Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi başladı "Sahil" metrostansiyası bağlandı Paytaxt dəyişdirilə bilər Azərbaycan – San Marino: Biletlər satışa çıxarılıb
Təhsil Nazirliyindən qadağa "Barselona" "yox" cavabı aldı Ermənistanda konsertə hazırlaşan Ququş - “Yaşasın Azərbaycan, qurban olum…” - VİDEO Oğul anasını vəhşicəsinə döydü
Ağdam sakini zəhərli ilanı həyətində bəsləyir – VİDEO "Qarabağ"ın qapıçısına dəvət Ermənistanda kütləvi dava və atışma Lənkəranda narkotik satıcıları saxlanılıb



» » Aslan İsmayılov üç siyasətçiyə “Rusiyanın adamı” dedi


Aslan İsmayılov üç siyasətçiyə “Rusiyanın adamı” dedi

26-07-2017, 07:43
Oxunma sayı: 136
Aslan İsmayılov üç siyasətçiyə “Rusiyanın adamı” dedi“Bu adam Rusiya tərəfindən Azərbaycana xüsusi tapşırıqla göndərilib”


Vəkil Aslan İsmayılov bəzi siyasətçiləri rusiyapərəstlikdə ittiham edib. O, sosial şəbəkədəki statusunda yazıb:
“Yadınızdadırsa, 2013-cü ilin əvvəllərində yazmışdım ki, Azərbaycanla Rusiya arasında münasibətlər kəskinləşən kimi bir neçə keçmiş "siyasi xadim" dirilir və mətbuatda tirajlanmağa başlayırlar. Həmin dövrdə Rəhim Qazıyevin mətbuatda geniş tirajlanan prezidentə müraciəti peyda oldu.

Elə o dövrdə də Surət Hüseynovun Gəncəyə qayıtması və QHT yaratması söhbəti yayıldı. Etibar Məmmədov da, deyəsən, AMİP-lə bağlı hansısa tədbirlər keçirdi. Onda da birinci başlayan Rəhim Qazıyev oldu. İndi də lokomotiv Rəhim Qazıyevdir. Bu günlərdə də onun hamıya müraciəti oldu. Rəhmətlik Əbülfəz Elçibəyi Vətənə xəyanətdə ittiham etdi. Bu gün facebook səhifələrində Surət Hüseynovun İstanbuldan məşhur iş adamı kimi şəkli paylaşılıb. AXC hakimiyyətində təmsil olunmuşlar, adları çəkilənlərin əməllərini şəxsən mənə danışan siyasi, ictimai məşhurlar isə yenə susurlar, özlərini görməmiş, bilməmiş kimi aparırlar. Deyəndə ki, gözünüz onların qarşısında kölgəlidir, məndən inciyirlər. Gənclər bilməyə, görməyə, başa düşməyə bilərlər. Axı mən bu yaşımda, hər şeyi gözləri ilə görmüş necə susum, özümü qanmaz yerinəmi qoyum?”


AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə modern.az-a açıqlamasında bunları deyib: “Aslan İsmayılovun AMİP və onun lideri Etibar Məmmədova olan kini-küdurəti, nifrəti sonda onun özünü boğacaq. Bu adam Rusiya tərəfindən Azərbaycana xüsusi tapşırıqla göndərilib və indiyədək də ölkəmizə və millətimizə qarşı işlədilməkdədir. Başqalarını rusiyapərəstlikdə ittiham edən şəxs Sumqayıt hadisələri zamanı Moskva tərəfindən Azərbaycana ona görə göndərilmişdi ki, dövlət ittihamçısı sifətində günahsız azərbaycanlılara divan tutsun. Onun xüsusi canfəşanlığı və səyi nəticəsində hadisələrin baiskarları, cinayətkar ermənilər qaldı qıraqda, suçsuz azərbaycanlılar ən ağır cəzaya, hətta ölümə məhkum edildilər”.
Sosial şəbəkələrdə paylaş: