“Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil” Yevlaxda vətəndaşları narahat edən məsələlər yerindəcə həll olunur.
Yevlax şəhərində vətəndaşların növbəti səyyari qəbulu keçirildi. Şuranın yardımı ilə hazırlanan filmlərdən ibarət vahid elektron baza yaradılır Süpürkəçi 19 00 “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası”
Bakıda ‘Life Long Learning’ formu keçiriləcək. Afaq Aslan toy qiymətini açıqladı: Yarım saatı 2000 manat... “Report”: Rusiya rublu ilin sonuna qədər 13-14% ucuzlaşa bilər - ANALİTİKA Səlim Müslümov Cenevrəni necə qurutdu...



» » Milli sosial şəbəkə yenilənir


Milli sosial şəbəkə yenilənir

8-08-2017, 21:55
Oxunma sayı: 280
Milli sosial şəbəkə yenilənir


Milli sosial şəbəkəmiz Equpy tamamilə yenilənən bir platforma üzərində çalışır. Yaxın zamanda istifadəçilərə təqdim ediləcək sistem həm fərdi istifadəçilər, həm də şirkətlər üçün nəzərdə tutulub.

Bu barədə "Respublik.info" layihəni həyata keçirən Equpy Company şirkətinin PR bölməsindən məlumat daxil olub. Məlumatda qeyd edilir ki, milli sosial şəbəkəmiz olan və sürətlə böyüyən Equpy bu yaxınlarda yeni platformanı istifadəyə verəcək. Yeni platforma ilə layihə sadəcə fərdi istifadəçiləri deyil, korporatif istifadəçiləri – startaplar, kiçik və orta sahibkarlar, həmçinin şirkətləri də özünə cəlb etməyi planlaşdırır.

Platforma özündə aşağıdakiləri cəmləşdirəcək;
“İctimaiyyət” strukturu altında – səhifələr, qruplar, tədbirlər, “Instant Me” (cəld mesajlaşma) və “Nearby Me” (yaxınlardaki şəxslərlə birtərəfli ünsiyyət);
“Əyləncə” strukturu altında – oyunlar, filmlər və musiqi;
“Məlumat Axını” strukturu altında – xəbərlər, idman tuneli və TV (yalnız partnyor kanallar);
“Korporativ” strukturu altında – Reklam Platformu, online mağaza və vakansiyalar toplusu;
“Yaradıcılar” strukturu altında – ümumi yaradıcı platformu, “MyStore” fərdiləşdirilmiş mağaza imkanları və “MyJobs” fərdiləşdirilmiş vakansiyalar toplusu imkanları;
Xatırladaq ki, sosial şəbəkənin mobil tətbiqi də bu yaxınlarda tamamilə yenilənmiş və yeni platformaya uyğunlaşdırılmışdı. “Məqsədimiz, insanların internet dünyasındaki ünsiyyətinə rəng qatmaq və ünsiyyət zamanı internetin digər imkanlarından eyni vaxtda istifadəyə imkan yaratmaqdır” deyə açıqlama verən layihə rəhbəri Ələkbər Məmməd yaxın günlərdə partnyorlar və mütəxəssislər (proqramçılar, İT-mütəxəssislrə və s.) üçün təqdimat olacağını da bildirib.

Qeydiyyatdan keçmək üçün; https://www.equpy.com
Sosial şəbəkələrdə paylaş: