Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi başladı "Sahil" metrostansiyası bağlandı Paytaxt dəyişdirilə bilər Azərbaycan – San Marino: Biletlər satışa çıxarılıb
Təhsil Nazirliyindən qadağa "Barselona" "yox" cavabı aldı Ermənistanda konsertə hazırlaşan Ququş - “Yaşasın Azərbaycan, qurban olum…” - VİDEO Oğul anasını vəhşicəsinə döydü
Ağdam sakini zəhərli ilanı həyətində bəsləyir – VİDEO "Qarabağ"ın qapıçısına dəvət Ermənistanda kütləvi dava və atışma Lənkəranda narkotik satıcıları saxlanılıb



» » Putin Abbas Abbasovu aktiv siyasətə qaytarır


Putin Abbas Abbasovu aktiv siyasətə qaytarır

27-07-2017, 08:25
Oxunma sayı: 150
Putin Abbas Abbasovu aktiv siyasətə qaytarırKremlin “gizli adamı” üzə çıxdı; Rusiya prezidenti sabiq vitse-primyerə niyə indi təşəkkür məktubu yazıb?; Moskva-Bakı münasibətlərini korlamaq səyləri və bu planda Abbas Abbasovun yer alacağı barədə iddialar doğruldu, bəs...


Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun son aylar yenidən fəallaşması barədə “Yeni Müsavat”ın yazdığı xəbərlər təsdiqlənir. Məlumatlarda qeyd olunurdu ki, Moskvadakı və Bakıdakı tərəfdarlarını başına toplamaq işinə girişən A.Abbasov 2018-ci ildə mütləq Azərbaycana qayıdacağı və seçkilərdə iştirak edəcəyi mesajını verib.


Sabiq vitse-primyer tərəfdarlarına deyib ki, Kreml hələ də ona etimad edir və yenidən önə çıxacaq. Onun Rusiya regionlarındakı keçmiş tərəfdarlarını da Moskvadakı gizli ofisinə toplayaraq təlimatlandırdığı deyilirdi. İndi məlum olur ki, A.Abbasovun doğrudan da hələ Kremldə “etimad”ı qalırmış.


Leonid Şvets Şimali Qafqazda dislokasiya olunmuş 58-ci Rusiya ordusunun Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsi də daxil olmaqla, 7 günlük təlimlərə başlaması barədə haqqin.az saytında maraqlı məqalə ilə çıxış edib.

Müəllif bu təlimləri Kremlin qonşularına, o cümlədən Azərbaycana təzyiqi kimi qiymətləndirir. Onun fikrincə, Rusiya Azərbaycana təzyiq kimi “Abbas Abbasov kartı”ndan istifadə edə bilər: “Azərbaycanda isə Rusiyanın müəyyən dairələrinin Moskva-Bakı münasibətlərini korlamaq səyləri ilə bir vaxtda çoxdan yaddan çıxmış Abbas Abbasov, Azərbaycanın eks vitse-premyeri gözlənilmədən ”zühur edib". Kreml gözlənilmədən və heç bir formal səbəb olmadan ona “uğurlu sahibkarlıq fəaliyyəti”nə görə təşəkkür məktubu göndərib. Həmin məktub barədə Kremlin saytında heç nə deyilmir, ancaq Rusiya Azərbaycanlılarının Federal Milli Muxtariyyəti öz saytında bu haqda geniş yazıb, Abbas Abbasovun fəaliyyətini mədh edib".
Putin Abbas Abbasovu aktiv siyasətə qaytarır
“Yeni Müsavat” xəbər verir ki, Rusiya Azərbaycanlılarının Federal Milli Muxtariyyətinin rəsmi saytı olan fnkaa.ru-da həqiqətən də belə bir məktub yerləşdirilib. Kremlin mətbuat xidmətinə istinadən yayılmış məktubda deyilir: “Kremlin mətbuat xidməti Rusiya prezidenti Vladimir Putininin Sahibkarlığa Dəstək Fondunun direktoru Abbas Abbasova fəal ictimai fəaliyyətinə və Rusiyada sahibkarlığın inkişafına göstərdiyi dəstəyə görə təşəkkür edib. Rusiya dövlətinin başçısı və hökuməti ölkədə çətin iqtisadi dövrdə Abbas Abbasovun biznesin inkişafında xidmətini lazımınca qiymətləndirir. Bu, Abbas Abbasovun fəaliyyətinə verilən yüksək və layiqli qiymətdir”.

Putinin təşəkküründən “AzerRos”un prezidenti Mehriban Sadıqova geniş məktub hazırlayıb və A.Abbasovun Rusiya-Azərbaycan əlaqələrinin inkişafında fəaliyyəti geniş təhlil olunub. Məktubda diqqətçəkən bir məqam da var. “AzerRos”un prezidenti yazır ki, “Rusiya prezidentinin Abbas Abbasova məktubu ona və onun əqidə dostlarına ciddi mənəvi dəstəkdir”.

Hələ ötən ilin oktyabrında A.Abbasovun “AzerRos” Federal Milli Mədəni Muxtariyyətinin rəhbərliyində siyasi fəaliyyətini dayandırması barədə xəbər yayılanda bu, sabiq vitse-primyerin gələcək planının bir hissəsi kimi izah olunurdu. Çünki A.Abbasov xarakterində olan adamın “siyasət meydanından” birdəfəlik çəkilməsi ağlabatan deyildi, bu, yeni bir plan üçün vaxt qazanmaq şansı idi. A.Abbasov gizli fəaliyyətə üstünlük versə də, ÜAK-ın qeydiyyatı ilə bağlı problem ortaya çıxan kimi ona yaxın adamlar da ortada görünməyə başladılar. Onlar ÜAK-ın ləğvi üçün Rusiya Ali Məhkəməsinin bütün “əsasları” olduğunu açıq bəyan edirdilər. Aydın idi ki, bu məsələdə bir dəfə də səsinin çıxarmayan “diaspor ağsaqqallı” ÜAK-ın probleminin əslində haradan qaynaqlandığını yaxşı bilirdi və gec-tez özü də yeni bir oyunda görəv alacaqdı.

Oğlunun son deputat seçkilərində iştirakı əngəllənəndən sonra bütün ailəsini Bakıdan çıxaran Abbas Abbasov 2018-ci il seçkiləri ərəfəsində Rusiyadakı qüvvələrin maraqlarına ən uyğun fiqur idi. Birincisi, ona görə ki, iqtidarla bütün körpüləri yandıran A.Abbasovun itirəcəyi heç nə qalmayıb. İkincisi, sabiq baş nazir müavinin anti-Azərbaycan planında həmişə yer ala biləcək xislətidir.


A.Abbasovun Putinin məktubu ilə “siyasətə yenidən qayıdışı” reallaşdı. Rusiyanın müəyyən dairələrinin Moskva-Bakı münasibətlərini korlamaq səyləri və bu planda Abbas Abbasovun yer alacağı barədə iddialar doğruldu. Abbas Abbasov necə, özünü yeni “istifadədə” doğrulda biləcəkmi?

Xatırladaq ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində də Abbas Abbasov fəallaşmışdı. Onun “xeyir-duası” və şəxsi təşəbbüsü ilə yaradılan Milli Şura projesi əslində ölkəmizə qarşı yönəlmiş xain bir plan idi. Təəssüf ki, özünü qərbyönümlü elan edən Azərbaycan müxalifətinin böyük qismi A.Abbasovun və dolayısı ilə Kremlin bu planına ciddi dəstək verdi. Yəqin Rusiya özünün siyasətdə kamuflyaj olunmuş qüvvələrini yenidən anti-Azərbaycan planında alət etməyə hazırlaşır.


“YM”
Sosial şəbəkələrdə paylaş: