AZƏRBAYCANIN ƏN “ƏZƏLƏLİ QIZLARI”: “BİZİM KİŞİLƏR ÇILPAQ BƏDƏN GÖRƏNDƏ…” – VİDEO- MÜSAHİBƏ Bakıda məşhur “avtoş”u kim öldürdü? - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO Əmək haqqından tutulmalar necə olacaq? - HESABLAMA NÜMUNƏSİ Bu da xalq artistinin gənc əri - İlk dəfə üzünü göstərdi - FOTO
Bakı küçələrində rəssamlıq edən azərbaycanlı müğənni kimdir? - FOTO Niyə yaşıl çay içməliyik? Mirtağı Əsədovun həbsi ilə bağl Azərbaycan Prezidentinə müraciət etdildi. Zahid Orucdan Zamirə və Cahangir Hacıyevlə bağlı maraqlı təklif
Bərdədə 60 yaşlı kişinin intihar GÖRÜNTÜSÜ yayıldı Nuranın transparan geyimi müzakirə olundu - FOTO Sürücülərin nəzərinə: sabah son gündür Türkiyə səfiri Erkan Özoral Aİİ-ni ziyarət edib



» » Rəcəb Tayyib Ərdoğan Ramil Quliyevdən danışıb


Rəcəb Tayyib Ərdoğan Ramil Quliyevdən danışıb

13-11-2017, 11:13
Oxunma sayı: 425
Rəcəb Tayyib Ərdoğan Ramil Quliyevdən danışıbTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan idmanda milliləşdirmənin əleyhinə olmadığını açıqlayıb.

“Report” xəbər verir ki, “NTV Spor”un qonağı olan dövlət başçısı bu praktikadan bütün dünyada istifadə edildiyini söyləyib. Onun fikrincə, milliləşdirməyə neqativ yanaşmaq faydalı deyil: “İngiltərə, Fransada əcnəbilər oynayır. Kaş ki, öz soyumuzdan olub, torpaqlarımızda yetişərdilər. Lakin bu olmursa və dünyanın bir gerçəyidirsə, buna mənfi baxmağın faydası olmaz”.

R.T.Ərdoğan Bolqarıstanda doğulan Halil Mutlu və Naim Süleymanoğlu kimi ağırllıqaldıranların Türkiyə idmanına müsbət təsir etdiklərini xatırladıb. O, həmçinin bu il Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda dünya çempionu olan azərbaycanlı Ramil Quliyevi örnək göstərib: “Əlbəttə, Türkiyə vətəndaşlığını qəbul edən şəxs zəif yox, güclü olmalıdır. Naim Süleymanoğlu, Halil Mutlu...Bunlar gəldi, nə oldu? Ağırlıqqaldırmada Türkiyəni bir addım irəli apardılar. Dəyişiklik yaşatdılar. Atletika tarximizdə son olaraq azərbaycanlı qardaşımız Ramil Quliyev çempion oldu. Efiyopiyalı qızımız bizə çempionluq gətirdi. Bunlar olduğu zaman digərlərini də irəli çəkirlər”.

Qeyd edək ki, Türkiyə yığmasının heyətində dünya çempionu olan Ramil Quliyev yarışdan sonra onu ilk təbrik edən şəxsin Rəcəb Tayyib Ərdoğan olmasına çox təəccübləndiyini açıqlayıb.
Sosial şəbəkələrdə paylaş: