“Xülya” filmi xüsusi mükafata layiq görülüb - VİDEO Ağacların göz yaşları. (Hekayə) Azərbaycanda 5,1 gücündə zəlzələ oldu Azərbaycanlı model müğənniliyə “yox” dedi - FOTO
İlham Musaoğlu: "Sənin gözlərinə bax bilmirəm" Bakının sahibsiz itlər problemi: ya güllələnsin, ya da... Uzunömürlülüyün sirri olan yağlar... Qadına qarşı zorakılıqlar əleyhinə elektron bilərziklər - niyə Azərbaycanda da olmasın?
Tikinti maqnatının 27-ci qurbanı da üzə çıxdı Ənvər paşanın polkovnik rütbəsi verdiyi Dağlı Musa kim olub?-VİDEO Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib Kamal Sunalın oğlu:“Atamın filmlərinə baxmıram”



» » Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretin realizəsinin qarşısı alınıb


Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretin realizəsinin qarşısı alınıb

15-08-2017, 13:07
Oxunma sayı: 122
Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretin realizəsinin qarşısı alınıb Dövlət Gömrük Komitəsi (DGK) Yevlax Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Mingəçevir şəhər sakininin idarə etdiyi OPEL SİGNUM markalı 66 BJ 720 dövlət nömrə nişanlı avtomobil Mingəçevir şəhəri Mərkəzi Bazar ərazisində gömrükçülər tərəfindən saxlanılıb və sürücüyə qanunvericiliyin tələblərinə uyğun olaraq gömrük baxışı keçirilməsi üçün nəqliyyat vasitəsinin Yevlax Gömrük İdarəsinin inzibati binasının həyətinə aparılacağı bildirilib.
“Report” xəbər verir ki, bu barədə DGK-nın açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, sürücü xidməti vəzifəsini yerinə yetirən gömrük əməkdaşlarının tələblərinə məhəl qoymayaraq avtomobilində yoxlama aparılmasına mane olmağa çalışıb. Gömrük əməkdaşları təkrar qanunvericiliyin müvafiq müddəaları barədə izahat apardıqdan sonra vətəndaşın idarə etdiyi avtomobil özünün iştirakı ilə Yevlax Gömrük İdarəsinə gətirilərək nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobilin salonunda və yük yerində xarici ölkələrdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 29 000 ədəd - "Manchester Nano Black", "Cavallo Pure", "Senator White Line", "Senator Graand Virginia", "GM Grand mark", "Goldengate", "GM Nano edition", "Senator Aroma", "Mac extra Philter", "NZ", "Cavallo Gino Ferrera", "CK Canary" və "Kingdom" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş: