Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbəyə töhvəsi Tomas Mor: filosof, humanist, Xalq Adamı Müslüm Maqomayevin həyatı uzunluğunda olan mahnılar Azərbaycan-Türkiyə iş adamları arasında ticarət dövriyyəsi ilə bağlı görüş keçirilib
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ “WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO "İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır" Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK
Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+) Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video 22 manatlıq nömrə necə 10000 manata satılır?



» » Qadına qarşı Zorakılığı Qidalandıran Sosial-Mənəvi Səbəblər


Qadına qarşı Zorakılığı Qidalandıran Sosial-Mənəvi Səbəblər

27-09-2017, 00:43
Oxunma sayı: 206
Qadına qarşı  Zorakılığı  Qidalandıran Sosial-Mənəvi SəbəblərQadına qarşı Zorakılığı Qidalandıran Sosial-Mənəvi Səbəblər və Bu səbələrə Qarşı Mübarizənin Müasir Metodları.
Qadın, cəmiyyətlərin sağlam ictimai şüurla ərsəyə gəlməsində mühüm pay sahibi olmaqla, demoqrafik inkişaf və tərəqqi mənbəyidir. Lakin dəyərli olan bu şüur sahibləri zərifliklərinə görə, ən çox da dini-mifoloji amillərin təsiri nəticəsində əsrlər boyu zorakılıqlara, qeyri-hüquqi şəraitə və məhdud imkanlara məhkum edilib. Qadınlara qarşı zorakılıqlar lokal xarakterli olmaqla bərabər həmçinin qlobal səviyyədə də özünü təsdiq etmiş aktual bəşəri problemdir. Hər bir cəmiyyətdə bu zorakılıqların spesifik xüsusiyyətləri olmaqla bərabər, qeyri-müxtəlif tərəfləridə mövcuddur. Yaşadığımız müstəqil ölkədə, mövcud olduğumuz vətəndaş cəmiyyətindən qadınlarla bağlı ilk öncə dövlətin yanaşmasına diqqət etsək görərik ki, Azərbaycan milli aydınlarımızın ilk dəfə qadınlara seçki hüququ tanıyan dövlət kimi Şərq aləmində mütərəqqi ilkə imza atıb. Azərbaycan özünün ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra qadınlarla bağlı dövlət siyasətinə həssas yanaşılıb. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmində qadınların dövlət orqanlarında vəzifələrə irəli çəkilməsi dövlətimizin gender bərabərliyinə xüsusi diqqətlə yanaşmasının bariz nümunəsi idi ki, bu gündə bu nümunəyə cənab prezident İlham Əliyevin apardığı siyasətlə sadiqlik nümayiş etdirilir. Lakin görülən tədbirlər, aparılan profilaktik işlər onu deməyə əsas verir ki, gender bərabərliyi ilə bağlı problem təkcə dövlətin məqsədyönülü rolu ilə aradan qalxacaq səviyyədə primitiv deyil. Bu istiqamətdə sağlam düşüncəli, feminist ictimai hərəkatların mövcudluğuna ehtiyyac var. Əslində bu gün yetəri qədər Azərbaycanda bu istiqamətdə problemlərin həlli ilə bağlı Qht-lər, Qadın hərəkatları fəaliyyət göstərir. Lakin bəşəri problemə çevirilmiş qadın zorakılıqlarının köklü səbəblərinə diqqət yetirmək əvəzinə səthi yanaşmalarla, qısamüddətli psixoloji reabilitasiya işləri ilə məqsədə çatıldığı düşünülür. Bu çox dözülməz və təəssüfləndirici haldır. Barəsində söhbət açdığımız problemin ən diqqətçəkən səbəblərindən biri də qadınların öz hüquqlarına qarşı düşmənçiliyidir. Sanki bəzi qadınlarımızı onlara edilən əziyyətlərdən, qoyulan məhdudiyyətlərdəb həzz alırlar. Lakin nəticəsi heç şübhəsiz ağır olur. Bu dırnaqarası dözümün sonu vaxtsız ölümlə nəticələnir. Amma birmənalı olaraq bəyan etmək olmaz ki, qadın doğuşdan özü-özünə düşməndir, ümumən öz hüquqlarına sahib çıxan qadınlara belə neqativ yanaşır. Bu neqativ təmayüllü mənəvi-psixoloji imicin səbəbi həmin qadınların ailə tərbiyəsi, daha dəqiq desək ailə daxilində ata və analarından gördükləri zorakılıqlar, yaşadığın mühitin ictimai şüurunda qaynaqlan geriçi fikirlərdir. Bu tip geriçi fikirlər və mənəvi fiziki zorakılıqların təsiri altında əksər qadınlar təhsildən yayındırılır, sərt və dırnaqarası intzama təhrik edilir, nifrət hissləri ilə qidalandırılmaqla cəmiyyətə qarşı düşmənçiliyin irsi davamına şərait yaradılır. Kimlərdir bu ciddi və dözülməz problemlərin mənbəyində duranlar dedikdə, heç şübhəsiz böyük deyərək hörmət etməyə məhkum olduğumuz atalar və analar, bəzi özünü söz sahibi hesab edən qohumlar və qonşulardır. Hamsıda geriçi fikirləri daşıyıcısı və bu fikirlərdən doğan adət-ənənələrin müdafiəçisidir. Hələ üstəlik, öz qızlarının ər evində zorakılıqlara məruz qalmasını görə-görə əlində uşaqla ata evinə üz tutan məzlum qadınların zalım analar tərəfindən qapı xarici edilməsini demirəm. Bu minvalla hara gedirik, haradır yolumuz deməyək. Bu dözülməzliyə və ağlasığmazlığa qarşı mübarizə aparmaq zamanın gələcəyimizi sağlam fikirli fərdlərlə təmini istiqamətində tələbidir. Hər bir qadın bir anadır. Hər bir ana fərd və fərdlərin yetişdirici, tərbiyəedicisidir. O fərdlər ki, onlar cəmiyyətin üzvü olurlar. Yanlış tərbiyə görmüş, ailəsində fiziki və mənəvi zorakılıqlara şahid olmuş və özləridə əziyyət çəkmiş, psixoloji travmalar almış fərdlər cəmiyyət üçün sadəcə təhlükə mənbəyidirlər. Bəşəriyyət üçün dözülməz bəlaya çevirilən bu irsi ənənəyə yox deməyin və bu ənənəni məhv etməyin vaxtı çoxdan çatıb. Qadına qarşı zorakılıq insanlığa qarşı çıxmaq, sağlam fikirləri məhv etmək deməkdir. Qadınlara qarşı zorakılığın ən effektiv yolu ictimai hərəkatlardır. Milli aydınlarımız ictimai hərəkatlar daxilində birləşmədikcə qadınlara qarşı zorakılıqlar sona yetməyəcək. Mən bu istiqamətdə öz potensialımı, düşüncə məhsulumu ortaya qoyaraq qadınlarımızı mübariz olmağa, milli fikir sahiblərimizi mübarizə aparmaq və maarifləndirməyə səsləyirəm.
Samir Zeynalov
Sosial şəbəkələrdə paylaş: