Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi başladı "Sahil" metrostansiyası bağlandı Paytaxt dəyişdirilə bilər Azərbaycan – San Marino: Biletlər satışa çıxarılıb
Təhsil Nazirliyindən qadağa "Barselona" "yox" cavabı aldı Ermənistanda konsertə hazırlaşan Ququş - “Yaşasın Azərbaycan, qurban olum…” - VİDEO Oğul anasını vəhşicəsinə döydü
Ağdam sakini zəhərli ilanı həyətində bəsləyir – VİDEO "Qarabağ"ın qapıçısına dəvət Ermənistanda kütləvi dava və atışma Lənkəranda narkotik satıcıları saxlanılıb



» » Turistlə gələn təhlükə, yaxud Koksaki Azərbaycana da keçə bilər


Turistlə gələn təhlükə, yaxud Koksaki Azərbaycana da keçə bilər

2-08-2017, 15:19
Oxunma sayı: 115
Turistlə gələn təhlükə, yaxud Koksaki Azərbaycana da keçə bilərTürkiyənin əksər bölgələrində, xüsusilə də kurort şəhərlərində Koksaki adlanan virus yayılıb. Yerli mətbuatın yazdığına görə, azyaşlıların virusa yoluxması şikayəti ilə xəstəxanalara müraciətlər edilir. Xəstəlik hava-damcı vasitəsilə yoluxduğundan təhlükəli hesab edilir. Virusun Türkiyəyə Yaxın Şərqdən keçdiyi güman edilir.

Türkiyədə dincəlməyə gedən, eləcə də Türkiyədən Azərbaycana səfər edənlərin çox olduğunu nəzərə alsaq, virusun ölkəmizə keçmə ehtimalı yüksəkdir.

K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Azərbaycanın baş pediatrı Nəsib Quliyev virtualaz.org saytına bildirib ki, koksaki virusu təkcə Türkiyədə deyil, bir neçə ölkədə qeydə alınıb. Buna görə də, xaricə səfər zamanı virusa yoluxmaq mümkündür, bunun qarşısını almaq olmur. “Koksaki virus xəstəliklərinin bir növüdür və yoluxucudur. Virusa yoluxanlarda yüksək hərarət, bağırsaq pozulması baş verir, xəstəyə vaxtında yardım göstərilməzsə, ağırlaşmalar baş verə bilər. Koksaki viruslarına qarşı peyvənd yoxdur, buna görə də, xəstə ilə təmasda virusa yoluxma mümkündür.”, -N.Quliyev deyib.
Baş pediatr virusla bağlı xəstəxanaya müraciət edənin olmadığını da qeyd edib. Onun sözlərinə görə, kəskin virusla bağlı müraciət edildikdə müalicəyə başlanılır, çünki xəstəlik törədicisinin virusun hansı növü olduğunu müəyyənləşdirmək vaxt tələb edir. Əsas məqsəd fəsadların qarşısını almaqdır, müayinələrin cavabından sonra diaqnoz dəqiqləşdirilir: “Xüsusilə, xaricə səfər edənlər xəstələrlə təmasdan çəkinməlidirlər, yüksək hərarət hiss etdikdə dərhal həkimə müraciət etməlidirlər. Ümumiyyətlə, valideynlər bilməlidirlər ki, təkcə Koksaki virusu deyil, qızılca, məxmərək, hepatit, qrip və digər viruslar da təhlükəlidir. Buna görə də, uşaqları peyvənd etdirməlidirlər. Uşaqları xəstəliklərdən qorumaq üçün xəstə insanlardan təmasdan çəkindirməli, gigiyenik şərtlərə riayət edilməlidir”.

Qeyd edək ki, xəstəlik yüksək hərarət, baş, boğaz və qarın ağrısı, qusma ilə müşahidə edilir. Virus daha çox yayda baş qaldırır, bəzən yüksək hərarətdən sonra ağızın içində-yumşaq və sərt damaqda ağrı verən yaralar, əlin içində və dabanlarda qızartılar əmələ gəlir. Koksaki virusları son dərəcədə yoluxucudur, virus bağırsaqlarda yaşayır, əl yuyulmadıqda yoluxdurma mümkündür. (virtualaz.org)
Sosial şəbəkələrdə paylaş: