Azərbaycan-Türkiyə iş adamları arasında ticarət dövriyyəsi ilə bağlı görüş keçirilib Rusiyada Azərbaycan diasporu ciddi seçim qarşısındadır-ANALİZ “WhatsApp”da yayılan bu mesaj təhlükəlidir – VİDEO "İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir çox dövlətlərə örnək olmalıdır"
Hərbi xidmətlə bağlı daha bir — DƏYİŞİKLİK Bürclər – 17 Oktyabr Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər — VİDEO (18+) Güclü sel bağları yuyub apardı – Azərbaycanda təbii fəlakət - Video
22 manatlıq nömrə necə 10000 manata satılır? Bürclər-16 Oktyabr Bürclər – 15 oktyabr Sərnişin avtobusu qəzaya uğradı



» » Polis olmaq istəyən qadınların diqqətinə - Daxili İşlər Nazirliyi işçi axtarır


Polis olmaq istəyən qadınların diqqətinə - Daxili İşlər Nazirliyi işçi axtarır

8-08-2017, 19:34
Oxunma sayı: 295
Polis olmaq istəyən qadınların diqqətinə - Daxili İşlər Nazirliyi işçi axtarır

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant yerlər var

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti işə qabulla elan yayıb.

DİN-dən "Respublik.info" verilən məlumata görə, elanda bildirilir ki, Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyində olan orqanlarda vakant kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Respublikanın Quba və Mingəçevir “ASAN xidmət” mərkəzlərində ümumilikdə 38 (Quba “ASAN xidmət” mərkəzi 19, Mingəçevir “ASAN xidmət” mərkəzi 19) vakant yer tutmaq məqsədi ilə keçirilən müsabiqədə orta, orta-ixtisas və ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı olan, özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, yaşayış yeri üzrə Quba rayonunda və Mingəçevir şəhərində (ətraf rayonlarda) daimi qeydiyyatda olan qadın vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Müsabiqədə ali təhsillilərə, kompyuterlə işləmək qabiliyyətinə malik olan və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.

Xidmətə qəbul olunmaq istəyən şəxslər 2017-ci ilin avqustun 7-dən sentyabrın 7-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri R.Behbudov küçəsi 130-da yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsi
- Təhsil haqqında sənədin əsli
- əmək kitabçası (olanlar üçün)
Əlavə məlumat üçün əlaqə telefonu: (012) 590-64-41
Sosial şəbəkələrdə paylaş: