“Qarabağın dünəni və bugünü” mövzusunda ictimai müzakirələrin aparılacaq Azərbaycanda bu ərazidən qızıl axır - FAKT ŞOK! Peyğəmbərin məzarını açdılar - İçindən çıxanlar inanılmazdır - VİDEO Dedilərki efirə çıxsan səni bıçaqlayacıq: Parodistdən ŞOK AÇIQLAMA - VİDEO
“WhatsApp”dan istifadə məhdudlaşdırılır AZƏRBAYCANDA QADIN NAZİR TƏYİN OLUNDU “Bakcell”in “AppLab” proqramının məzunlarından - YENİLİK Bakı məktəbində dəhşətli hadisə: 1-ci sinif şagirdi zorlandı, valideynlər aksiya keçirdi – Foto
Azərbaycan və Türkiyə dollardan İMTİNA EDİR Azərbaycanda ana dilimizdə ilk olan “Qida Təhlükəsizliyi və insanı məhvə aparan genetik silah – GDO” adlı kitabın təqdimat mərasimi keçirildi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Misirdə 36 nəfərə ölüm cəzası verilib



» » Surət Hüseynovun keçmiş cangüdəninə sui-qəsd edən kimdir?


Surət Hüseynovun keçmiş cangüdəninə sui-qəsd edən kimdir?

15-08-2017, 13:02
Oxunma sayı: 149
Surət Hüseynovun keçmiş cangüdəninə sui-qəsd edən kimdir?Hollandiyalı prokuror Surət Hüseynovun keçmiş cangüdəni Polad Məmmədova Vestervoort şəhərində sui-qəsd təşkil etmiş şəxsə 30 aylıq həbs cəzası istəyib.

Virtualaz.org Hollandiyada dərc edilən “Gelderlander” nəşrinə istinadən xəbər verir ki, 2001-ci ildə Azərbaycanda Niderlanda köçmüş müttəhimin adı açıqlanmır. İstintaq bıçaqlanma hadisəsinin səbəbini müəyyən edə bilməyib.

48 yaşlı Polad Məmmədov məhkəmədə ifadəsində bildirib ki, ona hücum edən şəxsi tanımır və bu ona qarşı edilmiş ilk sui-qəsd deyil. Təqsirləndirilən şəxs isə, əksinə, Polad Məmmədovun ona hücum etdiyini deyib. “Siqaret çəkirdim, mənə yaxınlaşdı. Nəyə görə mübahisə etdiyimizi xatırlamıram, lakin qorxdum və özümü müdafiə etdim”, - o bildirib. Hollandiya polisinin məlumatına əsasən, həmin gecə təqsirləndirilən şəxs alkohol və yüngül narkotik maddənin təsiri altında olub.

Təqsirləndirilənin vəkili bunun özünümüdafiə olduğunu qeyd edib.

“Müvəkkilim özündə güclü və bir vaxtlar cangüdən işləmiş şəxs tərəfindən hücuma məruz qalıb. Müştərimin başqa çıxış yolu qalmayıb, müdafiə olunub. O ki qaldı hadisənin siyasi motivlərinə, mənə belə gəlir ki, zərərçəkmiş paranoyyadan və əsəb pozğunluğundan əziyyət çəkir. Onun versiyasının heç bir əsası yoxdur”, - vəkil bildirib.
Sosial şəbəkələrdə paylaş: