104 il yaşamış qəhrəman... Bu gün "24media.az" 1 yaşını qeyd edir Koronavirusda ikinci dalğa - Həkimlər əhaliyə xəbərdarlıq etdilər Siyəzəndə ehtiyacı olan ailələrə yardım edilir
RAİ Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına qoşuldu AZƏRBAYCAN DÖVLƏT HİMNİ, #EVDƏQAL "Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək çox vacibdir" FHN-in avtonəqliyyat vasitələri sahiblərinə müraciəti
Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı Karantin dövründə QHT-lər necə işləməlidir? - “Dövlət qurumları ilə əhali arasında vasitəçi olmalıyıq” - Mübariz Göyüşlü "Gənclərin Töhfəsi" İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” kampaniyasına qoşuldu



» » DGK sədri Ağdamda vətəndaşları qəbul edəcək


DGK sədri Ağdamda vətəndaşları qəbul edəcək

25-09-2017, 08:37
Oxunma sayı: 247
DGK sədri Ağdamda vətəndaşları qəbul edəcəkMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DKG) sədri Aydın Əliyev sentyabrın 29-da saat 10:30-da Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Ağdam, Goranboy, Bərdə, Tərtər rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar sentyabrın 28-i saat 10:30-dək "195" Çağrı Mərkəzi, DGK (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

DGK vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana uyğun olaraq "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin tələblərinə cavab verən Azərbaycan vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün DGK-nın internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.
Sosial şəbəkələrdə paylaş: