Bölgələrin sosial iqtisadi inkişafı ilə bağlı prezidentin imzaladığı dövlət proqramı rayonların inkişafına necə təsir göstərir? Zona yarışının ilk mərhələsi icrasına başlanmışdır. Bakıda ağır qəza:avtomobil iki yerə bölünüb “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr İordaniya səfirliyində davam etdi.
Fəlsəfə “bazarı”,cari Allahlar və iblis. QHT layihəyə uğurla yekun vurdu QHT yeni layihənin icrasına başlayıb. Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar” üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində“Məktəblilər üçün kimya cədvəl, sxem və şəkillərdə” layihəsinin bağlanış mərasimi keçirildi.
Yevlax rayonunun iki kəndi təbii qazla təmin olundu. “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələr Polşa Səfirliyində davam etdi. “Paşinyan hay - küy salmaqla Ermənistanın Azərbaycanqarşısındakı zəifliyini ört-basdır etməyə çalışır “Nümunəvi hərəkətə başqa don geyindirmək xəyanətkarlıqdan başqa bir şey deyil”



» » Cənubi Koreya Şimala hərbi danışıqlar keçirməyi təklif edir


Cənubi Koreya Şimala hərbi danışıqlar keçirməyi təklif edir

17-07-2017, 09:37
Oxunma sayı: 98
Cənubi Koreya Şimala hərbi danışıqlar keçirməyi təklif edirPxenyanın uzaq məsafəli raket sınaqlarından sonra yaranmış gərginlikdən bir neçə həftə sonra Cənubi Koreya Şimala hərbi məsləhətləşmələr keçirilməsini təklif edib.

Əgər görüş baş tutarsa, bu, 2015-ci ildən bəri ilk yüksək səviyyəli danışıqlar olacaq.

Yüksək vəzifəli bir rəsmi deyib ki, danışıqların məqsədi möhkəmləndirilmiş Koreya sərhədlərində "hərbi gərginliyi artıran bütün düşmənçilik fəaliyyətini" dayandırmaq məqsədi daşıyır.

Cənubi Koreya prezidenti Moon Jae-in uzun müddətdir ki Şimalla daha yaxın münasibətlər qurmaq niyyətini bəyan edib.

Berlindəki son çıxışında sülh sazişinin imzalanmasına çağıran prezident deyib ki, Şimalla dialoq indi heç olmadığı qədər çətindir.

Onun sözlərinə görə, bu cür dialoq Pxenyanın nüvə silahı proqramının sonunu istəyənlər üçün həlledicidir.

Hərçənd ki, Şimali Koreyanın tez-tez keçirdiyi raket sınaqları BMT qətnamələrinin ardıcıl pozulmasına və öz qonşuları və ABŞ-ı həyəcanlandırmağa xidmət edib.

Cənubi Koreya danışıqların iyulun 21-də keçirilməsini istəyir.

Cənubun müdafiə nazirinin müavini Suh Choo-suk mediaya bildirib ki, danışıqlar ölkələr arasındakı neytral zonada, Tongilgak-da keçirilə bilər.

"Biz Şimaldan müsbət cavab gözləyirik", rəsmi əlavə edib (BBC).
Sosial şəbəkələrdə paylaş: