İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » Məşhur prodüser İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırıldı


Məşhur prodüser İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırıldı

2-12-2015, 16:30
Oxunma sayı: 1780
Məşhur prodüser İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırıldı

Respublika.info xəbər verir ki, son günlər adı yol polisi ilə qalmaqalda hallanan məşhur produser Təranə Səmədova ilə bağlı criminal.az-a maraqlı məlumat daxil olub.

Bir neçə gün əvvəl sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə saxlanılan prodüser həmin hadisədən əvvəl daha ciddi cinayətdə şübhəli bilinib.

T.Səmədova qadın alveri şübhəsi ilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə (İAQMİ) çağırılıb. Mənbənin saytımıza verdiyi məlumata görə, 3 qadın ondan şikayət edərək zorla cinsi istismara məruz qaldıqlarını deyib. Məhz buna görə prodüser İAQMİ-nə çağırılıb.

Məsələ ilə bağlı T.Səmədova ilə əlaqə saxladıq. Prodüser criminal.az-a "belə suallara cavab vermirəm" deyərək telefonu bağlayıb.
Sosial şəbəkələrdə paylaş: