“Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsiçərçivəsində Mingəçevir Dövlət Universitetində “Ətraf Mühit”mövzusunda seminar həyata keçirilib. Yunanıstanda "Odlar Yurdu-Azərbaycan" foto sərgisi adlı tədbir keçirilib - FOTOLAR Bakı Türk dünyasının gələcəyini müəyyənləşdirən mərkəzə çevrilir Azərbaycanlı gənclər Murmanskda bir araya gəldi
Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsi başa çatıb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsi”nin qalibi olmuş “Atamla birgə öyrənirəm” layihəsinin fəaliyyəti sona çatdı. “Bugün Azərbaycan müstəqillik qazandıqdan bəri ən gözəl dövrünü yaşayır.” –Məhsəti Hüseynova Kikboksçularımız dünya kikboksinq arenasında öz sözlərini deyirlər
Ucar rayonunun 80 illiyinə həsr olunmuş Veloyürüş keçirilib. “RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi yeni layihəyə start verdi “Vikipediya”da Gəncə haqqında məqalələr zənginləşdirilir



» » BSU-da Beynəlxalq konfransın açılış mərasimi keçirilib


BSU-da Beynəlxalq konfransın açılış mərasimi keçirilib

27-11-2015, 18:08
Oxunma sayı: 493
BSU-da Beynəlxalq konfransın açılış mərasimi keçirilib


Müqayisəli ədəbiyyat və mədəniyyət: Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları mövzusunda beynəlxalq konfrans

Noyabrın 27-də Bakı Slavyan Universitetində Müqayisəli ədəbiyyat və mədəniyyət: Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları mövzusunda beynəlxalq konfransın təntənəli açılış mərasimi keçirilib. Bakı Slavyan Universiteti və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiyasının birgə təşkil etdiyikonfrans «Milli ədəbiyyat və mədəniyyət meyarları» layihəsinin davamı kimi nəzərdə tutulmuşdur.
Açılış mərasimində çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev konfransın mahiyyəti barədə məlumat verib. Bildirilib ki, beynəlxalq konfransa İtaliya, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Qazaxıstan, İran, Türkiyə və Gürcüstandan 30-dan çox alim qatılıb. Azərbaycanın bir sıra ali təhsil müəssisələri və AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarının əməkdaşları konfransda iştirak edəcəklər.

Rektorun sözlərinə görə, bu konfransAzərbaycanın dünyəvi multikultural ənənələrini və dünya xalqlarının mədəniyyətini bir araya gətirir. Xalqımızın qədim mədəniyyətindən, ölkəmizdə mövcud olan multikultural mühitdən və tolerantlıqdan danışan rektor multikulturalizmin dövlətimizin siyasi prioritlərdən biri olduğundan və bu sahədəki uğurlardan söz açıb. Rektor əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu dövlətçilik siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla inkişaf etdirildiyini qeyd edib. Dövlət başçısı İlham Əliyevin “Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir” tezisinin ölkəmizdəki reallıqları dolğun əks etdirdiyini və təhsil müəssisələrində, o cümlədən BSU-da da bu sahədə geniş fəaliyyət göstərildiyini bildirib. Asif Hacıyev bugünkü konfransın da məhz bu fəaliyyətin bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiyasının sədri, professor Rəhilə Qeybullayeva konfransın işi haqqında iştirakçıları məlumatlandırıb.Qeyd edib ki, konfrans fasilələrlə bölmə iclaslarında işini davam etdirəcək.Bakı Slavyan Universitetində Ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları və millilik meyarları mövzusunda birinci bölməsi olacaq.Noyabrın 28-də AMEA-nın Ədəbiyyat İnstitutunda Nizami (“Leyli və Məcnun”) və Şota Rustaveli (“Pələng dərisi geyinmiş cəngavər mövzusunda ikinci bölmə, ADA Universitetində Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemlərmövzusunda konfransın üçüncü bölməsi keçiriləcək. BSU-da keçiriləcək dördüncü bölmədə Ədəbiyyatın “millilik” meyarında əlifba mövzusunda dəyirmi masa baş tutacaq, ustad dərsləri keçiriləcək.
Konfransda çıxış edən millət vəkili, akademik İsa Həbibbəyli, AMEA-nın Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov, Ukraynanın P.T.Tronko adına Region

Araşdırmaları Mərkəzinin direktor müavini Olqa Vovk, İtaliyanın Piemonte Orientale Universitetinin professoru Stefania Sini,Böyük Birtaniyanın Kembric Universitetinin professoru Firuza Melville, Rusiyanın Sankt-Peterburq şəhərinin Mərkəzi Dövlət Arxivinin nümayəndəsi Mixail Şkarovskiy, İranın Xarəzmi Universitetindən Qodratullah Qorbani, Gürcüstanın Şota Rustavelli adına Ədəbiyyat İnstitutunun nümayəndəsi İrina Modebadze, Türkiyə nümayəndəsi Dr. Nazmi Ağıl və başqaları konfransın işinə uğurlar arzulayıblar.
Aytəkin Qardaşova
BSU-nun Mətbuat xidmətinin əməkdaşı

Respublika.info

Sosial şəbəkələrdə paylaş: