Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Bərdə rayonunda silsilə təlimlər həyata keçirib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti - layihə (EPIC) layihəsi Mingəçevir şəhərində açılış mərasimini təşkil olunmuşdur. Gənc qızların peşə-ixtisas seçiminə yönəldilməsinə dəstək layihəsi uğurla yekunlaşdı “ Çimərliklərdə atılan plastik tullantılara birgə qalib gələk” layihəsini həyata keçirilib
“Məktəbdaxili idarəetməyə dəstək” adlı layhəsi çərçivəsində təlimlər başa çatıb Gənclər Türkiyə - Azərbaycan gənclərinin könüllülük üzrə mübadilə proqramında iştirak edib Məktəbdaxili idarəetməyə dəstək” adlı layihəsi çərçivəsində təlimlər davam edir (EPIC) layihəsi Mingəçev şəhərində “Ekoloqiya günü”qeyd edib.
Bələdiyyələrdə qadınların təmsilçiliyinin artırılması” adlı maarifləndirmə layihəsinin icrasına başlamışdır “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir



» » Vidadi Zeynalov dövlətə vurduğu ziyanı tam ödədi – 7 Milyon


Vidadi Zeynalov dövlətə vurduğu ziyanı tam ödədi – 7 Milyon

11-07-2017, 09:04
Oxunma sayı: 333
Vidadi Zeynalov dövlətə vurduğu ziyanı tam ödədi – 7 MilyonRabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanı tam olaraq ödəyib.

Medianews.az-ın Lent.az-a istinadən məlumatına görə, sabiq aparat rəhbəri bu gün yerdə qalan 2 milyon 25 min manat ziyanı banka keçirib.

Xatırladaq ki, istintaq orqanı Vidadi Zeynalovun ümumi olaraq dövlətə 7 milyon 335 min manat ziyan vurduğu bildirib.

“Rabitə işi” üzrə 11 təqsirləndirilən şəxsdən artıq 10-u dövlətə vurduğu ziyanı tam ödəyib.

Yalnız “Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayevin dövlətə 2 milyon manat borcu qalıb.

Qəmbər Bəybalayev məhkəmədə bildirib ki, onun yerinə sabiq nazir Əli Abbasov, həmçinin nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov və Namazalı Məmmədov dəymiş ziyanı ödəmək istəyirlər. Lakin buna imkan verilməyib.

Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən V. Zeynalovun 14 il, B. Hüseynovun 15 il, A. Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini, Cəlil Cəfərov, Səhrab Hümbətov, Məhəmməd Məmmədov, Bayram Vəliyev və Oktay Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.
Sosial şəbəkələrdə paylaş: