“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » Gömrük Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək


Gömrük Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək

24-07-2017, 09:53
Oxunma sayı: 254
Gömrük Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcəkMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev iyulun 28-də saat 10:00-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 217) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK Mətbuat Xidmətindən verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən Ağcabədi, Beyləqan, Füzuli, İmişli, Laçın rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 27-si saat 10:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Xudafərin Gömrük İdarəsi (əlaqə telefonu: (021) 222-24-84) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

DGK vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" əsasnamə və Azərbaycan prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana uyğun olaraq "Gömrük orqanlarında xidmət haqqında" əsasnamənin tələblərinə cavab verən Azərbaycan vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün komitənin internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.
Sosial şəbəkələrdə paylaş: