İsrail Türkiyəyə qarşı “erməni həmləsi” hazırlayır HƏMAS lideri saxlanıldı İtaliyada həkimlər tətil edir Ramin Əhmədov: “Ulu öndər Azərbaycan gəncliyinin, onun qurub yaratdığı partiyanın davamçılarının qəlbində əbədi yurd salıb“
Qafqaz Tufandag yay qış isdrahət mərkəzində möhtəşəm açılış “Fəxr edirəm ki,Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısıyam” - Aqil Acalov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir. Növbə mədəniyyəti
Arifov Arif Polad oğlu Şəhid Cumanov Bayram Sahib oğlu Mustafa Əhmədcan oğlu Coşqunov Elnur Məhiyəddin oğlu İbrahimov



» » Bakıda tanınmış güləşçilər etiraz aksiyası keçirdilər - "Maaş ala bilmirik, idmançılar moykalarda işləyir" (FOTOLAR)


Bakıda tanınmış güləşçilər etiraz aksiyası keçirdilər - "Maaş ala bilmirik, idmançılar moykalarda işləyir" (FOTOLAR)

28-07-2017, 14:52
Oxunma sayı: 492
Bakıda tanınmış güləşçilər etiraz aksiyası keçirdilər - "Maaş ala bilmirik, idmançılar moykalarda işləyir" (FOTOLAR)Bu gün Bakıda güləşçilərimiz etiraz aksiyası keçirib.

AZXEBER.COM xəbər verir ki, tanınmış olimpiya çempionları, idmançılar Güləş Federasiyasının qarşısına toplaşıblar. Onlar Güləş Federasiyasının idmançılara qarşı biganəliyindən şikayət ediblər. Uzun müddətdir ki, maaş üzünə həsrət qalan güləşçilərimiz, şəraitsizlikdən də şikayət ediblər.

Dünya çempionu Rəsul Çunayev müxbirimizlə söhbətində 15 aydır ki maaş ala bilmədiklərini və dünya çempionatına 3 ay qalmasına baxmayaraq, şəraitsizlikdən hazırlaşa bilmədiklərini söyləyib:

"Bizim işimiz çıxıb güləşməkdir. Bizdən qalibiyyət gözləyirlər. Axır biz bu şəraitdə necə qalib olaq? 15 aydır ki, maaş ala bilmirik. Bir müddət öncə zədələnmişdim. Gözlədim ki, əməliyyat edərlər. Etmədilər. Özüm xərc çəkib Türkiyədə əməliyyat olundum".

Tanınmış idmançı Hacı Əliyev də etiraz edənlər arasında olub. O da, rəhbərliyin prezidentin tapşırıqlarına əməl etmədiyini, əksinə idmançıları ölkədən qaçırtdığını deyib:

"Bu gün bura çıxmağa məcbur qaldıq. Aramızda maaş ala bilmədiyi üçün moykada işə düzələn idmançılar var. Prezidentin idmanımızın inkişafı ilə bağlı tapşırıqlara bu federasiyada əməl edən yoxdur. Riodan qayıdanlar hələ də mükafatlarını ala bilməyiblər. Nə həkim yoxlanışından keçə bilirik, nə də idman zallarımız normaldır. Çox pis vəziyyətdəyik" .

Etiraz edənlər arasında olimpiya çempionu Toğrul Əsgərov da olub. Bir müddət öncə Türkmənistan milli komandasından təklif aldığını etiraf edən T.Əsgərov maaşlarını ala bilmədikləri üçün federasiya rəhbərliyindən şikayət edib.



Qeyd edək ki, Güləş Federasiyanının rəhbəri Vergilər Naziri Fazil Məmmədovdur.



Müxbir:Nazim Qasımzadə

Bakıda tanınmış güləşçilər etiraz aksiyası keçirdilər - "Maaş ala bilmirik, idmançılar moykalarda işləyir" (FOTOLAR)
Bakıda tanınmış güləşçilər etiraz aksiyası keçirdilər - "Maaş ala bilmirik, idmançılar moykalarda işləyir" (FOTOLAR)Bakıda tanınmış güləşçilər etiraz aksiyası keçirdilər - "Maaş ala bilmirik, idmançılar moykalarda işləyir" (FOTOLAR)Bakıda tanınmış güləşçilər etiraz aksiyası keçirdilər - "Maaş ala bilmirik, idmançılar moykalarda işləyir" (FOTOLAR)
Sosial şəbəkələrdə paylaş: