Ermənilər qiymət artımına etiraz edir Tarixi mirasımız: Azərbaycan Xalq Cümhuriyyəti “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun hazırlanacaq Soldakı “sağ”lar
Qəbul və buraxılış imtahanlarının vaxtı açıqlandı - Siyahı Jurnalistlər ADU-da imtahanın gedişini izlədi Bakı “Stalinin yaxtası”nı almaq istəyir – Rəsmi Kreml Ermənistana baş nazir və prezident təyin edir
Hər gün bir ərazidə qaz niyə kəsilir? - Açıqlama "Palmali"nin 14 gəmisi hazırda SOCAR-dadır - Rəsmi “Baksell”dən yeni xidmət - Metroda 4G İntiharlar niyə artır



» » "Sahil" metrostansiyası bağlandı


"Sahil" metrostansiyası bağlandı

21-08-2017, 10:05
Oxunma sayı: 58
"Sahil" metrostansiyası bağlandı
"Sahil" metrostansiyası bu gündən təmir üçün 1 illik bağlanır.

Moderator.az-ın BAKU.WS-ə istinadən verdiyi məlumata görə, təmir müddətində stansiyada quraşdırılmış "LT-3" tipli 3 eskalator sökülərək, yerində Almaniyanın "ThyssenKrupp Fahrtreppe" şirkətinin "Viktoriya" tipli 4 eskalatoru quraşdırılacaq.

"Sahil" stansiyasında quraşdırılacaq eskalator əvvəlkilərdən bir çox üstünlükləri ilə fərqlənəcək.

Məlumata görə, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.

Qeyd edilənləri nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, avqustun 20-dən etibarən qatarlar "Sahil" stansiyasında dayanmadan "İçərişəhər" və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.
Sosial şəbəkələrdə paylaş: