Azərbaycanın Böyük Vətən Müharibəsindəki qələbəyə töhvəsi Tomas Mor: filosof, humanist, Xalq Adamı Müslüm Maqomayevin həyatı uzunluğunda olan mahnılar Azərbaycan-Türkiyə iş adamları arasında ticarət dövriyyəsi ilə bağlı görüş keçirilib
Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ “WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO "İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır" Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK
Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+) Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video 22 manatlıq nömrə necə 10000 manata satılır?



» » AFFA ilə “Qarabağ”ın birgə layihəsi


AFFA ilə “Qarabağ”ın birgə layihəsi

15-09-2017, 19:07
Oxunma sayı: 115
AFFA ilə “Qarabağ”ın birgə layihəsi


Bakı Olimpiya Stadionunda senytabrın 27-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ” – “Roma” və oktyabrın 5-də Dünya çempionatının seçmə qrup mərhələsinin Azərbaycan – Çexiya oyunu keçiriləcəyini nəzərə alaraq, AFFA və “Qarabağ” Futbol Klubu birgə layihə həyata keçirəcək.

"Respublik.info" "AFFA.AZ" saytına istinadən xəbər verir ki, Layihəyə əsasən, “Qarabağ”ın Çempionlar Liqası çərçivəsində ilk və milli komandanın cari seçmə mərhələdə son ev oyunu olduğundan, azarkeşlərin yüksək dəstəyinə hörmət əlaməti olaraq onlar üçün güzəştlər tətbiq ediləcək. Belə ki, “Qarabağ”ın oyununa bilet alan azarkeşlər millinin Çexiya ilə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər millinin oyunu üçün bilet alarkən “Qarabağ” – “Roma” oyununun biletini kassalara təqdim etməlidir.
Qeyd edək ki, hər iki oyuna bilet satışı “i Ticket” şirkəti tərəfindən həyata keçirilir.
Sosial şəbəkələrdə paylaş: