“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil” Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur.
Yevlax şəhərində vətəndaşların növbəti səyyari qəbulu keçirildi. Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır Süpürkəçi 19 00 “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası”
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...



» » Yevlaxda baramaçılığın inkişafı diqqət mərkəzindədir.


Yevlaxda baramaçılığın inkişafı diqqət mərkəzindədir.

11-08-2017, 15:29
Oxunma sayı: 319
Yevlaxda baramaçılığın inkişafı diqqət mərkəzindədir.

Yevlax şəhərində 4 avqust 2017- ci il tarixdə Qax şəhərində Azərbaycan Respublikasının –Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə “Barama, tütün və fındıq istehsalının inkişafı” məsələlərinə dair respublika müşavirəsinin yekunları və qarşıda duran məsələlərə həsr olunmuş rayon müşavirəsi keçirilib.

"Respublik.info" xəbər verir ki, müşavirədə rayonun idarə, müsəssisə və təşkilat rəhbərləri, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar iştirak edib. Toplantını giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Qax şəhərində keçirilən Respublika müşavirəsinin yekunları, qarşıdan duran vəzifələr və digər önəmli məsələlərdən danışıb. Şəhər İcra Hakimiyyətinin başçısı Qaxda keçirilən müşavirənin ölkəmiz üçün önəmindən danışaraq bildirib ki, Prezidenti İlham Əliyevin göstərişlərinə əsasən bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafının yeni bir dövrü başlayıb. İcra başçısı qeyd edilib ki, vaxtı ilə sıradan çıxmaq üzrə olan pambıqçılıq bu gün artq özünün inkişaf mərhələsini keçir. Ölkəmizdə tütünçülüyün və baramaçılığın inkişafının da yeni mərhələsi başlayıb. Bütün bunlara cənab Prezidentin qətiyyətli addımları nəticəsində nail olundu.

İcra başçısı bildirdi ki, bu gün Yevlaxda kənd təsərrüfatının inkişafı ilə bağlı bir çox işlər görülür, sosial layihələr həyata keçirilir əsas məqsəd kədlərdə yaşıyan əhalının səmərəli məşguliyyətini təmin etmək və beləcə kənd əhalisini islə təmin etməkdir. İcra başçısı yevlaxliların da kənd təsərrüfatının inkişafında xidmətlərinin danılmaz olduğunu bildirib. Qoca Səmədov qeyd edib ki, Yevlaxda baramaçılığın inkişaf etdirilməsi üçün tədbirlər həyata keçirilir. Prezident cənab İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində Yevlax da da lazımı işlər görülür. Bu məqsədlə kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün dövlətimizin başçısının tapşırığına əsasən ölkənin bütün bölgələrində olduğu kimi Yevlax şəhərində də bu sahəyə ciddi diqqət göstərilir və baramaçılığın, fındıqçılığın və pambıqçılığın inkişafına dair tapşırıqların icrası Yevlax şəhərində ciddi nəzarətdə saxlanılır. Müşavirə sahbkarlar, kənd sakinləri ilə şəhər rəhbərliyinin dialoqu ilə davam etdirildi.

Yevlaxda baramaçılığın inkişafı diqqət mərkəzindədir.
Sosial şəbəkələrdə paylaş: