Şamil Fərzəliyevin xatirəsinə : Müasir Mətbuatımızın Sönməyən Çırağı Gürcüstan baş nazirinin müavini: “Azərbaycanın çətin vəziyyətdən çıxmasında maraqlıyıq” Əli Həsənov jurnalistlər üçün ikinci binada mənzil bölgüsü barədə iddialara cavab verib Azərbaycan prokurorlorı beynəlxalq tədbirdə iştirak ediblər
Qubada iki nəfəri maşın vurub AZAL keçirdiyi tenderin davamından imtina edib Kooperasiya Universitetindəki yanğın Almaniya Türkiyə ilə hərbi əməkdaşlığı adi rejimdə davam etdirir
Çində bina uçub: 5 ölü Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər Qızıl bazarı canlanır Qətər əmiri: “Ölkədə həyat öz axarı ilə davam edir”



» » Hacıqabulda kriminal avtoritetlər tutuldu


Hacıqabulda kriminal avtoritetlər tutuldu

12-06-2017, 11:04
Oxunma sayı: 64
Hacıqabul rayonu ərazisində dəfələrlə məhkum olunmuş şəxslərdən narkotik vasitələr götürülüb.
RESPUBLİKA İNFO APA-ya istinadən xəbər verir ki, Hacıqabul rayon sakini, 1967-ci il təvəllüdlü, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş və kriminal aləmdə “Ağbaş” ləqəbi ilə tanınan Aslanov Mübariz Hüseynbala oğlu saxlanılıb. Onun üzərindən 475 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hacıqabul Polis Şöbəsi və Yol Patrul Xidmətinin birgə keçirdikləri digər əməliyyat zamanı Şirvan sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 1975-ci il təvəllüdlü, kriminal aləmdə “Qocaman” ləqəbi ilə tanınan Ağamalıyev Vüsal Rafik oğlu saxlanılıb, ondan 1,574 qram heroin götürülüb. Ona məxsus “Opel Astra” markalı, 90 BJ 468 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilərkən oradan 985 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Hər iki fakt üzrə Hacıqabul rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Hacıqabulda kriminal avtoritetlər tutuldu
Sosial şəbəkələrdə paylaş: