İsrail Türkiyəyə qarşı “erməni həmləsi” hazırlayır HƏMAS lideri saxlanıldı İtaliyada həkimlər tətil edir Ramin Əhmədov: “Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb“
Qafqaz Tufandag yay qış isdrahət mərkəzində möhtəşəm açılış “Fəxr edirəm ki,Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısıyam” - Aqil Acalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti
Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov



» » Şuranın dəstəyilə “Axısxalı Şəhidlər” ilə bağlı tədbir keçirilib


Şuranın dəstəyilə “Axısxalı Şəhidlər” ilə bağlı tədbir keçirilib

9-10-2017, 21:27
Oxunma sayı: 191
Şuranın dəstəyilə “Axısxalı Şəhidlər” ilə bağlı tədbir keçirilibAzərbaycanda Yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirdiyi “Axısxalı şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində Saatlı rayonunda tədbir keçirib.
Həyata keçirilən layihədə əsas məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Axısxalı Şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində tədbirlərin təşkili və şəhidlərin döyüş yolundan bəhs edən kitabın hazırlanmasıdır.

6 oktyabr 2017-ci il tarixində Saatlı rayonu Fətəlikənd kəndində baş tutan tədbiri giriş sözü ilə açan Axısxa Türkləri “Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov vətən uğrunda həyatını qurban verən Axısxalı Şəhidlərin cəmiyyətə tanıdılmasına həsr olunmuş layihəyə dəstək verdiyinə görə Şuraya öz adından və Azərbaycanda yaşayan bütün Axısxalı Türklər adından təşəkkürünü bildirib.

İbrahim Məmmədov bildirib ki, layihə çərçivəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhramancasına şəhid olan Axısxalı igidlərin bütün Azərbaycan cəmiyyətinə tanıdılması istiqamətində tədbirlərin təşkil edilməsi və Axısxalı Şəhidlərin keçdiyi döyüş yolu haqqında kitab hazırlanması nəzərdə tutulur.

“Vətən” İctimai Birliyinin sədri İbrahim Məmmədov, “Biz Azərbaycanda yaşayan Axısxalı Türklər olaraq hər zaman Azərbaycanın yanında olduq. Azərbaycanı öz vətənimiz kimi qəbul edərək yaşadıq. Bundan sonra da hər zaman Azərbaycanın və Prezidentimiz Cənab İlham Əliyevin yanında olacağıq. Azərbaycan Dövləti biz Axısxalı Türklərə ən çətin zamanlarında belə dəstək oldu. Bunun müqabilində Axısxalı Türklər də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Azərbaycanlı qardaşları ilə birlikdə çiyin çiyinə döyüdü. Şəhidlərimiz bizim qürur mənbəyimizdir. Biz onlarla fəxr edirik. Bu gün rahat və firavan yaşayırıqsa bütün bunlar bu vətən uğrunda canını belə əsirgəməyən qəhraman, mərd vətən övladlarının sayəsindədir. Ona görə də biz onları unutmamalıyıq” dedi.

İbrahim Məmmədovun, layihə çərçivəsində Saatlı, Gəncə, Quba və Bakıda keçiriləcək tədbirlərdən başqa Axısxalı şəhidlərin döyüş yoluna işıq tutacaq, onların yaxınlarının xatirələri əsasında kitabın hazırlanmasına başlanıldığını bildirdi. Kitabın hazırlanması isə “Vətən” İctimai Birliyinin mətbuat katibi və “Axısxa” qəzetinin baş redaktoru Mövlud İşıka həvalə olunub.
“Axısxalı Şəhidlər” kitabının hazırlanması barədə məlumat verən Mövlud İşık, “Biz artıq Axısxalı Türklərin toplum halda məskunlaşdığı Saatlı, Sabirabad bölgələrindən olan şəhid ailələri ilə görüşərək, şəhidlərimizin keçdiyi döyüş yolu və yaxınlarının onlar haqqında olan xatirələrini topladıq. Biz istədik ki, kitab şablondan uzaq biraz daha canlı olsun. Ona görə də şəhidlərimizin ailələri, sinif yoldaşları, qrup yoldaşları, müəllimləri ilə görüşərək onlar haqqında bu günə kimi heç kimin bilmədiyi faktları ortaya çıxartmağı qərara aldıq.”
Tədbirdə çıxış edən şəhid ailələri, Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə veteranlarına diqqət və qayğısından danışdılar. Saatlı və Sabirabad rayonundan olan tədbir iştirakçıları Axısxa Türkləri “Vətən” İctimai Birliyin fəaliyyətini yüksək qiymətləndirərək, görülən işlər barədə razılıqlarını bildiriblər.
Şuranın dəstəyilə “Axısxalı Şəhidlər” ilə bağlı tədbir keçirilib
Şuranın dəstəyilə “Axısxalı Şəhidlər” ilə bağlı tədbir keçirilib

Sosial şəbəkələrdə paylaş: