Azərbaycanda ailələrə aylıq 10 manat veriləcək Ana onu qonşusu ilə yataqda tutan oğlunu yastıqla boğdu Xəbərlər Aygün Kazımova əməliyyatdan sonra o qədər arıqladı ki... - FOTOLAR “Buta Airways” AZAL-ın sərnişinlərindən əlavə pul aldı — RƏZİLLİK
“Narahat olsanız, olmasanız da nüvə enerjisini əldə edəcəyik” – Ərdoğan Xəbər 22/11/2017 12:57 Paylaş Twitter Facebook A+ A- “16 minlik maşını Azərbaycana gətirmək üçün 81 min rəsmi rüsum” – Şok gömrük qaydaları Bakıda antiradarların satışı ilə məşğul olan dəstə zərərsizləşdirilib "Atletiko" "Qarabağ"ı qrupda saxladı - YENİLƏNİB
Milyarder Süleyman Kərimov azadlığa buraxıldı Tbilisidə xüsusi əməliyyatı başa çatdı: terrorçular öldürüldü -FOTO Uşaqlara vurulan “mantu”: imtina edək? - Şərh Yeni başçının kimliyi ilə bağlı daha bir İDDİA - Belə deyirlər...



» » Azərbaycan-İsrail dostluğu düşmən hədəfində - məkrli plan


Azərbaycan-İsrail dostluğu düşmən hədəfində - məkrli plan

16-08-2017, 08:11
Oxunma sayı: 677
Azərbaycan-İsrail dostluğu düşmən hədəfində - məkrli planErməni lobbisinin Bakı-Təl Əviv əlaqələrini pozmaq planı ; Silahlanma yarışında ölkəmizlə ayaqlaşa bilməyəcəyini görən işğalçı tərəf Bakının yəhudi dövləti ilə arasını vurmaq üçün hərəkətə keçib; adicə meşə yanğınını belə söndürməyə potensialı olmayan və Rusiyadan təyyarə xahiş edən Ermənistanın səyləri fiasko olacaq, çünki...

Son vaxtlar Ermənistan və erməni lobbisi Azərbaycanla İsrailin arasını vurmaq üçün ciddi şəkildə hərəkətə keçib, özünün olan-qalan potensialını səfərbər edib. Əfsus ki, bu yöndə ələ alınan bəzi müstəqil İsrail nəşrləri də var. Onların önündə “Haaretz” qəzeti gəlir yazsaq, yanılmarıq.


Bu günlərdə qəzet Azərbaycan əleyhinə növbəti məqalə dərc edib.

Məqalədə iddia edilir ki, guya az öncə İsrailin Azərbaycana satdığı pilotsuz uçan təyyarələrlə bağlı İsrail Müdafiə Nazirliyində araşdırma başlayıb. İddiaya görə, Azərbaycan tərəfi həmin aparatlardan ermənilərə qarşı istifadə üçün israilli mütəxəssisləri zorla əməkdaşlığa cəlb edib.


Sitat: “Azərbaycanda İsrailin pilotsuz aparatlar satan ”Aeronautics Defense Systems" şirkətinin nümayəndə heyətinin üzvlərinə erməni mövqelərinə qarşı yeni aparatları sınaqdan çıxarmaq təklif edilib. Nümayəndə heyətin rəhbərinin təzyiqlərinə baxmayaraq, israilli operatorlar bundan imtina edib. Lakin sonra onların özləri aparatları erməni mövqelərinə yönəlidblər. Eyni qaynağa görə, İsrail şirkəti ittihamı rədd edir və bildirib ki, bu işi israilli mütəxəssislər yox, alıcının - Azərbaycanın təmsilçiləri ediblər. İsrailin Müdafiə Nazirliyi hələ ki insidenti hər hansı şəkildə şərh eləməkdən imtina edib. Yalnız bunu bildirib ki, təhqiqat aparılır".

Xatırladaq ki, rəsmi nəşr olmayan “Haaretz” bundan qabaq (30 iyul) Azərbaycanla bağlı başqa bir neqativ yazı yazmışdı. Lakin hər hansı fakta əsaslanmayan həmin məqalədəki iddialar İsrailin Bakıdakı səfirliyi tərəfindən təkzib edildi. Səfirlik eyni zamanda vurğuladı ki, bu kimi məqalələr iki ölkə arasında uğurla davam edən əməkdaşlığa heç bir kölgə sala bilməz.


***


Bu, doğrudan da belədir. Çünki Ermənistandan fərqli olaraq, Azərbaycan-İsrail əlaqələri möhkəm təməl, qarşılıqlı etimad üzərində qurulub və strateji xarakter daşıyır. İki ölkə arasında əlaqələr isə yalnız hərbi sferanı, silah ticarətini əhatə eləmir. Yəhudi dövləti Azərbaycana ən müasir silahlar və hərbi texnologiyalar verməklə yanaşı, iki dövlət energetik sferada da ciddi əməkdaşlıq içindədir. İsrail Bakı-Ceyhan xətti ilə Azərbaycan neftinin alıcılarından biridir.


Bundan əlavə, İsrail qazının TANAP xətti ilə Avropa bazarlarına çatdırılması müzakirə mövzularından biridir. Nəhayət, iki siyasi paytaxt arasında siyasi əlaqələr kifayət qədər yüksək səviyyədir ki, bunu da bir daha baş nazir Binyamin Netanyahunun ötən ilin sonunda Bakıya etdiyi səfər bir daha təsdiqlədi.
Azərbaycan-İsrail dostluğu düşmən hədəfində - məkrli plan
“İsrail kütləvi informasiya vasitələrində son dövrlərdə dərc edilən Azərbaycan əleyhinə yazılar ermənilər və onların havadarları tərəfindən sifariş olunur”. Bunu həmin yazıları şərh edərkən Virtualaz.org-a Milli Məclisin deputatı Asim Mollazadə deyib. Onun sözlərinə görə, Ermənistanda və İsraildəki ermənipərəst dairələrdə ən müxtəlif sahələrdə inkişaf edən fəal Azərbaycan-İsrail münasibətləri ilə barışa bilmirlər, buna görə də, həmin münasibətlərə xələl gətirmək üçün əllərindən gələni edirlər.


“Bunlar hamısı Azərbaycan əleyhinə dezinformasiya müharibəsinin tərkib hissələridir. Bizim İsraillə münasibətlərimiz strateji xarakter daşıyır və düşünmürəm ki, aztirajlı nəşrlərdə hansısa yazılar buna xələl gətirə bilər” - A.Mollazadə qeyd edib.
***


Təbii ki, ikitərəfli əlaqələrin yüksələn xətlə, dinamik inkişafı - hansı ki, özünü ötən ilin aprelindəki 4 günlük müharibə zamanı erməni işğalçılarına endirilən zərbədə də özünü göstərdi - düşmən tərəfi təlaşlandırmaya bilməz. Həm də o səbəbə ki, Ermənistan istəsə və Rusiya icazə versə belə, İrəvan bahalı İsrail hərbi texnikasını almaq gücündə deyil. Demək, silahlanma yarışında onun Azərbaycanla ayaqlaşması istisnadır - hansını ki, artıq yüksək çinli erməni rəsmiləri, hətta prezident Serj Sərkisyan da etiraf ediblər. Qalır Bakı ilə Təl-Əvivin arasını vurmaq.

Təsadüfi deyil ki, məhz aprel məğlubiyyətindən sonra Ermənistan Azərbaycanla yəhudi dövləti arasında sərinlik yaratmaq üçün əlindən gələni etməyə başlayıb. Bu sırada yəhudi əsilli blogger Aleksandr Lapşinin, az sonra israilli politoloq və şantajçı Aviqdor Eskinin Dağlıq Qarabağa təşkil edilən qanunsuz səfərlərini qeyd eləmək olar.

Knessetin sabiq deputatı, “Ermənistan-İsrail” ictimai forumunun həmsədri Aleksandr Tsinker də ermənilərin “lyubimçik”lərindən biridir. Bu yaxınlarda “Sputnik-Ermənistan”a müsahibəsində o bildirib ki, guya İsrail-Ermənistan ikitərəfli əlaqələri istənilən sferada, o cümlədən hərbi sahədə inkişaf edə bilər. Burdaca qeyd edək ki, Tzinker işğal altəndakı Azərbaycan ərazilərində keçirilən “seçkiləri” müşahidə elədiyi üçün Azərbaycan XİN-in “qara siyahısı”na düşüb.
Bu yaxınlarda İsraillin regional əməkdaşlıq nazir Saxi Xaneqbinin Ermənistana səfəri isə erməniləri deyəsən daha da ruhlandırıb. Hərçənd, cənab Xneqbi İrəvanda Azərbaycan-İsrail əlaqələrinə kölgə sala biləcək heç bir açıqlana vermədi - əksinə, erməni jurnalistlərinin silah ticarəti ilə bağlı verdikləri təxribatçı suallardan məharətlə yayındı.


***


Bununla belə, erməni lobbisi cəhdlərini davam etdirir. O sırada artıq qeyd edildiyi kimi, bəzi İsrail nəşrlərində təxribatçı materiallar yerləşdirmək səyləri də var. Əslində işğalçı ölkənin artan narahatlığına əsaslar ciddidir. Ermənistanda anlamağa başlayıblıar ki, Azərbaycan silahlanma yarışında, İsraillə müttəfiqlik məsələsində kifayət qədər uzağa gedə bilib və bu, nəticə etibarilə Dağlıq Qarabağ məsələsində özünü Bakı üçün pozitiv planda göstərəcək.


Bu günlərdə adicə meşə yanğınını belə söndürməyə potensialı olmayan və Rusiyadan təyyarə xahiş edən Ermənistanın təlaşı anlaşılandır. Lakin bu təlaşı aradan qaldırmağın yolu Bakı ilə Təl-Əvivin arasını vurmaq üçün məkrli planlar cızmaqdan yox, məhz Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutmaqdan, Azərbaycana qarşı ərazi iddiasından əl çəkməkdən keçir. O zaman nə Azərbaycanın İsrail silahlarına ehtiyacı qalar, nə də Ermənistanın Azərbaycanla bahalı silahlanma yarışmasına qoşulmasına lüzum.


Analitik xidmət
Sosial şəbəkələrdə paylaş: