Mədəni Nitq Layihəsi Uğurla davam. Bakıda “Microsoft” İnnovasiya Forumuna qeydiyyat başlayır Alimlər: "İstanbul su altında qala bilər" Daxili işlər nazirinin müavini: "Razılaşdırılmamış aksiyaların qarşısı qətiyyətlə alınacaq"
Uşaq zorakılığına yox deyək! Часть Баку оставят без воды Ucarda Səfərbərlk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı il dönümü qeyd olunub. Bakıda güclü partlayış baş verdi – VİDEOLAR / FOTOLAR
Bakıda ərəbin başına lövhə düşdü - vəziyyəti ağırdır ABŞ Nümayəndələr Palatası “Rusiya işi” üzrə məxfi sənədin dərc edilməsinin lehinə səs verib Moskvada çoxmərtəbəli binada yanğın baş verib, ölənlər var Məcburi köçkünlərin yeni mənzillərə köçürüləcəyi tarix açıqlandı



» » Taksilər və iaşə sektorundan qiymət artımı


Taksilər və iaşə sektorundan qiymət artımı

18-07-2017, 08:48
Oxunma sayı: 174
Taksilər və iaşə sektorundan qiymət artımıSürücü: “Yüz faiz əminliklə deyirəm ki, fərdi taksi xidməti ilə məşğul olanlar əvvəlki qiymətlə işləyir”


Tarif Şurası “Aİ-92" markalı benzinin qiymətini qaldırdıqdan sonra Bakıda fəaliyyət göstərən taksi xidmətlərində qiymət artımları müşahidə olunmaqdadır. Bu artım hər bir taksi xidməti göstərən şirkətlər tərəfindən fərqli rəqəmlərlə ifadə olunub. Ümumilikdə isə benzinin qiymətinin bir litr üçün 20 qəpik artımından sonra taksi xidmətlərindən 50 qəpik- 1 manat arasında qiymət artımı nəzərə çarpır.


Məsələn, “20 Yanvar” dairəsindən Xırdalan, Sumqayıt istiqamətinə əvvəllər adambaşına 1 manata aparan taksilər hazırda qiymətləri 1,5-2 manata çatdırıblar. Bundan əlavə, qeyd etdiyimiz ərazidən rayonlara işləyən taksilərin də gediş haqqında ən azı 1 manat artım var. Şəhərdaxili xidmətlərə gəlincə isə burada da qiymətlər qaldırılıb. Belə ki, ölkədə ən ucuz taksi xidmətini təklif edən şirkətlərdən biri “Salam taksi”dən verilən məlumata görə, qiymətlərdə az da olsa artım ediblər. Belə ki, xidmətdən bildiriblər ki, şirkət 3 km-ə görə qiymətlərdə 10 qəpik artım edib.


“Felix Taxi” (*5959) , “City Taxi” (*8844), “189 Taxi” (*189) və “Zərif taksi” (*7177) şirkətləri isə heç bir artım olmadığını, qiymətlərin köhnə qayda ilə hesablandığını söyləyib.


Taksi sürücüsü Firdovsi Vəliyev isə hazırkı durumla bağlı “Yeni Müsavat”a bildirib ki, əslində fərdi taksi sürücüləri qiymətləri artırmayıblar: “Fərdi taksi xidməti ilə məşğul olanlar qiymətləri qaldırmayıblar. Əksinə, camaat gəlir ki, imkan yoxdur, vəziyyətimiz yaxşı deyil qiymətdə endirim edirik. Ancaq Azərbaycanda ən böyük taksi xidməti şirkəti olan ”Salam taksi" qiymətlərdə əsaslı şəkildə artım edib. Belə ki, əvvəllər onlarda qiymət 2.30 AZN-dən başlayırdısa, hazırda bu rəqəm 3 manata qaldırılıb. Digər şirkətlər də var ki, onlar da qiymətləri qaldırmasalar da faizi aşağı salıblar. Bu da sürücülərə sərf edir. Yəni qiymətləri dəyişməyən şirkətlər də az deyil. Yüz faiz əminliklə deyirəm ki, fərdi taksi xidməti ilə məşğul olan köhnə avtomobillərdə heç bir artım yoxdur. Ancaq onu da deyim ki, bu cür işləmək bizə də sərf etmir. Burada biz yox, şirkətlər qazanırlar. Bəzi şirkətlər sürücünü düşünüb qiyməti qaldırır, bəziləri isə özlərini, müştəri saylarını düşünüb, qiyməti qaldırmırlar. Nəticədə isə sürücülər əziyyət çəkirlər. Onsuz da şirkətlər bu və ya digər formada qazanırlar".


Xatırladaq ki, Tarif Şurası “Aİ-92" markalı avtomobil benzininin pərakəndə satış qiymətini1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edib.


Əli RAİS
Sosial şəbəkələrdə paylaş: