Mədəni Nitq Layihəsi Uğurla davam. Bakıda “Microsoft” İnnovasiya Forumuna qeydiyyat başlayır Alimlər: "İstanbul su altında qala bilər" Daxili işlər nazirinin müavini: "Razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq"
Uşaq zorakılığına yox deyək! Часть Баку оставят без воды Ucarda Səfərbərlk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı il dönümü qeyd olunub. Bakıda güclü partlayış baş verdi – VİDEOLAR / FOTOLAR
Bakıda ərəbin başına lövhə düşdü - vəziyyəti ağırdır ABŞ Nümayəndələr Palatası “Rusiya işi” üzrə məxfi sənədin dərc edilməsinin lehinə səs verib Moskvada çoxmərtəbəli binada yanğın baş verib, ölənlər var Məcburi köçkünlərin yeni mənzillərə köçürüləcəyi tarix açıqlandı



» » Prezident: "BTQ-nin tikintisi Azərbaycan, Türkiyə, Gürcüstan arasındakı dostluğun, qardaşlığın nəticəsidir"


Prezident: "BTQ-nin tikintisi Azərbaycan, Türkiyə, Gürcüstan arasındakı dostluğun, qardaşlığın nəticəsidir"

30-10-2017, 14:13
Oxunma sayı: 83
Prezident: "BTQ-nin tikintisi Azərbaycan, Türkiyə, Gürcüstan arasındakı dostluğun, qardaşlığın nəticəsidir""Bakı-Tbiisi-Qars dəmiryolu tarixi, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 405 kilometri Azərbaycan ərazisindən keçir. Bakı-Tbiisi-Qars dəmiryolu Avropa ilə Asiyanı birləşdirən ən qısa və etibarlı yoldur"

"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin isttifadəyə verilməsi münasibətilə Bakıda keçirilən təntənəli mərasimdə deyib.

Dövlət başçısı bildirib ki, bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, ondan sonrakı mərhələdə 17 milyon, daha sonrakı mərhələdə isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulub: "Bir sözlə, bu dəmiryolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yolun boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi artacaq. Qarşılıqlı sərmayə qoyuluşu da artacaq, bütün bu yoldan istifadə edən ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə, təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı turizmin inkişafı geniş vüsət alacaq. Dəmir yolunun fəaliyyəti ölkərimizin geosiyasi əhəmiyyətini artıracaq, bizim üçün əlavə imkanlar yaradacaq. Dəmir yolunun tiintisi ilə bağlı anlaşma Gürcüstanda bağlanmışdır, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilmişdir. Nəhayət, bu gün Azərbaycanda-Ələtdə bu yolun açılışını qeyd edirik. Bu yolun tikintisi Azərbaycan, Türkiyə, Gürcüstan arasındakı dostluğun, qardaşlığın nəticəsidir. Üç ölkə bütün sahələrdə uğutrla əməkdaşlıq edirlər, bir-birlərini dəstəkləyirlər. Ölkələrimiz, xalqlarımız, dünya üçün önəmli olan layihələri icra edirik. Bakı-Tbiisi-Qars dəmiryolu bu layihələrin arasında xüsusi yer tutmuş layihədir".
Sosial şəbəkələrdə paylaş: