Vilayət Eyvazov Mübariz Şahbazovu işdən çıxardı İran xəbərdarlıq etdi: Savaş olacaq... ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO Türkiyəyə S-400 komplekslərinin ikinci partiyası avqust-sentyabrda gətiriləcək
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək Qurban bayramında avtoqəzaya düşənlərin faciəvi statistikası Zərif Trampla görüşdən imtina edib? - Şok ssenari NATO Rusiyadakı oyunlara niyə qatılmadı? - Şoyqu
Felgenhauer: ABŞ Moskvanı 2-3 dəqiqəyə vura biləcək Prezident bu sahə ilə bağlı ciddi tapşırıqlar verdi - Politoloq Tramp: O, artıq ölüdür və Rusiya ilə... ETİRAF



» » Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?


Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

27-06-2017, 09:10
Oxunma sayı: 172
Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?Azərbaycanda ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı kolleclərlə müqayisədə daha azdır.

Trend-in statistik göstəricilərə istinadən verdiyi məlumata görə, son tədris illəri ərzində Azərbaycanda təhsil alan orta ixtisas təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu qadınlardır.

Orta ixtisas məktəbləri ilə müqayisədə ali məktəblərdə təhsil alan qadın tələbələrin sayı isə daha azdır. Kolleclərdə təhsil alan tələbələrin 60 faizindən çoxu qadınlar olduğu halda, ali məktəblərdə oxuyan qadın tələbələr bütün tələbələrin tam olaraq yarısını da təşkil etmir.

Belə ki, 2016-2017-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinin 51 702 tələbəsi olub ki, onların da 34 308 nəfəri - 66,3 i faizi qadın olub. 2011-2012-ci tədris ilində bütün tələbələrin 65,8 faizi, 2012-2013 tədris ilində 66,3 faizi, 2013- 2014-cü tədris ilində 67,1 faizi, 2014-2015-ci tədris ilində 67,4 faizi, 2015-2016-cı tədris ilində isə 66,7 faizini qadınlar təşkil edib.

Ali təhsil müəssisələrinə gəldikdə, 2016-2017-ci tədris ilində bütün tələbələrin - 163 779 nəfərin 79 132 nəfəri, yaxud 48,3 faizi qadınlar olub. Ali məktəblərdə bundan əvvəlki tədris illərində də qadın tələbələrin faiz göstəricisi 46-48 faiz arasında dəyişib.
Sosial şəbəkələrdə paylaş: