İraq ordusu Suriyada İŞİD-in 45 terrorçusunu məhv edib Ermənistan silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub Layihə çərçivəsində 2-ci təlim keçirildi Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTOLAR
Bu xəstəliklər irsən ötürülür. Çox vacib bilgilər! İlan sancan adama bunu etsəniz zəhər qana keçməz - Həkimə qədər! Baş ağrıları, sonsuzluq, cinsi istəksizlik varsa... Prolaktin analizi verin Sidiyini saxlaya bilməyənlər – Utanc gətirən patologiyadan xilas olmaq mümkündür
Arıqladır, təbii antidepressantdır… Kompüterin insana verdiyi 7 TƏHLÜKƏLİ XƏSTƏLİK Zərərli vərdişlər beyin xəstəliyidir… Selena qorxu obrazında - Fotolar



» » Ermənilər Azərbaycan ordusunun mövqelərini pulemyot və minaatanlardan atəşə tutub


Ermənilər Azərbaycan ordusunun mövqelərini pulemyot və minaatanlardan atəşə tutub

15-09-2017, 08:34
Oxunma sayı: 109
Ermənilər Azərbaycan ordusunun mövqelərini pulemyot və minaatanlardan atəşə tutubErmənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Şirvanlı, Sarıcalı, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Sosial şəbəkələrdə paylaş: