Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu
Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov VƏTƏN-ƏBƏDİYYƏT BEŞİYİMİZDİR... Şehit Baş Leytenant Cabbar Faiqov
QƏHRƏMAN TÜRK OĞLU Fərqanədən Xocalıya… “ANA BİRAZ SƏBR ET, 4 AYIM QALDI GƏLİRƏM” Azərbaycan Alpaqut Federasiyası qanvermə aksiyası keçirdi - FOTO



» » İnformasiya Texnologiyaları


İnformasiya Texnologiyaları

12-11-2017, 00:31
Oxunma sayı: 475
İnformasiya Texnologiyaları Azərbaycanda ən daşlaşmış və dəhşətli streotiplərdən biridə alternativ düşüncəli gənclərin mənəvi təqibə məruz qalmasıdır. Hətta yarım saat səssiz durub düşünəndə “sənin nə dərdin var guya, gəl çıx bayıra hava dəysin biraz” deyirlər. Yada “Ağəz,uşağın başı xarab olub, saatlarla dinmir”. Yəni dərin və mənalı olmaqçün ən azı 40 yaşın olmalıdır. Yoxsa olmaz. Qadağandır. Yüngül olmalısan. Buna görədə heç kəs görməsin deyə gecə saat 4-də qapı-pəncərəni bağladım və çarpayının altında “gizlənərək” daha əvvəl yazdığım məqaləni oxumağa başladım və düşündüm. Görəsən qalın , tozlu kitablar hazırkı dövrün tələblərinə nə dərəcədə cavab verir? Bu qədər sürətli dünya və ona adaptasiya olmaqçün ən rahat yol nədir? Kitablarmı ? Məncə yox. Indi düşünə bilərsiniz ki, “bu başıboş öz özünü səhv çıxarır ki? ” Yox. Oradakı bütün fikirlərimin üstündə qalıram. Sadəcə beynimdə doğan yeni fikirlər var. Maraqlı yanaşma və müqayisələr dolu. Seçimsə sizdə olacaq. Yazının adı sizi qorxutmasın. Çünki mən nə nəzəriyyə, nə predmet nədə elmi cəhətdən yanaşacam.Əvvəlki ampluada. Tamamilə səmimi və nece rahatdısa elədə söhbət edəcəyik.
Bəs informasiya texnologiyaları dedikdə nələr nəzərdə tutlur? Bura kompyuterlər , planşetlər , notebooklar, ağıllı telefonlar və s. daxildir. Bunlar həyatda can parçamız olub və səhərdən axşama qədər bizimlədirlər. Hətta deyərdim ki, tək qalmırıq. Tək qaldığımız yeganə yer tualet idi ki, artıq orada telefonla giririk. Lakin bu ,əlbəttə, yaxşı hal deyil. Bu cür texnologiyalarla “babat” davranan tanışlarımız yetərincədir. Bəlkədə siz özünüzdə bunu bacarırsınız. “İT” bacarığı deyəndə çoxumuzun ağlına kompyuteri acıb-bağlamaq , Facebookda “qız tutmaq”,saytlardan mahnı-şəkil yükləmək , “Clash of clans” oynamaq , “babat Liker” olmaq yada İnstagramda bir gecəyə 10000 “follow yığmaq” gəlir. Stop . Fərqli prizmadan baxmalıyıq. İndi mən sizə bir sıra elə ən primitiv misallar çəkim ki, bundan bəlkədə avropada 5 yaşlı uşaqda istifadə edir. Lakin bir çoxlarımız bu rahatlıqlardan özümüzü kənarlaşdırmışıq.
Məsələn, deyək ki, hal-hazırda elektron poçt hava su kimi vacibdir. Həsəd apardığımız inkişaf etmiş ölkələrdə uşaq,qoca, qadın , kişi fərq etmir. Az qala hər kəsin elektron poçtu var. Hazırkı dövrdə İnsanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində internet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. Gözlənilir ki, yaxın 50 ildə hər anımızda gərək olacaq. Azərbaycandasa vəziyyət fərqlidir. Beləki orta hesabla 60 %-dən çox gəncin elektron poçtu var. Bu saydan isə cəmi 10-15 % düzgün istifadə edir. Digərləri isə yalnız Facebookda qeydiyyatdan keçməkçün elektron poçt yaradır. Böyük kütlə isə poçtun parolun yadında saxlamağı ümumiyyətlə vacib bilmir. Gənclər bu vəziyyətdədirsə yetkin və qoca nəsildən danışmağa dəyməz. Bəs naviqasiya sistemi? İstifadə edirsiniz? Hansıki bir çox sosial şəbəkələrdə yerləşdirilib və bununcün çox saylı proqramlar mövcuddur. Ki, siz kimisə yolda tutub “qaqa, bura haradı?”deməyəsiz. “Map” proqramları biraz diqqət tələb etdiyi üçün bəzilərinin “başım çıxmır” deməsi bir mənalı qarşılanmır. Yəqin sizin aranızda “Google drive” istifadəçiləri çox azdır. “Google drive” “online yaddaş kartı” kimi başa düşülür. Bu xidmət 2006-cı ildən fəaliyyətdədir. Yəni 10 ildən çox. Lakin bizim gəncliyin 10-15 %-nə çatıb. Bu xidmət sizə pulsuz olaraq 5 GB yer verir və siz sərhədsiz olaraq istədiyiniz faylları rahat saxlaya bilərsiniz. Uber xidməti necə? Yararlanırsını? Populyar taksi və xüsusi avtomobil çağırma (şəxsi sürücü) xidməti Uber, Azərbaycanda xidmət göstərir. Fəaliyyətə başladığı hər bir şəhərdə tanınmış şəxs Uber-i sifariş edən və istifadə edən ilk istifadəçisi olur. Uber mobil telefondan və ya kompyuterdən taksi çağırma xidməti təklif edir. Bunu üçün xidmətin xüsusi proqramını smartfonunuza (Windows və iPhone, Android) yükləyərək, sistemdə qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyatdan keçmək adınzı, emailinizi və kredit kartınızın məlumatlarını daxil etməklə mümkündür və əsas məsələ budur ki, qiyməti proqram hesablayır və sürücü sizi aldada bilmir. Beləcə , siz taksi sürücüsüylə qiymət davası etmədən istədiyiniz nöqtəyə rahat çatırsınız. Və birdə hamımızın yaxşı tanıdığı youtube varki siz bu saytın köməkliyi ilə həyatda ən ciddi məşğuliyyətinizə başlaya bilərsiniz. Sizləri bilmirəm. Amma bu sayt mənimçün “Vebdəki cənnət”dir.
Baxın, bu saydıqlarım ən primitiv anlayışlar idi. Hansıkı gündəlik həyatda hər birimizin işini yüngüləşdirir. Bunun kimi,yüzlərlə proqramlar mövcuddur. Amma istifadə olunmur. Yada düzgün istifadə olunmur. Mən əminliklə deyə bilərəm ki, Azərbaycan gəncliyi bu barədə ibtidai səviyyədədir.
Amma bizim söhbət burda bitmir. Qarşıda maraqlı müqayisələrimiz var.
Təhsil nə dərəcədə önəmlidir? Mən dəfələrlə bu 2 cığırı təhlil etmişəm və çətində olsa bir qərara gələ bildim. Kim desəki “hər ikisi eyni dərəcədə vacibdir” inanmayın . Çünki tam əks qütblərdi və mən bu tam əks qütbü 6-7 ay öncə istəmədəndə olsa müqayisə etdim. Deməli 7 ay bundan əvvəl ingilis dilindən 3-4 sözü güclə bilən bir dostum sosial şəbəkədə özünə müəllim tapır və “skype” ilə video dərslərə başlayır. Başa düşürsüz bu nə deməkdir? Müəllim öz şagirdi ilə yalnız “skype” ilə təmasda olacaqdı , onlar canlı ünsiyyətdə dərs keçməyəcəkdi. Ayın sonunda dostum gedib müəllimin bank hesabına pul köçürüb aylıq pulu ödəyəcəkdi. Mənə qəribə gəldi ki, bu necə tənbəl müəllimdi. Sən evdən çölə çıxma , otur “skype” qarşısındakı mən dərs keçəcəm. Dostuma qətiyyətlə dedim ki, bu işin başını buraxsın , gözləsin bir neçə aydan sonra Bakıya gəlim , birlikdə dil kursuna yazılaq və rahat-rahat öyrənək. Nə isə. Sözümə baxmadı. Yaxşıki baxmadı. Dostum indi ingilis dilini rəsmən “çırtlayır”. Adam artıq alt yazısız ingilis dilində filmləri rahat-rahat izləyir və 6 illik Üzeyir Mehdizadə dinləyicisi bütün günü Eminemə qulaq asır. Və mənim hünərim çatmır ona deyim ki , “Əə, guya başa düşürsən?” Çünki həqiqətən başa düşür. Problemsiz özüdə. Bu olanlardan sonra məni dərd götürdü. Başladım düşünməyə. Deməli mən 1-ci sinifdən tam 4 il ingilis dilini öyrənməkçün hazırlıq keçdim və 5-11 ci siniflərdə intensiv şəkildə (guya) ingilis dilini öyrəndim. Hətta universitet hazırlığı ilə bağlı olaraq son iki ildə repetitor köməyi ilə hazırlıq keçdim və nəticə...6 ay “skype”la ingilis dili öyrənən dostum mənə yaxın günlərdə kursa yazılacam deyə bir balaca hazırlaşdırır. Və ümumiləşdirib belə sonluq vermək olar. Mənim 10 illik ingilis dili təhsilimi dostumun 6 aylıq “skype”la keçdiyi danışıq dili kursu yıxdı yerə , sürüdü , üstünə çıxıb taptaladı , ürəyi soyumadı və bir daha sürüdü.
Bundan sonra məni bir şey maraqlandırırdı...Həqiqətənmi Azərbaycan kimi bir ölkədə universitet və təhsil almaq önəmlidir? Doğurdanmı, ömürün 17 ilini(11 il orta , 4 il ali , 2 il tam ali) bir ixtisasa həsr etmək boş deyil? Onsuzda Azərbaycanda 70% -dən çox tələbə öz ixtisası üzrə işləmir. Bəlkədə daha çox. Bu zarafat deyil, çox böyük rəqəmdir. Mən 2 il hazırlıq dövrümdə olan xərclərimi hesabladım. Repetitor ,hər fəsilə uyğun paltarlar, yollara dözməyən ayaqqabılar, ac qalmamaqçün “bulkular” , əlavə xərclər və s... Bir anlıq valideynlərimə yazığım gəldi. Hələ universitetin 1- ci kursundakı xərcləri hesabladım , amma onu 4-ə vurmağa ürəyim gəlmədi. Bu pullar bəlkədə boşuna xərclənirdi. Yəni doğurdanmı mən xərcləyirdim o pulları? Hara və niyə? Bu nə quruluşdu belə? Bu nə sistemdi? Kapitalizmin hiyləgərliyidə məhz budur. Səni elə sürükləyir ki, heç ruhunda incimir.Birdən gördün paltarını alıblar , əl-ayağını tələb edirlər.
Deməli 17 illik təhsil vaxt udma məqsədi güdür. Üstəlik böyük kütlə ixtisasının heç kölgəsinə çata bilmir. İqtisadçı Ekologiya Nazirliyində işə düzəlir, biologiya müəlimi xəstəxanada tibb bacısıdı, kimya mühəndisi dayısının bankında aylıq 300 manata ora-bura qaçır və hidrogeologiya mühəndisi isə tində durub siqaret tüstülədir. Yəni bu ölkədə 17 illik təhsil sistemi “Oxu , işə düzəl , papan səni işə düzəldəcək, yaxşı tanışı var”dan ibarətdir. Qorxuram 20-25 ilə elçi gedənlər xonçaya şirniyyat əvəzinə diplom qoysunlar. Çünki evlilik barədə qız ailəsinin milli psixologiyası “Hara saxlayırsan qızı evdə? Görmürsən nə “солидный” oğlandı . Əlində diplomuda var , ver getsin” ilə yekunlaşır.
Halbuki texnologiya sayəsində istənilən sərhədi çox əziyyət çəkmədən aşmaq olar və istənilən işdə peşəkarlıqçün ən uzağı 1 il kifayətdir. Yəni 1 il sevdiyiniz peşəni intensiv şəkildə öyrənsəniz peşəkarlığa doğru iri adımlar atarsınız. Və bu araşdırmalardan sonra qərara aldım ki, mən ən böyük səhvi universitetə hazırlaşıb daxil olmaqda etmişəm. Nə üçün universitet oxumalıyıq? Yüngülcə nəzər salaq…Universitet öz kütləsinə nə verir? Baxın, söhbət 5-10 nəfərdən getmir, kütlədən gedir. Savad? Yox. Ümumiyyətlə universitet bitirənlərin çoxu işə düzəlməkçün imtahan verəcəklər deyə kursa gedirlər, adama deyərlər “4 ildi nə ilə məşğul idin?” Bu sistemin qəribəliyi ondadır ki,dövlət müəssisələri əlində diplom olan tələbədən imtahan götürür, niyə? Səbəb nədir? Çünki, özünün verdiyi təhsilə inanmır. Şübhə edir deyə imtahan istəyir. Və düz də edir. Rüşvətxor müəllimlər və day-daylı tələbələrə kim inanar? Bəs universitet sonra nə verir? Mədəniyyət? Xeyr. Tələbələrin yarıdan çoxu istər şəxsi, istərsədə ictimai həyatda yetərincə heyvanlıq edirlər. Bəs nə? Intellektuallıq? Buda xeyr. Çünki bizdə hələdə soveti pisləyib, sovet təhsil metodundan istifadə sindromu gedir. Buda XX əsr intellekti verir. Müasir intellektualıq fərqli anlamdı. Təəssüf bizim gənclərin intellektuallıq anlayışı 1-2 “action” janrında film və 3-4 detektiv romanla tamamlanır. Nəticə olaraq , o kağız parçasını (diplom) alana qədər xərçlənən pullar yığılsa elə biznes qurmaq olar ki, həyatın boyunca davam edər və sənə həm maddi həmdə mənəvi rahatlıq verər.
Bəsdir beynimizi teoremləri, Nyutonun ikinci qanununu, Koroğlu dastanını, Balıqların iç-çalatını öyrənməklə məhv etdik. Niyə qızıl vaxtda heyifiniz gəlmir? Axı həyatda bircə dəfə yaşayırıq. Nədir bu gedişlə sonumuz? Nədir təhsilin sonu? Hansı ixtisasdı daha prestijli? Azərbaycanda gənclərin ən çox meyil etdiyi ixtisaslar hüqüq , neft , iqtisadiyyatla bağlı yada həkimlikdir. (İnformasiya Texnologiyaları yazmadım, çünki məqalə elə bu mövzunu müdafiə edir) Və sizi əmin edirəm , bu sadalanan ixtisaslar günü-gündən öz dəyərini itirir. Neft və iqtisadiyyatın tənəzzülündən xəbəriniz var , bunu deməyə ehtiyyac yoxdur. Hüquqşünaslıq necə? Buda bir heç, çünki artıq avropada və dünyanın bir çox yerində sizin aşağıdan yuxarı baxdığınız hüqüqşünaslar bir aparat düyməsi ilə əvəz olunub. Bəs həkimlik? Ola bilər sizin nənəniz babanız uşaqlıqda sizə deyib ki, “Bala, həkim ol, həkimin həmişə pulu olur.” Amma deyimki onlar sizi aldadıb. Çünki həkimin pulu həmişə olmur. Hazırda göz əməliyyatları həkimsiz həyata keçirilir. Müəyyən müddətdən sonra bütün əməliyyatlar maşınla həyata keçiriləcək. Qorxun ki, həkim sözü ümumiyyətlə leksikondan çıxsın.
Gəlin dediklərimə dünyadakı araşdırmalar prizmasından baxaq. Son araşdırmalara görə 2020-ci ilə qədər 7.1 milyon iş yeri ləgv olunacaq. Əvəzində 2.1 milyon yeni iş yeri açılacaq. Bu o deməkdir ki, 3 il ərzində 5 milyonluq dəyişiklik olacaq. İş baxımından ən zəif irəliləyiş səhiyyədə baş verəcək. Kompyüter və memarlıq kimi sahələrdə inkişaf gözlənilir. Ən çox ixtisasın meydana çıxacağı sahə isə informasiya və rabitə texnologiyalarında olacaq.
Və bu müqayisələrdən sonra , sizin qarşınızda 2 cığır var. 1) 17 illik təhsil ,qazanc qəpik-quruş, bütün günü qul kimi işləyib və arzularınızın üstündən xətt çəkirsiniz. 2) İnformasiya Texnologiyaları sayəsində 1-2 illik praktika, yetərincə pul, daha artıq vaxt və istədiyiniz sahəyə yönəlmə imkanı əldə edirsiniz.
İnfomasiya texnologiyaları – dövrün tək çıxış yolu. Bayaqkı müqayisələrdən məlum oldu ki, hazırkı universitet təhsili gənclərə prestijli yaşam verməyəcək . Sovetden qalma valideynlərinsə məsləhətləri bu dövr üçün keçərli deyil. “Oxu , işə düzəl , işlə , bekar olanda işlə, yatmazdan öncə işlə, yuxudan duranda işlə, hərdən işlə, çox vaxt işlə, yorulanda da işlə, axırda canın çıxanda...Əə , bir dəqiqə , hara ölürsən, işləyib bizi saxlamalısan.” Bir sözlə valideynlərimizin bizdən tələbi yalnız və yalnız “doyunca” işləməkdir. Bəs arzular? Hədəflər? istedadımız?
Biz gənclər hazırda çox ziddiyyətli dövrdə doğulmuşuq. Bir tərəfdən çox çətin, digər tərəfdən çox rahat. Çətin budur ki, sovet dövründə bir gənc universiteti bitirən kimi ixtisasa tam uyğun olmasada oxşar işdə işləyirdi. O, dövrdə siz bir işə düzəlib və şikayət etmədən ölənə qədər o işin içində qala bilərdiniz. İldə 1 dəfə Kislovodskdə dincəlib , yenidən qayıdardınız sevimli “işinizə”. Bu əslində pis deyil. Bezdirici olsada bir rahatlıq var ki, işləyirsən. İmperiya dağılınca kefdəsən. Bəs indi? İndi az qala hər gün bir müəssisə bağlanır. Artıq texnologiyalar hər işi görür demək olar. Bir neçə ildən sonra insan həyatda heç nəyə lazım olmayacaq bəlkədə . Bəs siz? Sizin beyninizdə nə var bu saat? Gələcəkdə hansı peşədə görürsünüz özünüzü? Hüqüqşünas , tərcüməçi , neft mühəndisi, həkim, ya necə. Bəsdirin məncə. Bu işlərə arzu, hədəf kimi baxmaq çox mənasızdır. Hansılar ki, bu insanlar uşaqlıqda şit əmilərin, bibilərin təsiri ilə böyüyən uşaqlar olublar. Onların düşüncəsi xalasının “ A bucu-bucu”lu əzizləmə üsulları ilə inkişaf edib. Məncə buraxın çərçivəli işləri. Daha azad , hər gün durub işə getməyə məcbur olmadığınız və hər zaman yetərli gəliriniz olacaq məşğuliyyət kəşf edin. Bu çoxda çətin deyil. Azacıq risk istəyir.
Hazırkı dövrün çətin tərəfini araşdırdıq. Bəs rahat tərəfi? Rahat tərəfsə budur ki, əgər sənin evində “Notebook” və “Wi-fi” varsa deməli sən öz işini və istedadını kəşf etməkçün son dərəcə potensiallısan. Dünyanı öz bacarıqları ilə heyran etmiş insanların səndən fərqi bilirsən nədir? Onlarda həm istedad həmdə özünü kəşf özəlliyi var. Səndə isə bunlardan yalnız biri yəni istedad var. Bəli , var. And içə bilərəm ki , xüsusi bacarıq hər kəsdə var. Amma hər kəs öz sahəsini kəşf etdikdən sonra ətrafın heyran qoyacaq. Bəs niyə elə bu gündən başlamırsan? Bəlkə səndən mükəmməl aşpaz çıxar,yada dünyaca məşhur rokçu, bəlkə də sənin çəkdiyin şəkillər milyon dollara satılacaq ,yada mükəmməl golf oyuncusu. Aktyor , model , yazıçı , rəqqas , üzgüçü , dizayner , prodüsser, xarici dil , musiqi alətləri, fotoşop , dizayn, səs uzlaşdırılması, hesablama və daha nələr nələr. Nədir? Yoxsa sənə qeyri-ciddi gəldi? Sən hüquqçu olacaqsan ? İqtisadçı? Bankir? Stop. Mən əminəm ki, bu eqolu düşüncələrlə uğur səndən uzaq qaçacaq və sənin gələcək işin küçələrdəki tualetlərin qapısında dayanıb , “giriş 20 qəpikdir” deyən dayılardan o tərəfə keçməyəcək.
Niyə axı bu qədər rahatsan? Niyə elə bu andan başlamırsan? Bəs sənin istedadın? Hansıkı bəlkədə milyonları heyran qoyacaq bacarığın var. Bəs həyatda özündən sonra iz qoymaq? 200 il sonra adını yalnız nəvə-nəticən xatırlayacaqsa nəyə lazımsan? Niyə də adın tarixə həkk olunmasın? Bununcün ilk addımları elə indi at. Əgər hərəkətsiz qalsan geriyə səndən heç nə qalmayacaq. Heç kimin yaddaşın zəbt etməyəcəksən. Keçmişdən silindiyin kimi gələcəkdəndə silinəcəksən. Heç var olmamış kimi. Elə indi başla. Heç kim birdən birə işinin ustası olmur. Bəlkədə bununçün illər lazım olacaq gələcəkdə. Amma əsasın bu gündən qoy. Elə indi başla. “Notebook”u qoy qarşına və sənə ən maraqlı olan peşədən başla. Məlumatlan , kurslara yazıl, seminarlarda iştirak et, təlimlərdə ol. Daim axtar , ara .Bir gün alınacaq. Tapacaqsan özünü. Durma yerində. Elə indi. At bu məqaləni kənara və başla istedadına qovuşmağa. Niyə hələdə oxuyursan, axı sənə lazım olan hər şeyi dedim. Artıq oxumaqçün səbəbində yoxdu. Amma hələdə oxuyursan. Elə bu yazını burdaca yarımçıq burax və qalx.
Yaxşı. Bilirəm ki, heç tükündə tərpənmədi və hələdə oxumağa davam edirsən. Səndən xahişim budur ki, texnologiyalara sarılasan. Saytlardan ikrah “sevgi münasibəti” qurmaq üçün yox, ət tökən mahnıları əzbərləməkçün yox, yüngül türk serial və verlişləri üçün yox. Özünü kəşf edib zirvəyə çatmaqçün texnologiyalara gir. Sən onlara girmədikcə onlar sənə girəcək və beynini darmadağın edib çıxacaq.
Ola bilsin oxuduğun bu yazı səndə qıcıq doğurdu. Öz-özünə fikirləşdin ki, “İndi guya bu boşboğaz bombadıda. Adama deyərlər sən özünü kəşf etdin ki, bizə də ağıl öyrədəsən. Yada nə iz qoymusan ki, bizədə iz qoymaqdan danışırsan”. Düz deyirsən. Razıyam səninlə. Təki rahatlan. Təki eqon rahatlansın. Unut bu yazınıda. Burdakı bütün müqayisə və məlumatları yaddan çıxar. Həyatına davam et. Səndən bir neçə dəqiqəni oğurladığımçün üzr istəyirəm. Özünü qoru , dostum...

Don. Elay
Sosial şəbəkələrdə paylaş: