"İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır" Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+)
Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video 22 manatlıq nömrə necə 10000 manata satılır? Bürclər-16 Oktyabr Bürclər – 15 oktyabr
Sərnişin avtobusu qəzaya uğradı Bakıda “vor zakon” Toma yaşadıqları evi sakinlərin başına uçurur - FOTOLAR Ucar rayonunda təlim keçirildi. Yeni ictimai birlik fəaliyyətə başladı



» » Yeni Zelandiya və Çin mediasının diqqətində olan azərbaycanlı siyasətçi


Yeni Zelandiya və Çin mediasının diqqətində olan azərbaycanlı siyasətçi

14-09-2017, 08:04
Oxunma sayı: 297
Yeni Zelandiya və Çin mediasının diqqətində olan azərbaycanlı siyasətçiYeni Zelandiyada yaşayan soydaşımız Tofiq Məmmədovun sentyabrın 23-də bu ölkədə keçiriləcək parlament seçkilərinə qatılacağı ilə bağlı məlumat yayılıb. Azərbaycan əsilli siyasətçinin parlament seçkilərində iştirak etməsi sevindirici haldır. Dünyanın hər bir yerində yaşayan soydaşlarımızın uğurları Azərbaycanın nailiyyəti sayılmalıdır. Onlar heç bir zaman vətənlə öz bağlarını itirmirlər. Tofiq Məmmədov da belə insanlardandır.

Azərbaycanlı siyasətçi deputat seçiləyi təqdirdə Yeni Zelandiya və Azərbaycan arasında əlaqələrin inkişafına dəstək verəcəyini qeyd edib.

Karabakhmedia.az-ın məlumatına görə, bu haqda siyasətçi diaspor hərəkatının fəallarından Elnur Eltürklə söhbətində söyləyib.
Siyasətçi Azərbaycanla fəxr etdiyini bildirib:

“Vətənimlə qürur duyuram. İldə bir dəfə vətənimə gəlirəm. Bu gün Yeni Zelandiyada 15 azərbaycanlı ailəsi yaşayır. Tez-tez görüşürük və ölkəmizlə bağlı ənənələrin qorunmasına çalışırıq. Vətənim daima diqqətimdədir. Orada baş verənləri izləyirəm.

Hələ bir müddət əvvəl iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı diplomat vəzifəsində çalışan Araz Xasıyevlə söhbətlərimiz olmuşdu. Maraqlı planlar müzakirə etmişdik.

Deputat kimi iki ölkə arasında əlaqələrin daha çox inkişaf etməsinə çalışacam. İlk səfərimi vətənimə edəcəyimi düşünürəm”,-deyə Tofiq Məmmədov qeyd edib.

Qeyd edək ki, Yeni Zelandiyanın və Çinin tanınmış media orqanları Tofiq Məmmədovun fəaliyyəti haqqında geniş yazılar dərc ediblər.
http://www.times.co.nz/news/politics/election-2017/im-need-anything/
http://www.times.co.nz/news/politics/election-2017/these-are-your-election-candidates/
http://www.times.co.nz/news/we-needed-this-for-morale/
http://www.epochtimes.com/b5/17/9/8/n9610063.htm
Yeni Zelandiya və Çin mediasının diqqətində olan azərbaycanlı siyasətçi
Sosial şəbəkələrdə paylaş: