İsrail Türkiyəyə qarşı “erməni həmləsi” hazırlayır HƏMAS lideri saxlanıldı İtaliyada həkimlər tətil edir Ramin Əhmədov: “Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb“
Qafqaz Tufandag yay qış isdrahət mərkəzində möhtəşəm açılış “Fəxr edirəm ki,Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısıyam” - Aqil Acalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti
Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov



» » "Beynəlxalq Ordu Oyunları - 2017"də Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini bütün istiqamətlərdə xeyli üstələyir


"Beynəlxalq Ordu Oyunları - 2017"də Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini bütün istiqamətlərdə xeyli üstələyir

7-08-2017, 14:56
Oxunma sayı: 41
"Beynəlxalq Ordu Oyunları - 2017"də Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini bütün istiqamətlərdə xeyli üstələyir

"Beynəlxalq Ordu Oyunları - 2017" çərçivəsində Azərbaycan hərbçiləri Ermənistan nümayəndələrini bütün istiqamətlərdə xeyli üstələyir.

Respublik.info xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Bildirilir ki, Azərbaycan hərbçilərinin "Beynəlxalq Ordu Oyunları - 2017" çərçivəsində keçirilən yarışlarda uğurlu çıxışı Silahlı Qüvvələrə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir.

Sevindirici haldır ki, müxtəlif yarışlarda güclərini sınayan hərbçilərimiz 28 ölkə nümayəndələri arasında yüksək göstəricilərə nail olublar. Qürurverici məqamlardan biri də odur ki, oyunların ilkin mərhələsinin nəticələrinə görə, Azərbaycan hərbçiləri Ermənistan komandasını bütün istiqamətlərdə xeyli üstələyib.

Xüsusi ilə qeyd edək ki, tank ekipajları, snayperlərimiz və artilleriya heyətləri Ermənistan hərbçilərindən qat-qat yüksək nəticələr göstəriblər. Bu da hərbçilərimizin döyüş hazırlığının, peşəkarlığının, bilik və bacarıqlarının göstəricisidir.
Sosial şəbəkələrdə paylaş: