“Yerli insanların dəstəyi Qafqaz İslam Ordusuna böyük ruh verirdi” Ucarda Yeni subsidiya qaydaları və Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib. “Açıq hökümət” təşəbbüslərinin təşviqi üçün onlayn -TV yaradılacaq Toy, nişan, nigah və ad günü tədbirlərinizi "Baku Wedding and Events Blog”a əmanət edin-FOTO
"Natelaşvili sərsəm bəyanatları ilə gündəmi dəyişmək istəyir" - Gənc politoloq Murad Muradov “Murmansk Payızı” sənət festivalı keçirilib – FOTOLAR Rusiya Azərbaycanlıları İttifaqının ikinci forumu keçiriləcək Göyçayda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda növbəti təlim keçirilib
Saçlarınızın erkən yaşda ağarmasını istəmirsinizsə bu qidalardan uzaq durun! Azərbaycanlı çempiondan Qarabağla bağlı örnək addım Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib - Fotolar Zərdabda Aqrar sektora Alternativ Maliyyələşmə mənbələrinin cəlbi mövzusunda təlim keçirilib.



» » BÖYÜK ÜRƏK SAHİBİ-Mehriban Əliyeva


BÖYÜK ÜRƏK SAHİBİ-Mehriban Əliyeva

6-11-2017, 14:25
Oxunma sayı: 557
BÖYÜK ÜRƏK SAHİBİ-Mehriban ƏliyevaZiyalı ailəsində dünyaya göz açan, ictimai-siyasi xadim Mehriban xanımın çoxşaxəli fəaliyyəti istər müstəqil ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır. Mehriban xanımı uşaqdan böyüyə hər kəs sevir. Bəs, milyonların bu sevgisi nədən qaynaqlanır?
Birincisi, sadəlik və səmimiyyət
İkincisi, xeyirxah və nəcib əməllər
Üçüncüsü,Vətənini, dövlətini, dövlətçiliyi, xalqını və işini sevmək Və nəhayət BÖYÜK ÜRƏK SAHİBİ olmaq.
Əgər bir insan bu xüsusiyyətləri özündə daşıya bilirsə demək ki, o bütöv bir ŞƏXSİYYƏTDİR. Mehriban xanım Əliyeva da belə bir xəsiyyətlərdəndir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sadəlik, xeyirxahlıq sinvoludur.
Əhəmiyyətli layihələrə imza atan, ürəkləri fəth etməyi bacaran Mehriban xanım Əliyeva ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu işlərə öz töhfəsini verməkdədir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublikamızın iqtisadi, sosial inkişafı ilə bağlı dövlət proqramlarına dəstək verərək həyata keçirdiyi layihələr hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanır.
Onun böyük ürəyindən gələn yaxşılıq istəyi, xeyirxahlıq hissləri istər sadə vətəndaşlar, istərsə də siyasət, dövlət xadimləri tərəfindən yüksək qiymətləndirilir. “Heydər Əliyev” ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, “Qızıl ürək” beynəlxalq mükafatı, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni, Fransa Respublikasının “Şərəf Legionu” ordeni və s. mükafatlarla təltif olnması onu misilsiz xidmətlərinə verilən qiymətdir.
Respublikamızın həyatında əlamətdar hadisə
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçımız Mehriban xanım haqqında bildirmişdir: “2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir”.
Bu fikirlər ölkə rəhbərinin birinci xanımın fəaliyyətinə verdiyi ali dəyərin göstəricisidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyevanın ölkəmizin ilk Birinci vitse-prezidenti təyin olunması respublikamızın həyatında əlamətdar bir hadisəyə çevrildi. Bu təyinat hər kəsin ürəyindən xəbər verdi və cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirildi. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması, eyni zamanda, respublikamızın ictimai-siyasi həyatında yeni dövrün başlaması deməkdir. Şübhəsiz ki, Birinci ledi kimi böyük uğurlara imza atan Mehriban xanım bundan sonra da respublikamızın inkişafına öz dəyərli töhfələrini verəcək".

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü Anar Məcidzadə
BÖYÜK ÜRƏK SAHİBİ-Mehriban Əliyeva
Sosial şəbəkələrdə paylaş: