“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi həyata keçirilib


“Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi həyata keçirilib

9-11-2017, 09:14
Oxunma sayı: 225
“Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi həyata keçirilib

Respublika.info yenigundem.az -a istinadən xəbər verir ki,”Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunu əhatə edən ən yaxşı məqalələrin müsabiqəsi keçirilib.

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsini həyata keçirib.

Layihənin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib, qadınların sosial-psixoloji durumu ilə bağlı monitorinqin nəticələri açıqlanıb, müsabiqənin qaliblərinə müvafiq diplomlar və pul mükafatları təqdim olunub.

Layihənin rəhbəri, “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri Ülkər Abdullayeva bildirib ki, layihənin yekunları, monitorinqin nəticələri, tədbirlərdə səslənən fikir və təkliflər KİV-də yayımlanacaq və paket şəklində əlaqədar dövlət qurumlarına göndəriləcək.

Daha sonra layihə rəhbəri tədbir iştirakçılarını maraqlandıran suallara cavab verib və müzakirələr aparılıb.

Tədbirdə “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova, “Gənc Demokratlar İnstitutu”nun prezidenti Yeganə Hacıyeva, “Qadın Liderliyi Uğrunda” İB-nin sədr müavini Nərmin Şamilova, Xəzər Universitetinin “Dünya” məktəbinin pedaqoqu Vəfa Vəliyeva, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə və digər iştirakçıları öz fikir və təkliflərini səsləndiriblər.


“Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi həyata keçirilib
“Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi həyata keçirilib
Sosial şəbəkələrdə paylaş: