Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi başladı "Sahil" metrostansiyası bağlandı Paytaxt dəyişdirilə bilər Azərbaycan – San Marino: Biletlər satışa çıxarılıb
Təhsil Nazirliyindən qadağa "Barselona" "yox" cavabı aldı Ermənistanda konsertə hazırlaşan Ququş - “Yaşasın Azərbaycan, qurban olum…” - VİDEO Oğul anasını vəhşicəsinə döydü
Ağdam sakini zəhərli ilanı həyətində bəsləyir – VİDEO "Qarabağ"ın qapıçısına dəvət Ermənistanda kütləvi dava və atışma Lənkəranda narkotik satıcıları saxlanılıb



» » “Vətən” İctimai Birliyi yeni layihənin icrasına başladı


“Vətən” İctimai Birliyi yeni layihənin icrasına başladı

9-08-2017, 14:31
Oxunma sayı: 131
“Vətən” İctimai Birliyi yeni layihənin icrasına başladıŞuranın dəstəyilə Qarabağ müharibəsində şəhid olan Axısxalı Şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində silsilə tədbirlər həyata keçiriləcək.
Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Axısxalı şəhidlərlə bağlı tədbirlərin keçirilməsi” adlı layihəsinin icrasına başladı.
Bu barədə layihə rəhbəri İbrahim Məmmədov məlumat verib. İbrahim Məmmədov qeyd edib ki, 4 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində Saatlı, Şabran, Gəncə və Bakı şəhərində toplum halda yaşayan Axısxalı Türklərin iştirakı ilə şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə anım tədbirləri təşkil ediləcək.
Keçiriləcək tədbirlərdə əsas müzakirə mövzusu ermənilərin tarixi Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddialarının pislənilməsi və bu mübarizədə hər zaman ön xətdə savaşan və qəhramancasına şəhid olan Axısxalı şəhidlərin keçdiyi döyüş yolunun işıqlandırılması olacaq.
“Tədbirlərin əsas iştirakçısı olacak şagirdlər və gənclər bu layihə nəticəsində şəhidlərimizin qəhramanlığı, igidliyi və vətənin müdafiəsi uğrunda heç bir tərəddüt etmədən necə canlarını fəda etmələri haqqında məlumat alacaqlar. Tədbirlərdə şəhid yaxınları və şəhidlərin döyüş yoldaşları özlərinin xatirələrini tədbir iştirakçıları ilə paylaşacaqlar. Ayrıca tədbirdə ziyalıların hərbi vətənpərvərlik və şəhidlik zirvəsi ilə bağlı çıxışları gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsirini göstərəcəkdir.”deyə İbrahim Məmmədov bildirib.
İbrahim Məmmədov onu da bildirib ki, layihə çərçivəsində Qarabağ müharibəsi zamanı şəhid olan axısxalı şəhidlərin döyüş yolundan bəhs edən “Qarabağın Axısxalı Şəhidləri” adlı kitabın hazırlanması istiqamətində araşdırmalara başlanıldığını, bu istiqamətdə ilk öncə şəhidlərin valideynləri, yaxınları və şəhidlər haqqında kifayət qədər məlumata sahib olan şəxslər ilə görüşüldüyünü bildirib.
““Qarabağın Axısxalı Şəhidləri” kitabı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan bütün axısxalı şəhidlər haqqında məlumatları bir araya toplayacaq və gələcək nəsillər üçün olduqca keyfiyyətli bir qaynaq olacaq. Bu kitab millətimizin və dövlətimizin vətənin müdafiəsi uğrunda canlarında keçən şəhidlərimizin əziz xatirələrinin yüksək tutulmasının bir daha sübütü olacaqdır.” deyə İbrahim Məmmədov qeyd edib. Xatırladaq ki, kitabın hazırlanması “Türküstan” qəzetinin əməkdaşı və ictimai birliyin rəsmi mətbu orqanı olan “Axısxa” qəzetinin baş redaktoru araşdırmacı-jurnalist Mövlud İşık-a həvalə olunub.
Layihə rəhbəri qeyd edib ki, layihə müddəti ərzində Axısxalı Şəhidlərin Dağlıq Qarabağ müharibəsində göstərdikləri mübarizədən və onların döyüş yolunu işıqlandıracaq 16 müxtəlif yazı hazırlanacaq və bu yazılar mediada işıqlandırılacaq.
Sosial şəbəkələrdə paylaş: