Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbəyə töhvəsi Tomas Mor: filosof, humanist, Xalq Adamı Müslüm Maqomayevin həyatı uzunluğunda olan mahnılar Azərbaycan-Türkiyə iş adamları arasında ticarət dövriyyəsi ilə bağlı görüş keçirilib
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ “WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO "İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır" Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK
Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+) Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video 22 manatlıq nömrə necə 10000 manata satılır?



» » Avropa çempionatı: Millimiz yarımfinalda uduzdu - YENİLƏNİR


Avropa çempionatı: Millimiz yarımfinalda uduzdu - YENİLƏNİR

30-09-2017, 22:24
Oxunma sayı: 65
Avropa çempionatı: Millimiz yarımfinalda uduzdu - YENİLƏNİR

Voleybolçu qadınlar arasında Avropa çempionatında yarımfinal mərhələsinə start verilib.

"Respublik.info" xəbər verir ki, finala vəsiqə uğrunda ilk görüş Azərbaycan və Hollandiya yığmaları arasında keçirilib.

Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunmuş qarşılaşmanın ilk setini meydan sahibləri üstün başa vurublar. Lakin sonrakı iki setdə Hollandiya yığması daha üstün təsir bağışlayaraq, qələbə qazanıb. Dördüncü setdə Azərbaycan millisi yüksək əzmkarlıq hesabına setlərdə qələbə nisbətini bərabərləşdirib.

"Tay-breyk"də isə yenə Hollandiya üstün olaraq, qələbəyə nail olub - 3:2. Bununla da "narıncılar" ardıcıl ikinci dəfə Avropa çempionatının finalına yüksəliblər. Azərbaycan isə 12 ildən sonra yenə yarımfinalda uduzub. Amma Faiq Qarayevin baş məşqçi olduğu komandanın tarixində ilk dəfə çempionatı bürünc medalla başa vurma şansı qalır. Bunun üçün Türkiyə və Serbiya yığmaları arasında keçiriləcək digər yarımfinal görüşündən məğlub ayrılacaq komandanı oktyabrın 1-də 3-cü yer uğrunda görüşdə yenmək lazımdır.

Avropa çempionatı
Yarımfinal
18:00. Azərbaycan - Hollandiya - 2:3 (25:20, 19:25, 19:25, 27:25, 12:15)
Hakimlər: Vladimir Oleynik (Rusiya), Onur Hoşnut (Türkiyə)

Milli Gimnastika Arenası

(Sportnet)
Sosial şəbəkələrdə paylaş: