Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib Lənkəranda 60 yaşlı qadını döydülər
Yardımlıda kütləvi dava: ölən var GƏNCLƏR HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI “11 aprel seçkiləri onların planlarını alt-üst etdi” 11 aprel seçkiləri onların planlarını alt-üst etdi
MSK seçkilərin ilkin nəticələrini açıqladı: İlham Əliyev 86,7 faiz səs toplayıb Peskov: "Onsuz da kövrək olan durumu daha da pisləşdirəcək addımlar atmamaq vacibdir" YAP: Azərbaycan xalqı İlham Əliyevi prezident seçib YAP Bakının mərkəzində qələbə mitinq-konserti keçirir



» » Gənc parlamentarinin layihə barədə təəsüratları.


Gənc parlamentarinin layihə barədə təəsüratları.

6-11-2017, 13:50
Oxunma sayı: 571
Qalib olaraq “Könüllülər Parlamenti 2017”layihəsindən təəsüratlarımı sizinlə paylaşmaq mənim üçün böyük zövq verir.”Könüllülər Parlamenti 2016”layihəsindən məlumatlar paylaşılanda qərar verdim ki,növbəti dəfə bu layihədə iştirak edəcəm.Ərizə formasını doldurdum müsahibədə iştirak etdim.Və sonradan imtahan nəticəsində seçildim.Bütün bu prosedurlar tam şəffaf idi və yalnız bacarıqlı,siyasi bilikləri güclü olan namizədləri seçmək üçün nəzərdə tutulmuşdu.Layihədə iştirak hüququ qazandım və Şamaxıya yollandıq.Burada 4 gün keçirdik və bu 4 gün çox dəyərli və unudulmaz xatirələrlə qayıtdım.Könüllülər Parlamenti layihəsi Asan könüllüləri təşkilatının layihəsidir və Gənclər fondunun maliyyə dəstəyi və Vergilər Nazirliyi tədris mərkəzinin təşkilatçılığı ilə həyata keçirilirdi.Bu layihənin məqsədləri gənclərdə siyasi bilikləri gücləndirmək,gənclərə özünüinam bacarığını aşılamaq,onlara öz imkanlarından rahat şəkildə istifadə etməsi üçün faydalı mühiti yaratmaq,digər gənclərlə fikir mübadiləsi apararaq öz dünyagörüşünü və baxışlarını dəyişdirmək üçün şərait yaradacaq.Həyatımda ilk dəfədir ki,bir layihədən 3 sertifikatla dönürəm.Biz bir komanda olaraq “team building”adlanan yığım oyununda qalib olduq.Bu daha çox ailə investisiyasını idarə etmək,gənclərdə iqtisadi bilikləri gücləndirmək üçün nəzərdə tutulmuş layihə idi.Bu layihədə qalib olmaq mənim üçün böyük naliyyət olmuşdur.Çünki bu oyundan sonra bizə Alman qurumunun ingilis dilində olan sertifikatını verdilər.Layihənin gündəliyi gənclərin hərtərəfli inkişafını əhatə edirdi.Son gün “milli məclisin plenar iclası”baş tutdu.Bu plenar iclasda qanun layihəmiz 37 səs lehinə,10 səs əleyhinə və 1 səs bitərəf kimi qəbul edildi.Və biz ən yaxşı komitə seçildik.Biz bir komanda olaraq çox yaxşı iştirakla yadda qaldıq və mən yeni dostlar qazandım.Mən bu layihədən çox şey öyrəndim,özümdə böyük inkişafın getdiyini hiss edirəm.Bu layihələr sayəsində mən şəxsi inkişafımı gücləndirdim və auditoriya qarşısında sərbəst çıxış etmək bacarıqlarımı yüksəltdim.Fikrimcə Azərbaycanlı gənclərin ən böyük problemlərindən biri sosial cəhətdən aktiv olmamalı,könüllülük anlayışının gənclərdə düzgün başa düşülməməmisidir.Mən özüm Formula 1,İslam oyunları,Dünya Polo kuboku və Skaut hərəkatında könüllü kimi çalışmışam.Azərbaycanlı gənclərdə isə diploma fokuslanmaq kimi problem özünü göstərir.Mən isə həmişə könüllülük fəaliyyəti ilə məşğul olmuşam və belə layihərlə dərindən maraqlanıram.Ən böyük arzum xaricdə təhsil almaqdır.Çünki Azərbaycanda təhsildə yeni innovativ metodlardan istifadə edilməməsi köhnə mühazirəçilik sisteminin qalıqlarının qalması təhsilimizi dünya təhsilinə inteqrasiyasında böyük sərhədlər qoyur.Və inanıram ki,bizimlə birlikdə çalışan parlamentarilər gələcəkdə parlamentdə yüksək yerlər tutacaqlar.

Gənc parlamentarinin layihə barədə təəsüratları.

" Ailə qadın uşaq məsələləri " komitəsi Əşrəf Abdullayev.
Sosial şəbəkələrdə paylaş: