğum üçün verəcəyi mənzili də almağa ehtiyat edirəm. Qəzetinizdə onun ”Yüksəliş-C" MTK-da vətəndaşları aldatdığını yazılıb. http://musavat.com/news/yukselis-c-mtk-sedrinin-26-ci-deleduzlugu-da-uze-cixdi_482992.html ttp://musavat.com/news/yukselis-c-mtk-sedrinin-26-ci-deleduzlugu-da-uze-cixdi_482992.html (“Yüksəliş-C” MTK sədrinin 26-cı dələduzluğu da üzə çıxdı)

2 il əvvəl mən Cahangir Alışova 52 min dollar pul ödəmişəm. Mənə rəhbəri olduğu “Texnologiya” MTK-nın Əhmədlidə inşa etdiyi mənzilin sənədlərini, maliyyə arayışını verdi. Sonradan bildim ki, həmin mənzili 15 nəfərə satıb. Mənə satılan mənzilin nömrəsi 88 idi. 88-in qabağına 1 qoyub 188 ediblər və satıblar. Yəni bu adamlar üçün dələduzluq etmək su içmək kimi bir şeydir. Cahangir Alışov mənimlə danışanda deyirdi ki, 1 aya mənzilimi mənə verəcək. 1 il 2 il oldu. İş Sonradan oğlu Samir eyni vədləri verməyə başladı. O da atası kimi vəd verməklə məşğuldur. “Yüksəliş-C” MTK-da baş verənləri “Texnologiya” MTK-da da ediblər. Şikayət edirəm, Xətai Prokurorluğunda cinayət işi başlanır. Alışov bizdən aldıqlarından verir, iş də bağlanır. 2 ildir ki, biz küçələrdəyik. Pulumuz da, evimiz də əlimizdən gedib. Alışov da qaçıb gizlənir".

Vətəndaş baş prokurora müraciət edərək məsələni nəzarətə götürülməsini istəyib: “Alışov vətəndaşlara ata-ata gedir, özü üçün yaşayır. Maşınlarının, villalarının, mənzillərinin sayı-hesabı itib. Biz də vətəndaş olaraq haqqımızı tələb edirik. Nə edək? Alışov kiminsə gözünə xoş görünür deyə biz ömrümüzü kirayələrdə keçirməliyik? Baş prokuror məsələni nəzarətə götürsün, pulumuzun qaytarılmasını təmin etsin”.

Qeyd edək ki, redaksiyamıza müraciət edən Tovuz rayon, Bozalqanlı kənd sakini Elçin Kamil oğlu Cəfərquliyev deyib ki, 4 avqust 2008-ci ildə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Yüksəliş-C” MTK sədri Cahangir Alışovdan 16 mərtəbəli binanın 7-ci mərtəbəsində, 30 saylı 2 otaqlı 109 kvadrat metr mənzili müqavilə və müvafiq sənədləşmələr əsasında alıb. Ümumilikdə mənzil üçün Cahangir Alışova 70 min manat pul ödəyib. Ödənişlə bağlı müvafiq qəbzlər və maliyyə arayışları MTK-ın möhürü təsdiqlənərək ona təqdim edilib. Hətta bu ilin mart ayında qaz və su sayğacı üçün vətəndaşdan 700 manat əlavə pul ödənişi alıblar. 11.10.2017-ci ildə mənzilə baxmaq üçün gələrkən isə vətəndaşa bəlli olub ki, C.Alışov mənzili dələduzluq yolu ilə Lənkəran sakini Həcər Əliyevaya satıb. E.Cəfərquliyev deyir ki, məsələ ilə bağlı bir çox dövlət orqanlarına, ölkə rəhbərliyinə də müraciət edib.

Qeyd edək ki, C.Alışovun adı dəfələrlə mətbuatda dələduzluq əməllərinə görə hallanıb. Xəbərlərdən birində onun 24 vətəndaşa qarşı dələduzluq etdiyi bildirilir. Həmin vətəndaşlar da E.Cəfərquliyev kimi əllərindəki pulu C.Alışova veriblər və əvəzində də dələduzluqla üzləşiblər. Həmin vətəndaşların da siyahısını təqdim edirik:

Babayeva Mərifə - 37 min manat;

Qurbanov Nəbi - 71 min 876 manat;

Zeynalova Yeganə - 60 min 450 manat;

Haşımov Məhəmməd - 94 min 680 manat;

Kərimov Şakir - 53 min 907 manat;

Məmmədov Eldar- 85 min 144 manat;

Məmmədov Eldar - 40 min 800 manat;

Bərxudayeva Könül - 40 min 800 manat;

Fərzullayeva Səbinə- 22 min 340 manat;

Kərimov Şakir- 66 min 553 manat;

Qasımov Zərrintac - 42 min 280 manat;

Ismayılov Kamran - 27 min 200 manat;

Babayev Səxavət - 28 min 400 manat;

Səbzəliyev Qalib - 38 min 160 manat;

Ömərli Hüseyn - 58 min 720 manat;

Qasımov Çingiz - 28 min 400 manat;

Qasımov Çingiz - 33 min 440 manat;

Qəmbərov Səxavət - 47 min 700 manat;

Bağırov Fəxrəddin - 50 min manat;

Muradova Esmira- 42 min 240 manat;

Əliyev Zaur - 9 min 215 manat;

Qarayeva Yeganə - 25 min manat;

Faiq - 25 min manat;

Əhmədov Tariyel- 368 min manat;

Əliyeva Mətanət- 3 ədəd saxta sənədlə mənzil verib.

Maraqlıdır, bunca vətəndaşı dövlətdən narazı salan MTK sədrini himayə edən kimdir? Niyə hüquq-mühafizə orqanları 1 dələduz MTK sədrinə qarşı tədbir görmürlər?

Mövzuya qayıdacağıq.

E.HÜSEYNOV
Sosial şəbəkələrdə paylaş: