İctimai nəqliyyatda xidmət keyfiyyətinin ölçüləməsinə dair sorğu keçiriləcək “Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir” – MÜSAHİBƏ! Şura “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirib Xaqani İbrahimov: Büdcə xərclərinin səmərəli istiqamətlərini formalaşdırmaq üçün hökumət əsaslandırlımış büdcə-vergi sistemi həyata keçirir.
Hərəkat “Ordumuz qürurumuzdur” mövzusunda beynəlxalq konfrans keçirib “Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir su da..” Azay Quliyev QHT nümayəndələrinə müraciət etdi Ermənistandakı son hadisələr Paşinyan hakimiyyətini ifşa edir
Yeganə çıxış yolumuz yenidən həmrəy olmaq və qaydalara əməl etməkdir. AŞPA pandemiyasının vaksinini... Azərbaycan Vətəndaş Hərəkatının Məclisinin toplantısı keçirilib Sinestezi ilə reallığa fərqli bax



» » ABŞ Türkiyənin RF-dən “S-400” kompleksləri əldə edə biləcəyindən narahatdır


ABŞ Türkiyənin RF-dən “S-400” kompleksləri əldə edə biləcəyindən narahatdır

23-07-2017, 10:35
Oxunma sayı: 297
ABŞ Türkiyənin RF-dən “S-400” kompleksləri əldə edə biləcəyindən narahatdırTürkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri əldə etməsi Vaşinqtonun narahatçılığına səbəb ola bilərdi.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford deyib.

“KİV-lərdə xəbərlər yayılmışdı, lakin onlar doğru olmadı. Onlar Rusiyadan “S-400” havadan müdafiə sistemləri əldə etməyiblər. Onlar bunu etmiş olsaydılar, bu bizdə narahatçılığa səbəb ola bilərdi. Lakin onlar bunu etmədilər”, - deyə general Cozef Danford müvafiq sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, Pentaqon rəhbəri Ceyms Mettis ötən həftə Türkiyənin “S-400” sistemlərini əldə etmək niyyətinin Ankaranın suveren qərarı olduğunu vurğulayıb.

“Rostex”in baş direktoru Sergey Çemezov isə bir neçə gün əvvəl bildirib ki, “S-400” zenit-raket sistemlərinin Türkiyəyə tədarükünə dair saziş üzrə texniki məsələlər artıq həll olunub, yalnız inzibati məsələlər qalmaqdadır.
Sosial şəbəkələrdə paylaş: